Bumın xaqan

Bumın xaqan (490552, Göytürk xaqanlığı) — Aşina sülaləsindən olan ilk göytürk xaqanı.

Bumın xaqan
q.türk 𐰉𐰆𐰢𐰣𐰴𐰍𐰣
Xaqan
552 – 553
SonrakıQara İssıq xaqan
Şəxsi məlumatlar
Doğum tarixi
Vəfat tarixi
Vəfat yeri
Milliyyəti Türk
Fəaliyyəti hərbi lider[d]
Atası Aşina Tuvu
Həyat yoldaşı Şahzadə Çanqle
Uşaqları Qara İssıq xaqan
Muğan xaqan
Taspar xaqan
Ailəsi Aşina
Dini Tenqriçilik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aşina Tuvunun ən böyük oğlu idi. Jujan xaqanlığı dövründə tümən komandiri olmuşdur.[2] 545-ci ildə Bumın hələ xaqan deyildi amma Qərbi Vey imperiyasının sərhədlərini pozmağa başlamışdı. Qərbi Vey imperiyasının qəyyumu Yuven Tay An Nuopanto adlı bir soğd tacir ilə Türklərə hədiyyə göndərdi.[3] 546-cı ildə Bumın xan Oğuzların əcdadları olan Tiele qəbilələrini məğlub edərək özünə tabe etdi.

Xaqanlığa gəlişi

[redaktə | mənbəni redaktə et]

551-ci ildə Jujan xaqanı Anaxuanın qızı ilə evlənmək istədiyini bildirmişdi, xaqan isə öz növbəsində Bumını təhqir edərək ona qızını verməyəcəyini deyir. Bundan istifadə edən Bumın, əvəzində Vey imperatorunun qızını özünə istədi. Anaxuanın qızı Dao Vey imperatoru Ven ilə evli idi. Qəyyum Yuven Tay Bumın xana şahzadə Çanqleni gəlin kimi göndərdi. Bumın xanın övladları bu evlilikdən olmuşdu. Sonrakı il 552-ci ildə Jujan xaqanlığının hökmdarı Anaxuanı devirərək özünü xaqan etmişdi. İndiki Hebei vilayətinin Çjanbei şəhərində baş verən döyüşdə Anaxuan öldürüldü. Bumın xan özü bir neçə aydan sonra vəfat etdi.

Ongi abidəsində Bumın xaqana həsr olunan hissə

Qərbi Vey şahzadəsi Çanqle ilə evlənmişdir. Övladları:

  1. Qara İssıq xaqan
  2. Muğan xaqan
  3. Taspar xaqan
  4. Qutluq xaqan
  5. Mahan tigin
  6. Rudan xaqan
  1. Bauer, Susan Wise (2010). The History of the Medieval World: From the Conversion of Constantine to the First Crusade. W. W. Norton & Company. pp. 238. ISBN 978-0-393-05975-5.
  2. Christopher I. Beckwith — Empires of the Silk Road: A History of Central Eurasia from the Bronze Age to the Present, səh. 387
  3. Shing Müller, "Sogdian in China um 600 n. Chr. Archäologische Zeugnisse eines Lebens zwischen Assimilation und Identitätsbewahrung", NOAG, Vol. 183–184, 2008.