Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bühal (Əhər)
Bühal (fars. بهل‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 849 nəfər yaşayır (158 ailə).
Çuval
Çuval — Azərbaycanda böyük kisəyə deyilir. Çuvaldan əsasən taxılın saxlanılması üçün istifadə olunur. Xovsuz xalça üsuluyla toxuyurlar, ancaq bəzən xovlu xalça üsuluylada toxunur. Hələ X əsrə qədər muğan çuvalı artıq məlum idi. Tünd qırmızı rəngli çuvalı türkmənlər qızıl çuval adlandırırlar. Qızıl çuval bayram mərasimlərində, toy-düyündə, şənliklərdə istifadə edirlər.
Çuval hadisəsi
Çuval olayı və ya Çuval hadisəsi (ing. The Hood event) – 4 iyul 2003-cü ildə ABŞ-nin 2003-cü il İraqı işğal etdiyi dövrdə Şimali İraq ərazisində yerləşdirilən bir qrup türk əsgərinin əsir götürülməsi, başına çuval keçirilməsi və ABŞ hərbçiləri tərəfindən istintaq edilməsini əks etdirən hadisə. ABŞ əskərlərinin Süleymaniyədəki türk hərbi hissələrinə basqını nəticəsində, 15 kq partlayıcı maddə, snayper, qumbara və hökumət binalarının yaxınlığındakı mövqelərin işarələndiyi Kərkük xəritəsini ələ keçirdi. Əskərlər Türkiyənin ABŞ-yə etiraz etməsindən sonra, 60 saat içərisində azadlığa buraxıldı. Kürd kəşfiyyət orqanlarının iddiasına görə, türk əskərləri Kərkükün yeni seçilən hakiminə qarşı sui-qəsd planı qurmuş və bununla da bölgədə stabilliyi pozaraq Türkiyə birləşmələrinin bura daxil olmasına zəmin yaratmaq istəmişdir. Tərəflərdən heç birinin üzr istəməməsinə baxmayaraq, hadisəni araşdırmaq üçün qurulan ABŞ-Türkiyə komissiyası daha sonra peşmanlıq bildirən birgə bəyanat yaydı. Əlavə olaraq, ABŞ Müdafiə naziri Donald Ramsfeld Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğana hadisə ilə bağlı kədərini bildirən məktub yazdı. Çuval hadisəsi Türkiyə və ABŞ arasındakı diplomatik əlaqələri zədələdi və ABŞ-Türkiyə münasibətlərinin ən aşağı səviyyəsini göstərdi. Hadisəyə ABŞ mediasında çox az yer verilsə də, Türkiyədə bu hadisə böyük əks-səda yaratdı, bir çox insan bu hadisəni böyük təhqir kimi gördü və "Çuval olayı" olaraq adlandırdı. == Arxa plan == Türkiyə geniş dağ silsilələri ilə qonşu olduğu İraqın şimalını uzun müddət idi ki, daxili təhlükəsizliyinə təhdid olaraq görürdü.
Zuhal Karakoç Dora
Zuhal Karakoç Dora (1983, Qəhrəmanmərəş ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Zuhal Karakoç Dora 1983-cü ildə Kahramanmaraş ilində anadan olub. İbtidai, orta və lisey təhsilini Kahramanmaraşda alıb. Anadolu Universiteti İngilis dili müəllimliyi Bölməsindən və Anadolu Universiteti Beynəlxalq münasibətlər Bölməsindən məzun olub. Qazi Universiteti Beynəlxalq əlaqələr Bölməsində magistr dərəcəsi, Ankara Yıldırım Beyazıt Universiteti Beynəlxalq münasibətlər Bölməsində isə PhD dərəcəsi alıb. Dosentdir. OECD Təhsil İdarəetmə Komitəsinin nümayəndəsi, Avropa Şurası Təhsil İdarəetmə Komitəsinin nümayəndəsi, Avropa Şurasının Pestalozzi Təhsil Proqramlarının Milli Koordinatoru, Avropa Şurasının Miqrasiya Koordinasiya Bölməsinin məsləhətçi qrupunun nümayəndəsi, Milli Təhsil Nazirliyinin Avropa İttifaqı və Xarici Əlaqələr Baş İdarəsində Beynəlxalq müqavilələr və təqaüdlər şöbəsinin müdiri, AFAD-ın Strategiya Departamentinin rəhbəri və Xarici Əlaqələr Koordinatoru vəzifələrində çalışıb. Suriyada vətəndaş müharibəsi çərçivəsində AFAD-ın Avropa İttifaqı ilə Əlaqələri üzrə Koordinatoru, Maliyyə məsələləri üzrə Koordinatoru və nümayəndə heyətinin rəhbəri vəzifələrində də təmsil olunub. TBMM-də strateji əlaqələr üzrə sədr müavini vəzifəsində çalışıb. TOBB İqtisadiyyat və Texnologiya Universiteti və Milli Müdafiə Universitetində müəllim olaraq çalışıb.