Çuval hadisəsi

Çuval olayı və ya Çuval hadisəsi (ing. The Hood event) – 4 iyul 2003-cü ildə ABŞ-nin 2003-cü il İraqı işğal etdiyi dövrdə Şimali İraq ərazisində yerləşdirilən bir qrup türk əsgərinin əsir götürülməsi, başına çuval keçirilməsi və ABŞ hərbçiləri tərəfindən istintaq edilməsini əks etdirən hadisə. ABŞ əskərlərinin Süleymaniyədəki türk hərbi hissələrinə basqını nəticəsində, 15 kq partlayıcı maddə, snayper, qumbara və hökumət binalarının yaxınlığındakı mövqelərin işarələndiyi Kərkük xəritəsini ələ keçirdi. Əskərlər Türkiyənin ABŞ-yə etiraz etməsindən sonra, 60 saat içərisində azadlığa buraxıldı. Kürd kəşfiyyət orqanlarının iddiasına görə, türk əskərləri Kərkükün yeni seçilən hakiminə qarşı sui-qəsd planı qurmuş və bununla da bölgədə stabilliyi pozaraq Türkiyə birləşmələrinin bura daxil olmasına zəmin yaratmaq istəmişdir.[1]

Tərəflərdən heç birinin üzr istəməməsinə baxmayaraq, hadisəni araşdırmaq üçün qurulan ABŞ-Türkiyə komissiyası daha sonra peşmanlıq bildirən birgə bəyanat yaydı.[2] Əlavə olaraq, ABŞ Müdafiə naziri Donald Ramsfeld Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğana hadisə ilə bağlı kədərini bildirən məktub yazdı.[3] Çuval hadisəsi Türkiyə və ABŞ arasındakı diplomatik əlaqələri zədələdi və ABŞ-Türkiyə münasibətlərinin ən aşağı səviyyəsini göstərdi. Hadisəyə ABŞ mediasında çox az yer verilsə də, Türkiyədə bu hadisə böyük əks-səda yaratdı, bir çox insan bu hadisəni böyük təhqir kimi gördü və "Çuval olayı" olaraq adlandırdı.

Türkiyə-İraq sərhəddində kürd icmanın məskunlaşdığı ərazilərin xəritəsi

Türkiyə geniş dağ silsilələri ilə qonşu olduğu İraqın şimalını uzun müddət idi ki, daxili təhlükəsizliyinə təhdid olaraq görürdü. 1980 və 1990-cı illər ərzində Türkiyə, əsasən, ölkənin cənub-şərqində PKK-ya qarşı mübarizə aparırdı. Müharibə ərzində PKK İraq və Suriyada hərbi hissələr qurmuşdu.[4]

Körfəz müharibəsindən sonra İraq Kürdüstanının muxtariyyət qazanması Türkiyənin narahatlığını artırmışdı. 1996-cı ildə vətəndaş müharibəsi başladıqdan sonra Türkiyə iki əsas kürd fraksiyası arasında atəşkəsə nəzarət etmək üçün öz qoşunlarını göndərdi.[5] 1998-ci ildə Türkiyə Suriyanı PKK-nın lideri Abdullah Öcalanı ölkədən qovması üçün öz hərbi gücündən istifadə edə bildi. Ancaq ABŞ səbəbindən Türkiyə İraqın şimalında PKK-ya qarşı həlledici qələbə qazana bilmədi.

ABŞ-nin himayəsi altında İraq Kürdüstanı yarı-muxtariyyətə sahib regiona çevrildi. ABŞ-nin təzyiqi 1999-cu ildə əsas İraq Kürd fraksiyaları olan Kürd Vətən İttifaqıİraq Kürdüstan Demokratik Partiyası arasında sülh danışıqlarının başlamasına səbəb oldu. Hər iki partiya da rəsmi olaraq müstəqilliyə and içərkən Türkiyə hökuməti məsələdən narahat idi və öz qoşunlarını İraqın şimalında saxlamağa davam etdi.[4]

İraq müharibəsi

[redaktə | mənbəni redaktə et]

2003-cü ilə qədər türklərin əksəriyyəti ABŞ xarici siyasətini region üçün təhlükə olaraq görürdü. 2002-ci ildəki seçkidə Ədalət və İnkişaf Partiyası (AKP) münasibətlərin inkişaf etdirilə biləcəyi ilə bağlı ümid verdi. Xüsusilə də, AKP-nin lideri Rəcəb Tayyib Ərdoğanın Yaxın Şərqdəki ABŞ-Türkiyə əməkdaşlığı, iddia olunan "Böyük Yaxın Şərq Layihəsi" ilə bağlı verdiyi müsbət rəylər ümidi artırırdı.

AKP-nin seçilməsindən qısa müddət sonra Amerika ilə gərginlik artdı, Parlamentin İraqa türk qoşunları göndərməmə qərarı da ABŞ-Türkiyə münasibətlərini zədələmişdi. Parlament üzvlərinin 70%-i Ədalət və İnkişaf Partiyasının üzvləri idi. AKP üzvlərinin yarısından çoxunun qoşun göndərməyin lehinə olsa da, AKP üzvləri içərisində mühüm bir azlıq əsas müxalifət partiyası CHP ilə birlikdə qərarın əleyhinə oldu. Bu hadisə səsvermədən öncə Ərdoğanın tək başına qoşun yerləşdirməyin lehinə olduğu nəzərə alındıqda, Ərdoğanın ilk siyasi məğlubiyyəti olaraq tarixə keçdi.

2003-cü ilin 25 aprelində, Bağdadın işğalın cəmi iki həftə sonra çox sayda türk xüsusi təyinatlısı Daquq yaxınlığında (Kərkükün 45 dəqiqə şimalında yerləşən qəbilə kəndi) həbs edildi. Həftəlik dünya xəbərləri yayımlayan Time jurnalına görə, xüsusi təyinatlılar mülki geyimdə idilər və humanitar karvanın arxasında İraqa gizlicə daxil olmağa çalışmışdılar. Jurnala görə, onların məqsədi burada stabilliyi pozmaq və Türkiyənin məqsədli şəkildə öz sülhməramlı qüvvələrini bura yerləşdirməyinə nail olmaq idi. Ancaq qrupla bağlı öncədən kəşfiyyat məlumatı aldığını iddia edən ABŞ qüvvələri onları saxladı.[6]

Hadisənin baş verdiyi regiondan məsul olan, ABŞ briqada komandiri, polkovnik Bill Meyvill türkləri etnik-türk silahlı birləşməsi olan İraq Türkman Cəbhəsiylə (İTC) əlaqəli olmaqda günahlandırdı. Ancaq ABŞ qüvvələri türkləri həbs etmək üçün çox da səy göstərmədi, onları yalnız bir gün həbsdə saxladı və qida, təhlükəsizlik və rahatlıqla təmin etdi və daha sonra onları İraq-Türkiyə sərhəddinə geri qaytardı.[6] Növbəti aylarda Türkiyə İraqın şimalına PKK hərbi hissələrini axtarmaq üçün kiçik silahlı qruplar göndərməyə davam etdi. The Economist-ə görə, Türkiyə PKK-ya qarşı İTC-ni silahlandırmağa başlamışdı.[5]

Süleymaniyəyə hücum

[redaktə | mənbəni redaktə et]

2003-cü ilin 4 iyulunda ABŞ Ordusunun 173-cü Hava Briqadasının əskərləri Süleymaniyyədəki təhlükəsiz yerlərə hücumlara başladı. Elə görünürdü ki, təhlükəsiz yerdə Kərkük vilayətinin kürd hakiminə qarşı sui-qəsd planı hazırlayan şəxslərin olmasına aid kəşfiyyat məlumatı əməliyyatı başlatmışdı. Təhlükəsiz yerdə polkovnik və iki mayor daxil olmaqla, İraq Türkman Cəbhəsi və Türkiyə Xüsusi Təyinatlı qüvvələrinin üzvləri yerləşmişdi, hansı ki, onlar dərhal həbs edilmişdilər.[7] Türkiyə mənbələri mayon tərəfindən idarə olunan on bir əskərə istinad edirdi.[8] Hücum zamanı sayı məlumat olmayan digər şəxslər də saxlanılsa da, onlardan on üç nəfəri daha sonra sərbəst buraxıldı.[9] Bunlardan və intensiv diplomatik aktivlikdən sonra sərbəst buraxılan türk əskərlərindən başqa, sevgilisi və on doqquz aylıq övladını ərazidə axtaran Britaniya vətəndaşı Mişel Todd da saxlanılmışdı.[10]

Türkiyə dərhal məsələyə reaksiya göstərərək kəskin addımlar atdı: Türkiyə hava ərazisini ABŞ hərbi uçuşlarına bağladı, İncirlik Hərbi Hava Bazasının cənubunu istifadəyə dayandı və İraqın şimalına daha çox qoşun göndərməyə başladı.[11] Türkiyə hərbi nümayəndə heyəti və diplomatik rəsmilər şənbə günü dərhal məsələni amerikalılarla müzakirə etmək üçün Süleymaniyəyə yola düşdü, ancaq türklərin deməsinə görə, ABŞ komandilərinin çoxusu Müstəqillik Gününü qeyd edirdi.[12] Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın ABŞ vitse-prezidenti Dik Çeyniyə, o cümlədən Türkiyə Xarici İşlər Naziri Abdullah Gülün ABŞ dövlət katibi Kolin Pauellə etirazını bildirməsindən sonra türk əskərləri altmış saatlıq əsirliyin ardından sərbəst buraxıldı.[9]

2003-cü il iyulun 24-də Gül və Ramsfel Pentaqonda görüşdü.

Çuval hadisəsi ABŞ-nin müdaxiləsinə razı olan Qərbdən daha çox Türkiyədə əks səda doğurdu.[13] Hadisə Yaxın Şərqdən kənarda çox qabardılmasa da, Türkiyədəki qəzetlər hücumu kəskin şəkildə qınadı və ABŞ hərbçilərinə "Rambolar" və "Eybəcər Amerikalılar" kimi ləqəblər qoşdu.[14] Hadisənin son günündə Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisi Hilmi Özkök çuval hadisəsini ABŞ və Türkiyə arasındakı münasibətlərdə "etimad böhranı" yaratdığını bildirdi.[14]

Hadisə periodik olaraq Türkiyə mediasında əsas xəbər başlıqlarını zəbt etdi. Hürriyet kimi əsas qəzetlər hadisənin tərəfləri arasındakı yeni bəyannamələri yaymağa və hadisənin detallarını ifşa etməyə davam etdi.[15] Sonuncu dəfə Ergenekon işinin əsas şahidi Tuncay Güney çuval hadisəsini Tariq Əzizin arxivlərindəki Ergenekon şəbəkəsinin İraq ilə əlaqələrinə cavab olduğuunu iddia etdi.[16]

Çuval hadisəsi 2006-cı ildə çəkilən türk döyüş filmi Qurdlar Vadisi: İraq-a ilham qaynağı oldu. Film türk qəhrəmanın hadisənin səbəbkarı olan amerikalı komandirə qarşı intiqam axtarışında olduğu hekayənin ardınca eyni hadisənin təsviriylə başlayır.

Kərkük və Mosuldakı müxtəlif bələdiyyə və hökumət binaları 2003-ün 10 və 11 aprel tarixlərində kürd birləşmələri tərəfindən yandırıldı.[17] Türkiyənin günlük qəzetləri Peşmərgə və ABŞ Ordusu tərəfindən tutulan Türkiyə Xüsusi Təyinatlı əskərlərinin sənədlərin şəkillərini çəkdiyini və orijinal kadrların silinməzdən əvvəl Türkiyəyə göndərildiyini bildirdi. Qəzet, həmçinin, ABŞ ordusunun da o kadrları axtardığını, ancaq onları tapa bilmədiyini yazırdı.[18] Ancaq Türkiyə İctimai Əlaqələr Nazirliyinin bəyanatına görə, nazirlik Osmanlı dövründən qalan tarixi sənədləri saxlamış və ora heç bir əməliyyat daxil edilməmişdi.[19]

Türkiyə Respublikası Kəşfiyyat İdarəsinin sabiq Baş Rəisi, Korg İsmayıl Haqqı Pekin "Dikkat Cemaat Çıkabilir KOZMİK ODA" adlı kitabında türkmənlər haqqında gizli arxivlərin hücum nəticəsində ələ keçirilməsindən sonra yerli türkmən liderlərin sui-qəsdə məruz qalması və ya müəmmalı avtomobil qəzalarında öldürüldüyünü iddia etdi.[20]

  1. Washington, Michael Howard Suzanne Goldenberg in. "US arrest of soldiers infuriates Turkey". The Guardian. 7 July 2003. 10 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 December 2016.
  2. "Regret over Turkish troops' arrest". BBC News. 2003-07-15. 2019-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-14.
  3. Abundance of 'Rumsfeld letters' in Turkish press Arxivləşdirilib 2016-07-16 at the Wayback Machine Hürriyet Daily News, 7/20/2003
  4. 1 2 "Who Are the Kurds?". Washington Post. February 1999. 2022-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-10-13.
  5. 1 2 "A partnership at risk?". The Economist. 2003-07-10. 2008-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-14.
  6. 1 2 Ware, Michael. "The Turks Enter Iraq". Time Magazine. 2003-04-24. 2013-08-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-10-13.
  7. Donovan, Jeffrey. "U.S./Turkey: Ties Hit New Low After Raid On Turkish Forces". Radio Free Europe/Radio Liberty. GlobalSecurity.org. 2003-07-07. 2018-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-10-13.
  8. Zabcı, Faruk. "Çuval davası". Hürriyet (türk). 2003-10-24. March 29, 2005 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-10-13.
  9. 1 2 "U.S. releases Turkish troops". CNN. 2003-07-06. 2018-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-10-13.
  10. "Briton held by US troops in Iraq". BBC News. 2003-07-22. 2018-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-10-13.
  11. "Turkish fury at US Iraq 'arrests'". BBC News. 2003-07-05. 2018-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-10-13.
  12. "Turks protest soldiers' detentions". BBC News. 2003-07-06. 2018-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-10-13.
  13. Şablon:Cite document
  14. 1 2 Howard, Michael; Goldenberg, Suzanne. "US arrest of soldiers infuriates Turkey". The Guardian. London. 2003-07-08. İstifadə tarixi: 2007-10-11.
  15. "Çuval olayında komutan doğru yaptı". Hürriyet (türk). 2007-10-03. İstifadə tarixi: 2007-10-11.[ölü keçid]
  16. Ekinci, Burhan; Çicek, Nevzat. "32. Gün Iddianamesi". Taraf (türk). 2008-11-01. 2013-04-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-11-15. Amerikalıların Kuzey Irak'ta Türk askerinin başına çuval geçirilmesinin arkasında Irak Devlet Başkan Yardımcısı Tarık Aziz'den ele geçirilen arşiv belgelerinin bulunduğunu söyleyen Güney, Amerikalıların bu belgeleri görünce şok olduklarını ifade etti.
  17. "ABD'den tapu güvencesi". CNN Türk. 2003-04-12. 2019-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-23.
  18. "Yağmalanan tapu bilgileri Türkiye'de". Takvim Gazetesi. 2010-11-25. 2018-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-23.
  19. "Musul ve Kerkük'ün tapu bilgisi Ankara'da". CNN Türk. 2010-11-26. 2018-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-23.
  20. "4 TEMMUZ'DA SADECE ÇUVAL GEÇİRİLMEDİ, TÜRKMENLER ÖLDÜRÜLDÜ". Aydınlık Gazetesi. 2015-05-11. 2015-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-11.