Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bürzünbül
Bürzünbül — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Yardımlı rayonunun Bürzünbül kəndi Hamarkənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Bürzünbül kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Yerli əhalinin verdiyi məlumata görə, kənd orada mövcud olmuş Pirzumbul pirinin adındandır. Müxtəlif illərdə Burzumbuli (1917), Burzunbul (1933) variantlarında qeydə alınmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Viləşçayın sahilində, Peştəsər silsiləsinin yamacında yerləşir.
Furunkul
Furunkul - tək tük kisəsinin və yaxın piy vəzinin kəskin irinli nekrotik iltihabıdır. Nekrozlu iltihab genişlənib, ətraf birləşdirici toxumanı əhatə edir. Furunkulun əsas törədicisi qızılı stafilokoklardır. Qadınlara nisbətən kişilərdə dəri tük örtüyü güclü olduğu üçün onlarda furunkul daha çox müşahidə edilir. Furunkul bədənin hər bir tüklü yerində əmələ gələ bilər, lakin daha çox boyunda, kürəkdə, sağrıda, beldə, üzdə törənir. Şəxsi gigiyena tələblərinə əməl olunmaması, alimentar çatışmazlıq, şəkər mübadiləsinin pozulması irintörədici mikrobların inkişafına şərait yaradır. Dəri örtüyünün kobud sürtülməsi, sıyrıntılar, bəzən piy vəzilərinin axarı infeksiya qapısı rolunu oynayır. İnfeksiya qapısından dəriyə daxil olan irintörədici mikroblar furunkulun yaranmasına səbəb olur. == Klinik gedişi == Furunkulun kliniki gedişi biri digərini əvəz edən 3 mərhələdə gedir: infiltrat ocağının yaranması; irinli nekrotik közün törənməsi və xaric olması; irinli ocağın çapıqlaşması; İltihabi infiltratın böyük, irinli nekrotik közün isə nisbətən kiçik olması furunkulun kliniki xüsusiyyətidir. Tük kisəsindən mikroblar dərinin məməvari hüceyrələrinə yayıldıqda iltihab infiltratı əmələ gəlir.
Çürünrü-vələmir nematodu
Çürünrü-vələmir nematodu (lat. Aphelenchus avenae) Dəyirmi qurdlar tipinin Nematodlar sinfinə aid olan növ. == Xarici quruluşu == Çürünrü-vələmir nematodu ikicinslidir. Erkək nematod uzunsov qurdşəkillidir. Uzunluğu 0,63-0,82 mm-dir. Konusşəkilli quyruqda enli bursa vardır, dişi nnematodların uzunluğu 0,55-0,86 mm-dir. Baş bədəninin ümumi konturundan ayrılmışdır. Orta bulbus iridir. Yumurtalıq düzdür. Quyruq dəyirmidir.