Bürzünbül — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Yardımlı rayonunun Bürzünbül kəndi Hamarkənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Bürzünbül kənd inzibati ərazi dairəsi yaradılmışdır.[1]
Bürzünbül | |
---|---|
38°52′54″ şm. e. 48°17′19″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Yerli əhalinin verdiyi məlumata görə, kənd orada mövcud olmuş Pirzumbul pirinin adındandır. Müxtəlif illərdə Burzumbuli (1917), Burzunbul (1933) variantlarında qeydə alınmışdır.[2]
Kənd Viləşçayın sahilində, Peştəsər silsiləsinin yamacında yerləşir.
Yardımlı rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |