Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Plotter
Plotter — (yun. γράφω) mürəkkəb sxemlərin, qrafiklərin, keyfiyyətli rəngli təsvirlərin kağız üzərinə böyük dəqiqlik və yüksək sürətlə çıxarılması üçün nəzərdə tutulmuş qurğudur. Ondan adətən konstruktor və layihə bürolarında, reklam işləri ilə məşğul olan təşkilatlarda istifadə olunur.
Elektrostatik plotter
Elektrostatik plotter – görüntünü kağız üzərində qələmlə cizgilər çəkmək yolu ilə deyil, nöqtəli rastr əsasında formalaşdıran plotter növü. Standart plotterlər məlum koordinatlar üzrə cizgilər çəkən vektor qurğular olsalar da, elektrostatik plotterlər görüntünü elektrostatik örtüklü kağıza köçürür (vurur). Bundan sonra, boyaq hissəcikləri vurulmuş nöqtələr özlərinə cəzb olunmaqla kağız boyaq maddəsində emal olunur və görüntünün yaranması başa çatır. Bu anlamda elektrostatik plotterlər funksional olaraq ənənəvi plotterlərdən daha çox lazerli printerlərə oxşayır. Elektrostatik plotterlər iri, mürəkkəb şəkilləri qələmli plotterlərdən təxminən 50 dəfə tez yarada bilir, buna görə də, onlar bahalıdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 253 s.
Seul Lotte World Qülləsi
Seul Lotte World Qülləsi (kor. 롯데월드타워) — Cənubi Koreyanın paytaxtı Seul şəhərində yerləşən hündürlüyü 555 metr (1,824 ft) olan 123 mərtəbəli göydələndir. 2017-ci il aprelin 11-də ictimaiyyətə açılmışdır. Hazırda Cənubi Koreyanın ən hündür və dünyanın beşinci ən hündür binasıdır. 13 illik planlaşdırma və ərazinin hazırlanmasından sonra qüllə hökumət tərəfindən 2010-cu ilin noyabrında tikintiyə başlaması üçün son təsdiqini aldı və mart ayında tikinti sahəsində ilk təməlqoyma işləri aparıldı. == Bina == Dörd bina — Lotte World Tower, Avenuel (8-ci mərtəbə), əyləncə binası (12-ci mərtəbə) və ticarət mərkəzi binasından (11-ci mərtəbə) ibarətdir. Binaya lobbi, Lotte world akvarium, Lotteriya və restoranlar, Lotte World Mall daxildir. == Dizayn == 1989-cu ildə binanın ilk dizaynı və tikilmə planları hazırlandı. Dizayn 1994, 1995 və 1997-ci illərdə yenidən dəyişdi. 2008-ci ildə dizaynı yenidən dəyişdirildikdən sonra 2009-cu ildə dizayn müəyyənləşdirildi və binanın inşaatına başlanıldı.