Seul Lotte World Qülləsi (kor. 롯데월드타워) — Cənubi Koreyanın paytaxtı Seul şəhərində yerləşən hündürlüyü 555 metr (1,824 ft) olan 123 mərtəbəli göydələndir. 2017-ci il aprelin 11-də ictimaiyyətə açılmışdır. Hazırda Cənubi Koreyanın ən hündür və dünyanın beşinci ən hündür binasıdır.
Seul Lotte World Qülləsi | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | |
Koordinatlar | 37°30′45″ şm. e. 127°06′09″ ş. u.HGYO |
Texniki detallar | |
Material | kompozit material[1] |
Mərtəbə sayı | 123[2] |
Veb-sayt | |
lwt.co.kr | |
Vikianbarda əlaqəli mediafayllar |
13 illik planlaşdırma və ərazinin hazırlanmasından sonra qüllə hökumət tərəfindən 2010-cu ilin noyabrında tikintiyə başlaması üçün son təsdiqini aldı və mart ayında tikinti sahəsində ilk təməlqoyma işləri aparıldı.
Dörd bina — Lotte World Tower, Avenuel (8-ci mərtəbə), əyləncə binası (12-ci mərtəbə) və ticarət mərkəzi binasından (11-ci mərtəbə) ibarətdir. Binaya lobbi, Lotte world akvarium, Lotteriya və restoranlar, Lotte World Mall daxildir.
1989-cu ildə binanın ilk dizaynı və tikilmə planları hazırlandı. Dizayn 1994, 1995 və 1997-ci illərdə yenidən dəyişdi. 2008-ci ildə dizaynı yenidən dəyişdirildikdən sonra 2009-cu ildə dizayn müəyyənləşdirildi və binanın inşaatına başlanıldı.
İngiltərədəki The Shard (əvvəlki London Bridge Tower) ilə dizaynı oxşardır. Daxili və lift atmosferi də oxşardır. Həmçinin damdan çıxan boşluqda bənzərdir.
Lotte World Tower Yerdən 123 mərtəbə, yeraltı 6 mərtəbədən ibarətdir. Hazırda bina Cənubi Koreya-nın ən hündür binasıdır. Asiyanın 3-cü ən hündür, dünyanın 5-ci ən hündür binasıdır. Koreyadakı ən hündür qüllə İnçonda Şimal-Şərqi Asiya Ticarət Qülləsi (313 metr) idi amma indi Lotte World Tower (555.65 metr) ən hündür qaladır.
Seoul Sky (kor. 서울스카이). Lotte World Tower-in 117–123 mərtəbələrində yerləşir. Ümumi 7 mərtəbədən ibarətdir. 117-ci mərtəbə Seoul Sky-a giriş mərtəbəsi, mənzərə müşahidəsi, 118-ci mərtəbə, göyərtə, 119-cu mərtəbə Sky Friends Cafe, 120-ci çıxış mərtəbəsi, 121-ci mərtəbədə çıxış mərtəbəsi, 122-ci mərtəbə Seoul Sky Cafesi, 123-cü mərtəbədə mükafat salonu olan 123 Lounge var. Binanın Seoul Sky hissəsində xüsusi şüşə ilə hazırlanmış döşəmə vardır. Burdan yeri və teleskop vasitəsi ilə Seulun mənzərəsini görə bilərsiniz. Liftin 117–118-ci mərtəbəyə qalxması cəmi 1 dəqiqə çəkir. Rəsədxananın iş saatı səhər 9:30-dan axşam 11:00-a qədərdir. 36 aylıq və daha yuxarı və 12 yaşdan kiçik olanlar üçün 24.000 von, 13 yaşdan yuxarı olanlar üçün 27.000 vondur. Ayrıca liftə girmədən əvvəl təhlükəsizlik yoxlamasından keçməlisiniz.
Yerin üstündə 123-cü mərtəbədə yerləşən Seoul Sky-dən görünən binalara Lotte World, Sehrli ada, Samsung SDS Tower, Hyanggun Tower və Ticarət Qülləsi və Lotte Castle Qızıl, Jamsil The Sharp Star Park, Jamsil Prugio Dünya Markası və Sharp Ulduz Çayı kimi mənzilləri aiddir. Həmçinin Han çayını, Seokchon gölünü, körpülər Cəmsil körpüsünü, Cəmsil Dəmiryol körpüsünü, Olimpiya körpüsünü, Cheonho körpüsünü və Gwangjin körpüsünü görə bilərsiniz. Teheran-ro, COEX, Cəmsil əsas stadionu, Namhansanseong qalası, Seongnam-si, Gangbuk-gu və Buxansan görünür.
Siqniel Seul (kor. 시그니엘 서율). Lotte World Tower-in içərisində yerləşən oteldir. Otel 76-cı mərtəbədən 82-yə və 85-ci mərtəbədən 101-ci mərtəbəyə qədər uzanan 6 ulduzlu oteldir.
76-cı mərtəbədən 82-ci mərtəbəyə qədər Siqniel banket salonları (76–78-ci mərtəbələr), foye (79–80-ci mərtəbələr), restoranlar (81–82-ci mərtəbələr), 85-ci mərtəbədən 86-cı mərtəbəyə qədər otelin üzgüçülük hovuzu mərtəbəsidir və 87-ci mərtəbədən 101-ci mərtəbəyə qədər Siqniel otaqları, qonaq otaqları, yemək, iclaa və toy üçün zallarla obyekt təchiz olunmuşdur.
Bu otel hazırda Cənubi Koreyanın ən uzun otelidir və eyni zamanda Seulun ən yüksək oteli olduğu bildirilir. Lotte World Tower-dəki Siqniel Seul lüks oteldir və buradan gecə mənzərəsini görə bilərsiniz. 2017-ci ildə açılıb və hazırda otel məqsədləri üçün istifadə olunur.
Albalı Çiçəyi Festivalı
Lotte Tower inşa edildiyi vaxtda da 2015-ci il aprel ayının 10-dan 12-ə qədər albalı çiçəyi festivalı edən insanlar çox idi və bina tamamlandıqdan sonrada festivalı etmək mümkün olmuşdur. 2017-ci il aprel ayının 1-dən 9-a qədər albalı çiçəyi festivalı keçirilmişdir.
Atəşfəşanlıq Festivalı
2016-cı ildə Seulda atəşfəşanlıq festivalı keçirilirdi. Lotte Tower inşaatı tamamlandıqdan sonrada 2017-ci il aprel 2 atəşfəşanlıq festivalı keçirildi. Yer Lotte World Tower və Seokchon gölü ətrafında yerləşir və qatılmaq pulsuzdur. K-pop konsertləri axşam saat 7:30-dan axşam 9:00-a qədər, Lotte World Tower atəşfəşanlıq nümayişi axşam 9:00-dan 9:10-a qədər, istirahət və hədiyyə tədbirləri axşam 9:10-dan 9:30-a qədərdir.
2014-cü ilin sentyabr ayının ikinci həftəsində 10 gün boyunca açıq qapı təşkil edildi. Mütəxəssislərdən bina qurluşunun təhlükəsizliyini diaqnoz etmələri və vətəndaşlar üçün ilkin turların keçirilməsi istəndi. Binanın ilk halı təhlükəli idi və uğursuz bir tikinti var idi amma müsbət qiymətləndirmə aldı. Bundan sonra bina Lotte E&C onu bərpa etdi və 2016-cı ildə təhlükəsizlik və seysmik müqavimət üçün yaxşı dizayn edildi.
Mərtəbə | İstifadə |
Zirzəmi 5–6 mərtəbə | Avtodayanacaq, Enerji mərkəzi,Elektrik otağı |
Zirzəmi 3–4 mərtəbə | Avtodayanacaq |
Zirzəmi 2 mərtəbə | Sky Seul liftə giriş, avtodayanacaq, sərgi zalı |
Zirzəmi 1 mərtəbə | Sky Seul liftə giriş, Residence Lobby, Lotte World Tower Fəlakətlərin Qarşısının Alınması Mərkəzi, Ticarət Mağazası |
1-ci mərtəbə | Lobi, Angelinus Kafe |
2-ci mərtəbə | Ofis lobbisi |
3–4-cü mərtəbə | Maşın (mexanizm) otağı, anbar |
5-ci mərtəbə | Lotte informasiya obyekti |
6-cı mərtəbə | Fitnes mərkəzi |
7-ci mərtəbə | Lotte Muzeyi |
8–9-cu mərtəbə | Lotte Duty |
10–11-ci mərtəbə | Sağlamlıq mərkəzi |
12-ci mərtəbə | KEB Hana Bank Lotte Dünya Tower Maliyyə Mərkəzi Şöbəsi |
13-cü mərtəbə | Maşın (mexanizm) otağı |
14-cü mərtəbə | Lotte Kimyəvi, Lotte MSC Seul Ofisi |
15–16-cı mərtəbə | Lotte Kimyəvi |
17–18-ci mərtəbə | Ofis |
19-cu mərtəbə | Ofis |
20-ci mərtəbə | Ofis |
21-ci mərtəbə | Maşın (mexanizm) otağı |
22-ci mərtəbə | Təhlükəsizlik zonası |
23-cü mərtəbə | Maşın (mexanizm) otağı |
24–30-cu mərtəbə | Yükseltilmiş Prime Office |
31-ci mərtəbə | Sky 31 |
32–38-ci mərtəbə | Baş ofis, Cardex (37-ci mərtəbə) |
39-cu mərtəbə | Maşın (mexanizm) otağı |
40-cı mərtəbə | Təhlükəsizlik zonası |
41-ci mərtəbə | Maşın (mexanizm) otağı |
42–43-cü mərtəbə | SIGNIEL orta mərtəbə yaşayış, sağlamlıq klubu, qolf , qonaq otağı |
44–58-ci mərtəbə | SIGNIEL orta mərtəbə yaşayış |
59-cu mərtəbə | Maşın (mexanizm) otağı |
60-cı mərtəbə | Təhlükəsizlik zonası |
61–67-ci mərtəbə | Signiel çoxmərtəbəli yaşayış |
68–71-ci mərtəbə | Signiel çoxmərtəbəli yaşayış |
72–75-ci mərtəbə | Maşın (mexanizm) otağı |
76–78-ci mərtəbə | Signiel Ziyafət Zalı |
79–80-ci mərtəbə | SIGNIEL Sky Lobbi |
81–82-ci mərtəbə | SIGNIEL restoranı |
83-cü mərtəbə | Təhlükəsizlik zonası |
84-cü mərtəbə | Maşın (mexanizm) otağı |
85-ci mərtəbə | Koreyanın ən yüksək mərtəbəsində qapalı hovuz, fitness mərkəzi, sauna |
86-cı mərtəbə | Spa |
87–101-ci mərtəbə | Signiel Otel Otaqları |
102-ci mərtəbə | Təhlükəsizlik zonası |
103–106-cı mərtəbə | Maşın (mexanizm) otağı |
107-ci mərtəbə | Şəxsi ofis, lobbi, yemək yeyə, ictimailəşə və istirahət edə biləcəyiniz restoran (Signiel Club) |
108–113-cü mərtəbə | (PREMIER 7) |
114-cü mərtəbə | (PREMIER 7) |
115–116-cı mərtəbə | Maşın (mexanizm) otağı |
117-ci mərtəbə | (Seul Sky) Giriş Mərtəbə, Mənzərə müşahidə Mərtəbəsi |
118-ci mərtəbə | Müşahidə (Seul Sky) |
119-cu mərtəbə | Seul Sky, SKY DOSTLAR CAFE |
120-ci mərtəbə | Seul Səması Mərtəbəsi, Səma Teras |
121-ci mərtəbə | Seul Sky Çıxış Mərtəbəsi, Məhsul Mağazası |
122-ci mərtəbə | Seoul Sky Cafe, Angelinus |
123-cü mərtəbə | Premium Lounge Bar (Salon 123, yerdən 500 m yuxarıda) |