Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pozğunluq
Pozğunluq — cəmiyyətin qəbul edən adətləri, moral prinsipləri və yüzilliklərlə formalaşmış normaları inkar etməkdir.
Yorğunluq sindromu
Xroniki yorğunluq sindromu — XX əsrin tibb praktikasında kəşf olunan xəstəliklərdən biri. Etiologiyası tam məlum deyil. Geniş yayılmış bu xəstəlik hələ 1930–1950-ci illərdə ABŞ və Avropada qeydə alınıb. 80-ci illərin əvvəllərində Amerika alimlərinin araşdırmaları sindromun təbiətini müəyyən qədər öyrənməyə və onu mövcud xəstəliklərin siyahısına daxil etməyə imkan verdi, lakin bu günə qədər xəstəlik haqqında bir çox müəmmalar mövcuddur. Xroniki yorğunluq sindromu ilk dəfə 1984-cü ildə həkim Pol Çeyni tərəfindən təsvir edilmişdir. Bu xəstəlik cavan ali təhsilli adamlar arasında geniş yayıldığı üçün onu bəzən məcazi mənada "cavan karyeristlərin qripi" də adlandırırlar. ABŞ-də aparılan araşdırmalara əsəsən ölkədə 10 milyonadək insan bu sindromdan əziyyət çəkir. == Xəstəliyin klinikası == Psixoterapevtlərin fikrincə əgər insan gün ərzində işi 10 saatdan çox fikirləşirsə, bu artıq xroniki yorğunluq sindromudur. Alimlər bu xəstəliyin yaranma səbəblərini axtarmağa çalışdığı bir vaxtda bu xəstəlik epidemiya kimi geniş yayılır. Mütəxəssilərin fikrincə xroniki yorğunluq sindromu immunəsəb sisteminin pozulması ilə yaranır.
Psixoloji pozğunluq
Psixi pozuntu (mental pozuntu, ruhi xəstəlik) — geniş mənada normal, sağlamdan fərqli bir psixi vəziyyət. Hüquq, psixiatriya və psixologiya kimi sahələrdə bu terminin daha özəl mənası var. Psixi pozğunluğun əksi psixi sağlamlıqdır. Həyat şəraitinə uyğunlaşa bilən, həyat problemlərini həll edə bilən insanlar adətən psixi cəhətdən sağlam qiymətləndirilir. Əgər bu qabiliyyətlər məhduddursa və insan şəxsi, ailə həyatında və ya işdə gündəlik işlərinin öhdəsindən gələ bilmirsə, şəxsi məqsədlərinə nail ola bilmirsə, onda bu və ya digər dərəcədə psixi pozğunluqdan danışmaq olar. Psixi pozğunluq hisslər, düşüncələr, davranışlar sahəsində dəyişikliklərə və pozğunluqlara səbəb olur və bununla yanaşı, bəzi ifadələrə görə, demək olar ki, həmişə bədənin somatik funksiyalarında dəyişikliklər olur. Uğurlu psixoloji və dərman müalicəsinin yaradılması tibb və psixologiyanın əməkdaşlığı və psixi pozğunluqları müxtəlif perspektivlərdən nəzərdən keçirməklə mümkündür. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hər dördüncü-beşinci insan psixi və ya davranış pozğunluğuna malikdir. Bir çox psixi pozğunluqların səbəbləri tam başa düşülmür. Bir sıra əlamətlər var ki, onlar görünəndə mütəxəssislər peşəkarlardan kömək istəməyi tövsiyə edirlər.
Xroniki yorğunluq sindromu