Xroniki yorğunluq sindromu

Xroniki yorğunluq sindromu — XX əsrin tibb praktikasında kəşf olunan xəstəliklərdən biri. Etiologiyası tam məlum deyil.

Geniş yayılmış bu xəstəlik hələ 1930–1950-ci illərdə ABŞAvropada qeydə alınıb. 80-ci illərin əvvəllərində Amerika alimlərinin araşdırmaları sindromun təbiətini müəyyən qədər öyrənməyə və onu mövcud xəstəliklərin siyahısına daxil etməyə imkan verdi, lakin bu günə qədər xəstəlik haqqında bir çox müəmmalar mövcuddur.

Xroniki yorğunluq sindromu ilk dəfə 1984-cü ildə həkim Pol Çeyni tərəfindən təsvir edilmişdir. Bu xəstəlik cavan ali təhsilli adamlar arasında geniş yayıldığı üçün onu bəzən məcazi mənada "cavan karyeristlərin qripi" də adlandırırlar. ABŞ-də aparılan araşdırmalara əsəsən ölkədə 10 milyonadək insan bu sindromdan əziyyət çəkir.

Xəstəliyin klinikası

[redaktə | mənbəni redaktə et]

Psixoterapevtlərin fikrincə əgər insan gün ərzində işi 10 saatdan çox fikirləşirsə, bu artıq xroniki yorğunluq sindromudur. Alimlər bu xəstəliyin yaranma səbəblərini axtarmağa çalışdığı bir vaxtda bu xəstəlik epidemiya kimi geniş yayılır. Mütəxəssilərin fikrincə xroniki yorğunluq sindromu immunəsəb sisteminin pozulması ilə yaranır. Xəstəliyin səciyyəvi cəhətləri kimi xəstənin özünü daim yorğun hiss etməsi, uzun müddət istirahət etməsinə baxmayaraq yorğunluq hissinin keçməməsi göstərilir. Bir az konkretləşdirərək əsas əlamətlər kimi tez yorulmanı, diqqətin və yaddaşın pozulmasını, tez özündən çıxma, əhval-ruhiyyənin hətta cüzi təsir nəticəsində tez-tez dəyişməsi, ağlağanlıq, deyingənlik, hər hansı xəstəliklə əlaqədar və tez-tez təkrarlanan baş ağrıları, bəzən miqren, yuxunun pozulması, gecələr yuxusuzluq, gündüzlər yuxulama hallarını göstərmək olar.

Xəstələrdə iş qabiliyyətinin getdikcə zəifləməsi baş verir, onlar əmək qabiliyyətini artırmaq məqsədilə psixostimulyatorlar, gecə normal yatmaq üçün yuxugətirici dərmanlar qəbul edirlər. Bəzi xəstələr isə çıxış yolunu gündüzlər siqaret çəkməklə, gecələr isə əsəb-psixi oyanıqlığı aradan qaldırmaq üçün spirtli içkilər qəbul etməkdə görürlər ki, bu da xəstəliyin gedişini daha da ağrılaşdırır, bəzi hallarda əyyaşlığa gətirib çıxarır. Eləcə də bir qrup insanlarda çəkinin azalması, azhərəkətli həyat tərzi sürən imkanlı şəxslərdə isə əksinə 1–2-ci dərəcəli piylənmə yaranır. Oynaqlarda, xüsusən də iri oynaqlarda və onurğa sütunu əzələlərində uzun müddət davam edən ağrılar, ruh düşkünlüyü, əhval-ruhiyyənin aşağı olması, süstlük, soyuqluq, bəzən isə təlaş da xəstəlik üçün səciyyəvidir. Belə xəstələr adətən tez-tez depressiyaya düşür, yalnız qalmaq istəyirlər, saçlar tökülür, barmaq izləri yox olur.

Yaranma səbəbləri

[redaktə | mənbəni redaktə et]
  • Disinxronizm;
  • infeksiya;
  • yara;
  • stress.
  • baş ağrısı;
  • gərginlik;
  • depressiya;
  • arterial hipertoniya;
  • impotensiya;
  • əzələ ağrıları;
  • yuxulama hissi;
  • mədə-bağırsağın funksional pozğunluğu və s.

Xəstələrin çoxu yorğunluq hissinin hər hansı xəstəlikdən yarandığını düşünərək xroniki yorğunluq sindromunun başlmasından şübhələnmirlər.

Profilaktik tədbirlər

[redaktə | mənbəni redaktə et]

Xəstəliyə məruz qalmamaq üçün bu qaydalara riayət etmək lazımdır:

  • Konflikdən uzaq durmaq;
  • Hər şeyə müsbət tərəfdən yanaşmaq;
  • Özünü sevmək və təmiz havadan qorxmamaq;
  • Sifəti soyuq su ilə yumaq;
  • Hər gün havada 1–1,5 saat gəzmək;
  • Həftə sonlarını təbiət qoynunda keçirmək.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]