Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pallet
Pallet (Euro-pallet or EPAL - pallet) — ölçüləri 1200×800×144 mm
Dalat
Dalat (vyet. Đà Lạt) — Vyetnamın mərkəzi dağlıq ərazilərində yerləşən şəhər, Lamdonq vilayətinin paytaxtı. Dəniz səviyyəsindən təqribən 1,475 metr yüksəklikdə Lanqbian platosunda yerləşir. Hanoydan 1,491 km, Hoşimin şəhərindən 300 km məsafədə yerləşir. Şəhərin adının lati dilindən yaranmışdır və mümkün tərcümələrdən biri də "lat tayfasının çayıdır". == İqtisadiyyatı == Şəhərin iqtisadiyyatını kənd təsərrüfatı (meyvə, gül, çiyələk, üzüm, qəhvə becərilməsi), şərabçılıq, turizm, elmi tərəqqi (Dalat Vyetnam elminin mərkəzlərindən biridir) təşkil edir.
Balamet Balametov
Balamet Yüzəhməd oğlu Balametov (1906, Əniq, Hil rayonu – 2007) — Naxçıvan MSSR Nazirlər Sovetinin sədri, Qusar Rayon Partiya Komitəsinin birinci katibi, Naxçıvan MSSR Xalq Komissarları Sovetinin sədri. == Həyatı == Balamet Balametov 1907-ci ildə Əniq kəndində anadan olmuşdur. Bakıda neft mədənlərində fəhlə olaraq çalışmış, daha sonra Rustov kəndində kitabxanada işləmişdir. Bakı Ali Partiya Məktəbində və Zaqafqaziya Kommunist Kənf Təsərrüfatı Məktəbində təhsil almışdır. 1949-cu ildə Ümumittifaq Kommunist (bolşevik) Partiyası yanında Ali Partiya məktəbini bitirmişdir. == Siyasi fəaliyyəti == Balamet Balametov Qusar Rayon Zəhmətkeş Deputatları Sovetinin İcraiyyə Komitəsinin sədr müavini olmuşdur. Təhsilini tamamladıqdan sonra, 1938-ci ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Xalq Komissarları Sovetinin sədri vəzifəsinə təyin olunmuşdur. 1942-ci ildən Qusar Rayon Partiya Komitəsinin 1-ci katibi, 1947-ci ildən Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Nazirlər Sovetinin sədri vəzifəsinə təyin olunmuşdur. SSRİ Ali Sovetinin III çağırış, Azərbaycan SSR Ali Sovetinin II, Naxçıvan MSSR Ali Sovetinin isə I, II və III çağırışlarının deputatı olmuşdur. 2 dəfə "Lenin" ordeni (biri 25.02.1946) və "Qırmızı əmək bayrağı" ordeni (27.04.1940) ilə təltif olunmuşdur.
Con Dalles
John Foster Dulles (25 fevral 1888[…], Vaşinqton – 24 may 1959[…], Vaşinqton) — ABŞ-lı vəkil və siyasət adamı. == Həyatı == Prezident Dwight D. Eisenhower dövründə ABŞ xarici işlər naziri (1953–1959). II Dünya Müharibəsini izləyən soyuq müharibə dövründə ABŞ-nin xarici siyasətinin müəyyən edilməsində əhəmiyyətli rol oynamışdır. Müvafiq olaraq B. Harrison və T. V. Vilson administrasiyalarında dövlət katibləri olmuş C. U. Fosterin nəvəsi, R. Lansinqin qardaşı oğlu, A. U. Dallesin qardaşıdır. İxtisasca hüquqşünasdır. Prinston Universitetində, Sorbonnada, C. Vaşinqton Universitetində təhsil almışdır. 1911-ci ildə ABŞ-nin, həmçinin Almaniya, İsveç, Belçika və digər ölkələrin aparıcı sənaye və maliyyə korporasiyalarına, o cümlədən H. Fordun konserninə, "International Telephone and Telegraph", Chase Manhattan Bank, İ. G. Farbenindustriyə xidmət edən "Sullivan & Cromwell" adlı iri hüquq firmasında (1927-ci ildən onun rəhbəri) peşəkar fəaliyyətə başlamışdır. "International Nickel Company" transmilli korporasiyasının direktoru, New York City Bankının idarə heyətinin üzvü, Rokfeller fondunun qəyyumlar şurasının sədri olmuşdur. == Fəaliyyəti == İlk diplomatik iş təcrübəsini 1907-ci ildə 2-ci Haaqa konfransında ABŞ nümayəndə heyətinin katibi vəzifəsində qazanmışdır. Paris sülh konfransında (1919–20) ABŞ nümayəndə heyətinin müşaviri idi; sonrakı illərdə Təzminat komissiyasında və Ali İqtisadi Şurada ABŞ-ni təmsil etmiş, 1923–24-cü illər də Daues planının işlənib hazırlanmasında əhəmiyyətli rol oynamışdır.
Google Wallet
Google Wallet — Google tərəfindən hazırlanmış rəqəmsal pulqabı platforması. O, Android, Wear OS və Fitbit OS əməliyyat sistemləri üçün əlçatandır və 11 may 2022-ci ildə 2022 Google I/O açılış mərasimində elan edilmişdir. == Tarixi == "Google Wallet" brend adı ilk dəfə şirkətin 2011-ci ildə Android Pay ilə 2018-ci ildə Google Pay adlı yeni proqrama birləşdirilmədən təqdim edilən eyni adlı mobil ödəniş sistemi üçün istifadə edilib. Köhnə Wallet tətbiqi funksionallığı ilə "tay-tuş" ödəniş xidmətinə çevrildi, 2020-ci ildə də layihənin ləğvindən əvvəl Google Pay Send-ə çevrildi. 2020-ci ildə Google Pay tətbiqi Google-un Hindistana yönəlmiş Tez tətbiqi əsasında geniş şəkildə yenidən dizayn edildi və şəxsi maliyyə tətbiqi kimi genişləndi. Google Pay Play Store-da Tez tətbiqini əvəz etdi, 2018-ci ilin Google Pay tətbiqi isə Android smartfonlarında ayrıca, əvvəlcədən quraşdırılmış proqram kimi mövcud olmağa davam etdi. === Google Wallet-in buraxılması === Google 26 may 2011-ci il tarixində keçirdiyi mətbuat konfransında orijinal Google Wallet tətbiqinin orijinal versiyasını nümayiş etdirdi. İlk proqram ABŞ-da yalnız 19 sentyabr 2011-ci ildə buraxıldı. Əvvəlcə proqram yalnız Citibank tərəfindən buraxılmış Mastercard kartlarını dəstəkləyirdi. 15 may 2013-cü ildə Google istifadəçilərə Gmail əlavələri vasitəsilə pul göndərməyə imkan verən Google Wallet və Gmail-in inteqrasiyasını elan etdi.
Yair Dalal
Yair Dalal (ivr. ‏יאיר דלאל‏‎; 25 iyul 1955, İsrail) — İraq-Yəhudi mənşəli bir İsrail musiqiçisidir. Onun əsas alətləri ud və skripkadır və o, bəzən müşayiət kimi də oxuyur. Öz musiqisini bəstələyir və ərəb və yəhudi adət-ənənələrini, eləcə də Avropa klassik və hind musiqiləri yardır. O, eyni zamanda bir sülh fəalıdır və ərəblər və yəhudilər arasında anlaşma və ünsiyyəti artırmaq üçün çalışan aktivistdir.
Con Foster Dalles
John Foster Dulles (25 fevral 1888[…], Vaşinqton – 24 may 1959[…], Vaşinqton) — ABŞ-lı vəkil və siyasət adamı. == Həyatı == Prezident Dwight D. Eisenhower dövründə ABŞ xarici işlər naziri (1953–1959). II Dünya Müharibəsini izləyən soyuq müharibə dövründə ABŞ-nin xarici siyasətinin müəyyən edilməsində əhəmiyyətli rol oynamışdır. Müvafiq olaraq B. Harrison və T. V. Vilson administrasiyalarında dövlət katibləri olmuş C. U. Fosterin nəvəsi, R. Lansinqin qardaşı oğlu, A. U. Dallesin qardaşıdır. İxtisasca hüquqşünasdır. Prinston Universitetində, Sorbonnada, C. Vaşinqton Universitetində təhsil almışdır. 1911-ci ildə ABŞ-nin, həmçinin Almaniya, İsveç, Belçika və digər ölkələrin aparıcı sənaye və maliyyə korporasiyalarına, o cümlədən H. Fordun konserninə, "International Telephone and Telegraph", Chase Manhattan Bank, İ. G. Farbenindustriyə xidmət edən "Sullivan & Cromwell" adlı iri hüquq firmasında (1927-ci ildən onun rəhbəri) peşəkar fəaliyyətə başlamışdır. "International Nickel Company" transmilli korporasiyasının direktoru, New York City Bankının idarə heyətinin üzvü, Rokfeller fondunun qəyyumlar şurasının sədri olmuşdur. == Fəaliyyəti == İlk diplomatik iş təcrübəsini 1907-ci ildə 2-ci Haaqa konfransında ABŞ nümayəndə heyətinin katibi vəzifəsində qazanmışdır. Paris sülh konfransında (1919–20) ABŞ nümayəndə heyətinin müşaviri idi; sonrakı illərdə Təzminat komissiyasında və Ali İqtisadi Şurada ABŞ-ni təmsil etmiş, 1923–24-cü illər də Daues planının işlənib hazırlanmasında əhəmiyyətli rol oynamışdır.
The Classical Music of Azerbaijan:Ballet Volume 2
The Classical Music of Azerbaijan: Ballet Volume 2 - Azərbaycan klassik musiqi bəstəkarlarının əsərləri seriyasından yayımlanmış ikinci albomdur. Albomun adından da göründüyü kimi bu alboma Azərbaycan bəstəkarlarının balet əsərlərindən parçalar daxil edilmişdir. Ümumilikdə alboma iki Azərbaycan bəstəkarının - Qara Qarayev və Fikrət Əmirovun dörd baletindən parçalar daxil edilmişdir. Əsərlər Yalçın Adıgözəlovun rəhbərliyi ilə Azərbaycan Dövlət Simfonik Orkestrı tərəfindən ifa edilmişdir.
The Classical Music of Azerbaijan: Ballet Volume 2
The Classical Music of Azerbaijan: Ballet Volume 2 - Azərbaycan klassik musiqi bəstəkarlarının əsərləri seriyasından yayımlanmış ikinci albomdur. Albomun adından da göründüyü kimi bu alboma Azərbaycan bəstəkarlarının balet əsərlərindən parçalar daxil edilmişdir. Ümumilikdə alboma iki Azərbaycan bəstəkarının - Qara Qarayev və Fikrət Əmirovun dörd baletindən parçalar daxil edilmişdir. Əsərlər Yalçın Adıgözəlovun rəhbərliyi ilə Azərbaycan Dövlət Simfonik Orkestrı tərəfindən ifa edilmişdir.
Balamət Balamətov
Balamet Yüzəhməd oğlu Balametov (1906, Əniq, Hil rayonu – 2007) — Naxçıvan MSSR Nazirlər Sovetinin sədri, Qusar Rayon Partiya Komitəsinin birinci katibi, Naxçıvan MSSR Xalq Komissarları Sovetinin sədri. == Həyatı == Balamet Balametov 1907-ci ildə Əniq kəndində anadan olmuşdur. Bakıda neft mədənlərində fəhlə olaraq çalışmış, daha sonra Rustov kəndində kitabxanada işləmişdir. Bakı Ali Partiya Məktəbində və Zaqafqaziya Kommunist Kənf Təsərrüfatı Məktəbində təhsil almışdır. 1949-cu ildə Ümumittifaq Kommunist (bolşevik) Partiyası yanında Ali Partiya məktəbini bitirmişdir. == Siyasi fəaliyyəti == Balamet Balametov Qusar Rayon Zəhmətkeş Deputatları Sovetinin İcraiyyə Komitəsinin sədr müavini olmuşdur. Təhsilini tamamladıqdan sonra, 1938-ci ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Xalq Komissarları Sovetinin sədri vəzifəsinə təyin olunmuşdur. 1942-ci ildən Qusar Rayon Partiya Komitəsinin 1-ci katibi, 1947-ci ildən Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Nazirlər Sovetinin sədri vəzifəsinə təyin olunmuşdur. SSRİ Ali Sovetinin III çağırış, Azərbaycan SSR Ali Sovetinin II, Naxçıvan MSSR Ali Sovetinin isə I, II və III çağırışlarının deputatı olmuşdur. 2 dəfə "Lenin" ordeni (biri 25.02.1946) və "Qırmızı əmək bayrağı" ordeni (27.04.1940) ilə təltif olunmuşdur.
Aşağı Kalalə (Xudafərin)
Aşağı Kalalə (fars. كلاله سفلي‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 201 nəfər yaşayır (37 ailə).
Yuxarı Kalalə (Xudafərin)
Yuxarı Kalalə (fars. كلاله عليا‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 198 nəfər yaşayır (43 ailə).