John Foster Dulles (25 fevral 1888[1][2][…], Vaşinqton[3] – 24 may 1959[3][1][…], Vaşinqton[3]) — ABŞ-lı vəkil və siyasət adamı.
Con Dalles | |
---|---|
ing. John Foster Dulles | |
| |
21 yanvar 1953 – 22 aprel 1959 | |
məsləhətçi[d] (ABŞ dövlət katibi) | |
1951 – 1952 | |
ABŞ senatoru[d] | |
7 iyul 1949 – 8 noyabr 1949 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 fevral 1888[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 24 may 1959[3][1][…] (71 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | xərçəng xəstəliyi |
Dəfn yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, diplomat, vəkil, sədr[d] |
Dini | Presviterianlıq |
Hərbi xidmət | |
Qoşun növü | Amerika Birləşmiş Ştatları Quru Qoşunları[4] |
Döyüşlər | |
Rütbəsi | kapitan[4], mayor[4] |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Prezident Dwight D. Eisenhower dövründə ABŞ xarici işlər naziri (1953–1959). II Dünya Müharibəsini izləyən soyuq müharibə dövründə ABŞ-nin xarici siyasətinin müəyyən edilməsində əhəmiyyətli rol oynamışdır.
Müvafiq olaraq B. Harrison və T. V. Vilson administrasiyalarında dövlət katibləri olmuş C. U. Fosterin nəvəsi, R. Lansinqin qardaşı oğlu, A. U. Dallesin qardaşıdır. İxtisasca hüquqşünasdır. Prinston Universitetində, Sorbonnada, C. Vaşinqton Universitetində təhsil almışdır. 1911-ci ildə ABŞ-nin, həmçinin Almaniya, İsveç, Belçika və digər ölkələrin aparıcı sənaye və maliyyə korporasiyalarına, o cümlədən H. Fordun konserninə, "International Telephone and Telegraph", Chase Manhattan Bank, İ. G. Farbenindustriyə xidmət edən "Sullivan & Cromwell" adlı iri hüquq firmasında (1927-ci ildən onun rəhbəri) peşəkar fəaliyyətə başlamışdır. "International Nickel Company" transmilli korporasiyasının direktoru, New York City Bankının idarə heyətinin üzvü, Rokfeller fondunun qəyyumlar şurasının sədri olmuşdur.
İlk diplomatik iş təcrübəsini 1907-ci ildə 2-ci Haaqa konfransında ABŞ nümayəndə heyətinin katibi vəzifəsində qazanmışdır. Paris sülh konfransında (1919–20) ABŞ nümayəndə heyətinin müşaviri idi; sonrakı illərdə Təzminat komissiyasında və Ali İqtisadi Şurada ABŞ-ni təmsil etmiş, 1923–24-cü illər də Daues planının işlənib hazırlanmasında əhəmiyyətli rol oynamışdır. İkinci dünya müharibəsi başa çatdıq dan sonra H. Trumen tərəfindən San-Fransisko konfransında (1945) və BMT-nin ilk Baş Assambleyasında ABŞ nümayəndə heyətinin tərkibinə daxil olunmuş, müharibədənsonrakı problemlərin sülh yolu ilə nizamlanması məsələlərini nəzərdən keçirən bir sıra digər mühüm beynəlxalq konfranslarda iştirak etmişdir. Marşal planının hazırlanmasında və NATO-nun yaradılmasında böyük fəallıq göstərmişdir. 1953-cü ildən D. D. Eyzenhauerin iki administrasiyasında dövlət katibi olmuşdur. Kommunizmi "mənəvi bəla" adlandıraraq SSRİ və digər sosialist ölkələrinə qarşı son dərəcə sərt mövqe tutmuşdur. "Güc mövqeyindən" və "daim müharibə təhdidi" ilə çıxış edən siyasəti həyata keçirirdi; nüvə silahının toplanması və hərbi münaqişə zamanı onun tətbiqini nəzərdə tutan "kütləvi cəza" doktrinasının müəllifi idi. 1959-cu ilin aprelində səhhəti ilə əlaqədar istefa vermişdir.[6]