Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Distress
Distress — orqanizm üçün adi olmayan neqativ təsir. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Daniel Diges
Daniel Dixes (17 yanvar 1981, Alkala-de-Enares[d]) — ispan müğənni. 2010 Avroviziya Mahnı Müsabiqəsində İspaniyanı "Algo pequeñito" mahnısı ilə təmsil edib.
Dress-kod
Dress-kod (ing. dress code) — müəyyən bir təşkilatda, müəssisədə işləyərkən və ya tədbirdə iştirak edərkən tələb olunan vahid geyim forması. = Tarixçə = "Dres-kod" termini ilk dəfə Böyük Britaniyada işlənib. Bu termin tez bir zamanda bütün dünyaya yayıldı. Şəxsin müəyyən bir peşə qrupuna aid olduğunu göstərmək üçün istifadə edilir. = Kodlar = Court dress — müvafiq saray tərəfindən diktə edilən saray geyimi. Formal (Full formal, Full dress, Formal attire) — qadınlar üçün bal paltarı, kişilər üçün ggündüz Morning dress açıq frak və yaxud kostyumla açıq jilet və qalstuk, axşam isə White tie - qara frak və ağ kəpənək. Semi-formal (Smoking, Le Smoking) — qadınlar üçün koktey geyimləri (gündüz) və gecə paltarları (axşam), kişilər üçün isə tünd kəpənəklə smokinq. Informal (Cocktail (old-shttp://az.wikipedia.org/w/index.php?title=Dress-kod&action=edittyle) or Business attire) — rəsmi geyim. Smart casual (Business casual (old-style), Cocktail (new style), Executive Casual, Corporate Casual) — qadınlar üçün cins, bluza ilə yubka, tərzdən asılı olaraq kəmər, pencək, gödəkçə və sviter.
Reader's Digest
Reader's Digest (Riderz Daycest;Oxucu seçimi, oxucu xülasəsi) Amerika da ümumi maraq kəsb edən ailə jurnalıdır ki, aybaay nəşr olunur.
Kəskin respirator distress sindromu
Şok ağciyər (kəskin respirator distress sindromu) — ağciyər alveolyar sisteminə xas olan hüceyrə komponentlərinin (epitelial və endotel hüceyrələri) ciddi şəkildə təsirləndiyi kəskin bir vəziyyətdir. ARDS prosesi ağciyərlərdə geniş yayılmış iltihabın sürətlə başlaması və bütün alveolları təsir edən zədələnmə (diffuz alveolyar zədə — DAD) ilə tənəffüs çatışmazlığının bir növüdür. Əgər törədici aradan qaldırıla bilsə, xəstədə olan səthi tapıntılar qısa müddətdə yox olacaq. Törədici güclü olduğu hallarda tənəffüs dəstəyi tələb edən intensiv hipoksiya (oksigen aclığı) vəziyyəti inkişaf edir. Orta ölüm: 50% (yaşlılarda 90%). Sağ qala bilən xəstələrdə tənəffüs funksiyalarına ciddi təsir göstərən ağciyərlərdə geniş yayılmış toxuma məhvi (xroniki interstisial ağciyər xəstəliyi) baş verə bilər.
Six Degrees of Separation (mahnı)
"Six Degrees of Separation" mahnısı The Script rok qrupunun #3 albomundan 2-ci trekidir. Mahnının ərsəyə gəlməsində, yəni yazılmasında bu şəxslər iştirak etmişdir: Qrupun solisti — Danny O'Donoghue , qrupun elektro gitaristi — Mark Sheehan və digər köməkçi şəxslər Steve Kipner, Andrew Frampton. Mahnının klipi 5 noyabr 2012-ci ildə çəkilib bitmişdir və Beynəlxalq video portalı olan "YouTube"a yerləşdirilmişdir. Həmçinin qrup bu mahnının akustik versiyasını da çıxarmışdır. Mahnının ilk dəfə akustik versiyasını Billboard səhnəsində səsləndirmiş və geniş kütlənin marağına səbəb olmuşdur.
Tiqreş adası
Tiqreş adası (port. Ilha dos Tigres) — Anqolanın ən böyük adası. Namibe əyalətində yerləşir. Adanın sahəsi 98 km²-dir. == Tarix == Bir vaxtlar Tiqreşi materikdən ayıran eyniadlı boğazın yerində bərzəx olmuşdur. Bu ərazidə San Martin duş Tiqres adlı balıqçı kəndi var idi. 1962-ci il martın 14-də okean Tiqreş yarımadasını materikə birləşdirən bərzəxi yuyur və beləliklə Tiqreş yarımadası su təchizatı olmayan adaya çevrilir. Daha sonra Kunene çayının mənsəbindəki nasos stansiyası fəaliyyətini dayandırır və kənd yavaş-yavaş tərk edilən xəyal şəhərə çevrilir.
Tiqreş boğazı
Tiqreş boğazı (port. baía dos Tigres) — Anqolanın Namibe əyalətindəki boğaz. Tiqreş adasını Anqolanın qalan hissəsindən ayırır. == Coğrafiya == Boğazın şərq tərəfində əvvəllər kiçik bir yarımada var idi, onun cənubunda Sao Martin dus Tiqres adlı balıqçı kəndi ilə bərzəx vastəsi ilə ona birləşirdi. 1962-ci ildə okean yarımadanın bərzəxini yarır. Beləliklə Tiqreş adası meydana gəlir.
Nil Deqrass Tayson
Nil Deqrass Tayson (ing. Neil deGrasse Tyson; 5 oktyabr 1958[…], Manhetten, Nyu-York ştatı) — Amerika astrofiziki, fizika üzrə fəlsəfə doktoru və kosmoloqdur.1996-cı ildən bəri Amerika Təbiət Tarixi Muzeyinə aid olan Hayden Planetariumunun rəhbəridir. Kifayət qədər maraqlı şəxs olan Nil Degrass 2006–2011-ci illər arasında PBS kanalında NOVA scienceNOW adlı elm-təhsil istiqamətli televiziya şousunu aparmışdır. == Həyatı == Tayson Nyu-Yorkda Manhettendə yaşayan üç uşaqlı ailənin ikinci övladı idi. Anası Puerto-Riko əsilli Sansita Mariya (née Feliciano) Tayson ABŞ ın Səhiyyə Nazirliyində Herontoloq işləyib. Atası afroamerikalı Siril deqrass Tayson sosioloq idi. Taysonun uşaqlığı Bronks ın qonşuluğunda Kasl hil də və Riverdeyl də keçib. === Gənclik illəri === Tayson Bruklində elmi təmayüllü məktəbdə (The Bronx High School of Science) təhsil aldığı illərdə (1972–1976-ci) məktəb Fizika Elmi Jurnalının baş redaktoru və güləş üzrə komanda kapitanı olmuşdur. Tayson astronomiya ilə çox kiçik yaşlarında maraqlanmağa başlayıb, yeniyetməlik illərində daha çox həvəslə onu öyrənir, hətta astronomlar cəmiyyətində özünəməxsus tanınmışlıq qazanaraq, 15 yaşında astronomiya ilə bağlı mühazirələrlə çıxış edib. Astronomiyaya olan marağını onun NyuYorkda yaşadığı binanın (Səmaya baxan bina adlandırılıb — "Skyview Apartments")ən yüksək mərtəbəsindən binoklla aya baxmasından sonra yarandığını Tayson özü qeyd etmişdir.