Six Degrees of Separation (mahnı)

"Six Degrees of Separation" mahnısı The Script rok qrupunun #3 albomundan 2-ci trekidir. Mahnının ərsəyə gəlməsində, yəni yazılmasında bu şəxslər iştirak etmişdir: Qrupun solisti — Danny O'Donoghue , qrupun elektro gitaristi — Mark Sheehan və digər köməkçi şəxslər Steve Kipner, Andrew Frampton. Mahnının klipi 5 noyabr 2012-ci ildə çəkilib bitmişdir və Beynəlxalq video portalı olan "YouTube"a yerləşdirilmişdir. Həmçinin qrup bu mahnının akustik versiyasını da çıxarmışdır. Mahnının ilk dəfə akustik versiyasını Billboard səhnəsində səsləndirmiş və geniş kütlənin marağına səbəb olmuşdur.