Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dodaqlar
Dodaqlar — çənəağızlı onurğalıların əksəriyyətində ağız dəliyini əhatə edən hərəkətsiz dəri büküşləri. Üst və alt dodaq olur. Tısbağalarda, quşlarda və kloakalı yetkin məməlilərdə çənədə qərni dimdiyin olması ilə əlaqədar dodaq yoxdur. Balıqlarda dodaqların üzərində adətən dad və hiss orqanları çox olur və ovu tutmağa kömək edir. Suda-quruda yaşayanların əksəriyyətində dodaqlar tənəffüs zamanı ağız boşluğunu qapamaq üçündür. Sürünənlərdə (ilanlarda və kərtənkələlərdə) dodaqlar aydın görünür və üst tərəfdən qərni dodaq qalxançıqları ilə örtülmüşdür. Məməlilərdə dodaqlar hərəkətlidir, balaların əmməyə, yetkin fərdlərin isə yemi fəal surətdə tutmağa uyğunlaşması ilə əlaqədar olaraq xüsusi əhəmiyyət kəsb edir. Dodaqlar eninə zolaqlı əzələlərdən təşkil olunmuşdur. Filin, donuzun, tapirin üst dodağı çox dartılmış və xortumun, ya da burunun alt tərəfini əmələ gətirir. Dəyirmiağızlılarda üst dodaq sormac funksiyasını yerinə yetirir.
Böyük dodaqlar
Xarici dodaqlar (labia majora), vaginanı xarici tərəfdən örtən həssas bir toxumadır. Tüklər vardır, lakin labia minorda ümumiyyətlə tük yoxdur. Qadınlarda cinsiyyət sisteminin xaricində yer alan ən əsas hissə üzəri tüklə örtülü olan, yuxarıdan başlayaraq aşağıda birləşən və cinsiyyət yarığını örtən böyük cinsiyyət dodaqlardır. Daxilində çoxlu tər və yağ vəzisi, sinir, qan damarı vardır. İç hissəsində tük yoxdur.
Kiçik dodaqlar
Kiçik dodaqlar (labia minora), qadın reproduktiv sistemlərindən biridir. Vaginal bucağın hər iki tərəfindən sallanan dərilərdir. Kiçik dodaqlar, müxtəlif boyda, rəngdə və şəkildə ola bilər. Kişi üretrası və penis dərisi ilə bərabərdir Kiçik dodaqlar böyük dodaqların tam altında yerləşir. Uşaqlıq yolunu əhatə edən, iki kiçik dəri qatından ibarətdir. Ölçüləri qadından qadına fərqli olur. Adətən kiçik cinsiyyət dodaqları böyük cinsiyyət dodaqları ilə örtülü olur. Bəzi qadınlarda kiçik cinsiyyət dodaqları nisbətən iri olub böyük cinsiyyət dodaqlarından xaricə çıxır və buda bəzi qadınlarda kompleks yaradır. Kiçik dodaqlarda yağ və tük olmaz. Qan damarları və sinir hüceyrələri olduqca çoxdur.
Xarici dodaqlar
Xarici dodaqlar (labia majora), vaginanı xarici tərəfdən örtən həssas bir toxumadır. Tüklər vardır, lakin labia minorda ümumiyyətlə tük yoxdur. Qadınlarda cinsiyyət sisteminin xaricində yer alan ən əsas hissə üzəri tüklə örtülü olan, yuxarıdan başlayaraq aşağıda birləşən və cinsiyyət yarığını örtən böyük cinsiyyət dodaqlardır. Daxilində çoxlu tər və yağ vəzisi, sinir, qan damarı vardır. İç hissəsində tük yoxdur.
İsti dodaqlar
Palicourea elata (əvvəllər Psychotria elata) — adətən "sevgili öpüşü", "isti dodaqlar" və digər oxşar adlarla tanınan tropik bitki. Meksika, Kosta Rika, Ekvador, Panama və Kolumbiya kimi ölkələrdə, Mərkəzi və Cənubi Amerikanın yağış meşələrində yetişir. Bitki özünün aydın formalı qırmızı diş telləri ilə diqqəti cəlb edir və buna görə də "isti dodaqlar" adlanır. Parlaq qırmızı braktlar onun ən əsas xüsusiyyəti hesab edilsə də, onlar bitkinin əsl çiçəkləri deyil, sadəcə ekstravaqant yarpaqlardır. İnsan dodaqları kimi bu bitki də müxtəlif çeşid və formalarda yetişir. "Palicourea elata" yaxşı öyrənilmiş və əsrlər boyu sənədləşdirilmişdir. Bitki yerli icmalar tərəfindən tibbi məqsədlər üçün istifadə edilir. Faydalarına və ümumi görünüşünə görə bitki həddindən artıq yığılır və təhlükə altındadır.
Böyük cinsiyyət dodaqları
Böyük cinsiyyət dodaqları — lat. labia majora pudendi qasıq dağcığından aşağıda 7–8 sm uzunluğunda və 2–3 sm enində bir cüt paralel istiqamətdə durmuş elastik dəri büküşləridir. Bayır tərəflərdən çanaq-bud şırımı vasitəsilə sağ və solbuddan ayrılmışdır. Böyük cinsiyyət dodaqları orta xətdə cinsiyyət yarığını (lat. rima pudendi) əhatə edir. bu yarıq qızlarda və cavan qadınlarda qapalı yəni böyük cinsiyyət dodaqları bir-birinə söykənmiş olur. Təkrar doğmuş qadınlarda böyük cinsiyyət dodaqları elastikliyini itirdiyinə görə cinsiyyət yarığı açıq qalır. Cinsiyyət yarığının ön və dal uclarında böyük cinsiyyət dodaqları bir-biri ilə birləşərək ön və dal bitişməni — lat. commissura labiorum anterior et posterior əmələ gətirir. dal bitişmə dal tərəfdə 3 sm uzunluğunda aralıq adlanan sahə vasitəsilə anusdan ayrılmışdır.