Dodaqlar

Qadın dodağı

Dodaq — çənəağızlı onurğalıların əksəriyyətində ağız dəliyini əhatə edən hərəkətsiz dəri büküşləri. Üst və alt dodaq olur.

Tısbağalarda, quşlardakloakalı yetkin məməlilərdə çənədə qərni dimdiyin olması ilə əlaqədar dodaq yoxdur.

Balıqlarda dodaqların üzərində adətən dad və hiss orqanları çox olur və ovu tutmağa kömək edir.

Suda-quruda yaşayanların əksəriyyətində dodaqlar tənəffüs zamanı ağız boşluğunu qapamaq üçündür.

Sürünənlərdə (ilanlardakərtənkələlərdə) dodaqlar aydın görünür və üst tərəfdən qərni dodaq qalxançıqları ilə örtülmüşdür.

Məməlilərdə dodaqlar hərəkətlidir, balaların əmməyə, yetkin fərdlərin isə yemi fəal surətdə tutmağa uyğunlaşması ilə əlaqədar olaraq xüsusi əhəmiyyət kəsb edir. Dodaqlar eninə zolaqlı əzələlərdən təşkil olunmuşdur. Filin, donuzun, tapirin üst dodağı çox dartılmış və xortumun, ya da burunun alt tərəfini əmələ gətirir.

Dəyirmiağızlılarda üst dodaq sormac funksiyasını yerinə yetirir. Bir sıra onurğasızlarda ağız aparatının bəzi hissələrinə də dodaq deyilir.

İnsanlarda əzələ və selikli qişalardan təşkil olunmuş hərəkətli büküşlər ön tərəfdən ağız boşluğu ilə hüdudlanmışdır. Girdə və mimiki əzələlərdən təşkil olunmuşdur. Alt və üst dodaq birləşərək ağız yarığını, yan tərəflərdə ağız bucağını əmələ gətirir. Dodaqları üçlü sinir innervasiya edir. Antropolokiyada dodaqları üst dodağın qalınlığına, istiqamətinə və konturuna görə ayırd edirlər. Qalınlığına görə dodaqlar nazik, orta, qalın, şişkin olur. Üst dodaq qabağa çıxmış (proxeyliya), şaquli profilli (ortoxeyliya), bəzən də geri çəkilmiş (opistoxeyliya) olur. Ekvatorial (zənci-Avstraliya) irqə daha qalın (şişkin) dodaqlar və proxeyliya, Avropa irqinə isə ortoxeyliya mənsubdur. Daha nazik dodaqlar Avropanın şimalında və Asiyada yaşayan bəzi xalqlarda təsadüf edilir. Üst dodağın konturu əyri, düz və qabarıq ola bilər. Qabarıq dodaq xüsusilə Mərkəzi Afrika piqmeylərisemanqlar (Malakka yarımadası) üçün xarakterikdir.