Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kane & Lynch 2: Dog Days
Kane & Lynch 2: Dog Days (azərb. Keyn və Linç: İt günləri‎) — IO Interactive tərəfindən yaradılan, Eidos Interactive və Square Enix (distribyutor olaraq) tərəfindən isə nəşr edilən üçüncü-şəxs atıcı janrında olan video-oyundur. 2007-ci ildə çıxan Kane & Lynch: Dead Men oyununun davamıdır. Oyun PlayStation 3, Xbox 360 və Microsoft Windows platformalarında buraxılıb. Baş qəhrəmanlar cinayətkarlar - Keyn və Linçdir. Hadisələr Şanxay şəhərində cərəyan edir. == Maraqlı faktlar == Birinci mərhələdə küçədə, kiçik kompüter video-oyun mağazası var. Orada Mini Ninjas və Hitman seriyasından olan oyunlarında üzlüklərini görmək olar. Hər iki oyun IO Interecative tərəfindən yaradılıb. Oyundakı nəzər həvəskar kamera çəkilişi stilində yaradılıb.
Atomic Dog
Atomic Dog — Corc Klintonun 1982-ci ildə çıxardığı Computer Games albomunda yer alan sinql.
Hot dog
Hot-doq (ing. Hot dog) — Almaniya-da yaranan və çörək içərisində sosislərdan ibarət sendviç bənzəri qida növü. == Tarixçə == Hot-doq Amerika mətbəxinin klassik yemək növlərindən biridir. Bu yemək 1860-cı ildən başlayaraq, demək olar ki, ABŞ-nin simvoluna çevrilmişdir. Belə ki, həmin ildən alman immiqrantları bu yeməyi özlərilə ABŞ-ya gətirmişlər və elə həmin ildən də (yəni, 1860-cı ildən) hot-doq ABŞ-nın yerli əhalisi tərəfindən çox bəyənilmişdir. Sonralar, yəni 1893-cü ildə Çikaqoda keçirilən Beynəlxalq Sərginin iştirakçılarının hər birinə həmin yeməkdən verilmişdir. Bu yemək sərgidə iştirak edənlər tərəfindən kifayət qədər bəyənilmişdir. 1900-cü ildə Almaniyadan ABŞ-yə gəlmiş qəssab Çarlz Feltman burada hot-doqun kütləvi istehsalına başlamışdır. 1910-cu ildə Ç. Feltman dünyasını dəyişidi. Ondan sonra qalan restoran və otellerin ümumi dəyəri milyonlarla ölçülürdü.
91 Days
91 Days (ナインティワンデイズ, Naynti Van Deydzu, azərb. 91 gün‎) — Shuka tərəfindən istehsal olunmuş anime serialı. == Məzmun == Hekayə Louless şəhərinin İllinoys ştatında spirtli içki qadağası dövründə cərəyan edir, harada ki dəmlənmiş likör qara bazarda hökm sürür. Ailəsi mafya mübahisəsi zamanı qətlə yetirilmiş Ancelo Laqusa Vanetti ailəsinə, xüsusilə, onun donu Vinsent Vanettidən intiqam almaq istəyir. Yeddi il gizləndikdən sonra Ancelo atasının dostundan anonim məktub alır, kim ki ona Loulessə qayıtmağı və intiqam almağı təklif edir. Avilio Bruno adı altında o, donun oğlu — Nero ilə dostlaşaraq Vanetti ailəsinə sızmağa başlayır, lakin bu dramatik 91 günlük hekayədə qisas qisas ardınca artır və qətllər ciddi nəticələrə təkan verir. == Personajlar == === Əsas === Avilio Bruno (アヴィリオ・ブルーノ, Avuirio Burūno) Səsləndirən: Takasi Kondo (yapon), Ostin Tindle (ingilis) Anime serialının baş qəhrəmanı. Əsl adı Ancelo Laqusadır. Hekayədən yeddi il əvvəl onun ailəsi Vanetti ailəsi tərəfindən öldürülmüşdür. Onun Vanetti ailəsinə qarşı kəskin nifrəti var və Loulessə qayıdıb qisasını almaq üçün anonim məktub alana kimi özünü yeddi il ərzində gizlətmişdir.
Tom Days
Tom Days (25 noyabr 1989) — Belçika müğənnisi. Tom Days vaxtilə "The Dice" qrupunda oxuyub. Sonradan qrupu tərk edərək solo karyeraya başlayıb. Elə təmsilçinin "Days" (Dice) təxəllüsü də qrupdakı çıxışından qalıb. Onun ən məşhur albomu "Bleeding Love" adlanır. == Avroviziya 2010 == Tom Days 2010-cu ildə Belçikanı Avroviziyada "Me And My Guitar" mahnısı ilə təmsil edib.
Demon Days
Demon Days — Böyük Britaniyanın virtual musiqi qrupu Gorillaz-ın ikinci studiya albomu. 11 may 2005-ci ildə Yaponiyada, 23 may 2005-ci ildə isə Böyük Britaniyada Parlophone tərəfindən buraxılıb. Albom ABŞ-də Virgin Records tərəfindən satışa çıxarılıb. "Demon Days" 23 ölkənin musiqi cərgəsində ilk onluğa düşüb. Albomdan beş sinql buraxılıb: "Feel Good Inc.", "Dare", "Dirty Harry", "Kids with Guns", və "El Mañana". Albom Rolling Stone jurnalının tərtib etdiyi "Bütün zamanların ən yaxşı 500 albomu" siyahısında 437-ci yerə layiq görülüb.
365 Days TV
365 Days TV — Rusiya tarixi telekanalı. Red Media holdinqin televiziya kanallarından biridir. == Yayımlama == Kanal NTV-Plyus, Tricolor TV, Express-AMU-1 peyki, Platforma HD, Akado, ER-Telecom, Multiregion operatorlarının paketlərində yayımlanır. == Öz istehsalı olan verilişlər == "Həqiqət saatı" "Yeddi gün tarix" "Qələbə Qəhrəmanları" "Böyük şəhərin balaca detalları" "Adi tarix" "Bir şəkilin tarixi" "Rusiyanın bütün soyadları" "KinoTarix" "Rusiya tarixində qadınlar" == Öz istehsalı olan sənədli filmlər == "Rusiyada qiyamlar" (4 film) "Rusiyada pullu islahatlar" (4 film) "Manastır divarları" (8 film) "Xaricilər Rusiyada" (6 film) "Napoleon ilə döyüşlər" (7 film) "Rusiya əsgəri XX əsrin əvvəllərində" (4 film) "Poltava döyüşünün 300 illiyi" (3 film) "Rus tarixinin səhifələri" (4 film) "Krımın tarixindən" (4 film) "Rusiya muzeyi" (2 film) "Rusiyanın soylu ailələri" (5 film) "Rus sultanları" (3 film) "Böyük Qələbə yolunda" (10 film) "SSRİ-də doğulanlar" (10 film) "Rus tədrisinin tarixi" (5 film) == Mükafatları == === Rusiya mükafatları === 2009 — "Zamanın Qəhrəmanı" festivalının qalibi. 2010 — "Təhsil kanalı" nominasiyasında ilk milli mükafatın qalibi. 2010 — "Televiziyanın dizaynı və tərzi" nominasiyasında milli mükafat. === Beynəlxalq mükafatlar === 2006 — "Ən dinamik inkişaf edən televiziya kanalı" nominasiyasında "Hot Bird TV Awards" mükafatı. 2008 — "Mədəniyyət və təhsil kanalı" nominasiyasında "Hot Bird TV Awards" mükafatı. 2010 — "Ən Yaxşı Sənədli Kanal" nominasiyasında "Hot Bird TV Awards" mükafatı.
Three Days Grace
Three Days Grace – Kanada rok musiqi qrupu. == Haqqında == 1992-ci ildə Ontario, Kanadada yaradılmışdır. Qrupun ilk adı Groundswell olsa da, daha sonra 1995-ci ildə qrupa gitaraçı və vokalçı Adam Qontier, zərb alətləri və köməkçi vokalçı Nil Sanderson və bas gitara Bred Uolst qrupa üzv oldu. 1997-ci ildə isə qrup adını dəyişərək Three Days Grace etdi. Daha sonra qrupun gitaristi Berri Stok gələrək qrup tamamlanmış oldu. Alternativ rok/metal, hard-rok üslubun da ifa etməyə başladı. Qrupun ilk studio albomu 2003-cü ildə "Three Days Grace" adlı albomu olmuşdur. Albomdan sonra qrup həmən ildə iki "I Hate Everything About You" və "Just Like You" sinqllarını çıxartdı. == Dəyişiklik haqqında == Qrupun əsas vokalisti olan Adam Qontier, 2013-cü ildə qrupdan ayrılmaq istədiyini bildirmişdir. O bunu onun sağlamlığı ilə əlaqədar olduğu üçün etmişdir.
Daks
Daks (fr. Dax, bask Akize) — Fransanın cənub-qərbdə yerləşən kommuna, departament — Landlar, inzibati region — Akvitaniya. Uzun müddət Qaskon tarixi vilayətin tərkibində olmuşdur. Fransanın məşhur balneoterapiya kurortudur. === Muzeylər === Borda muzeyi. 1807-ci ildə Daks şəhərində açılan şəhər muzeyi Jak-Fransua Borda d'Oronun qiymətli kolleksiyasına ev sahibliyi etdi. 1876-cı ildə bir qrup yerli partriotlar regionun tarixi və arxeologiya öyrənən Borda Cəmiyyəti adlanan elmi bir cəmiyyət qurdular. Muzeydəki kolleksiyaya İç şəhərinin tarixi ilə yanaşı, bir çox sənət əsərləridə aiddir. Jorjetta Düpui muzeyi (fr. Georgette Dupouy).
Mays
Qarğıdalı (lat. Zea) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Qarğıdalı mədəni şəkildə becərilən birillik bitkidir. Gövdəsinin hündürlüyü 3 m-ə qədər yoğunluğu 3 sm, budaqlanmayan, lakin aşağı hıssəsi oduncaqlaşan bitkidir. Saçaqlı kök sisteminə malik,yarpaqları növbəli, uzun, xətti, yuxarı hissəsi qatlanmış, aşağı hissəsi isə çılpaqdır. Erkək çiçəkləri süpürgəşəkilli, dişi çiçəkləri çoxlu sayda (30 sm) qıça olmaqla, yarpaqların arasında yerləşir. Yumşaq gövdəli, erkəkcik və dişcik çiçək qrupları, zirvəsində isə 2 ayaqlı ağızcığı yerləşmişdir. Çiçəkləri qəhvəyi-qırmızı və açıq-sarı rəngilidir. Özünəməxsus zəif iyli olub, dadı hiss olunacaq dərəcədə olub, seliklidir. Yazda və ya erkən payızda “saçaqlar”ını südlü-mumlu qıçalarını, avqust-sentyabr aylarında silos kimi gövdə və yarpaqları toplanılır.
On the Internet, nobody knows you're a dog
İnternetdə heç kim sizin it olduğunuzu bilmir (ing. On the Internet, nobody knows you're a dog) — Piter Ştaynerin 5 iyul 1993-cü ildə "The New Yorker"da dərc olunan karikaturasının başlığı, internet anonimliyi haqqında məsəl və internet memi. Bu sözlər iş masasının arxasındakı stulda oturan, pəncəsini qarşısındakı kompüterin klaviaturasına qoymuş, yanındakı yerdə oturan daha kiçik itlə danışan böyük bir itin sözləridir. Ştayner 2013-cü ilə qədər onun təkrar nəşrindən 200,000 ilə 250,000 ABŞ dolları arasında gəlir əldə etmişdi və bu, "The New Yorker"dən ən çox reproduksiya edilən karikaturaya çevrilmişdi. Orijinal karikatura auksionda satımış və komiks üçün ödənilən ən yüksək qiymətə görə rekord qırmışdır. == Tarixi == Karikaturaçı rəssam və 1979-cu ildən "The New Yorker" jurnalının müəllifi olan Piter Ştayner 1993-cü ildə onlayn hesaba sahib olmasına baxmayaraq, o zaman internetə xüsusi maraq hiss etmədiyini söyləmişdi. O, karikaturanı yalnız "başlıq uydurmaq" elementi ilə çəkmiş, ona heç bir "dərin" məna əlavə etmədiyini xatırlatmışdır. Ştayner daha sonra onun karikaturası özünəməxsus bir həyat alan zaman özünü "smaylik" yaratmış kimi hiss etdiyini və "onun necə bu qədər məşhur və tanınmış hala gəldiyini başa düşə bilmədiyini" qeyd etmişdir. 6 oktyabr 2023-cü ildə orijinal sənət əsəri "Heritage Auctions" illüstrasiya sənəti satışında 175.000 ABŞ dollarına satılmışdır. == Konteksti == Bir vaxtlar dövlət mühəndislərinin və akademiklərinin eksklüziv sahəsi olan internet o vaxtdan "The New Yorker" kimi ümumi maraq doğuran jurnalların müzakirə mövzusuna çevrilmişdi.
Day After Day
Day After Day (azərb. Günbəgün‎) — 2008 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən Elnur Hüseynov və Samir Cavadzadənin ifa etdikləri mahnı. Mahnının sözləri Zəhra Bədəlbəylinin, musiqisi isə Gövhər Həsənzadənindir. "Day After Day" mahnısı fevralın 2-də Azərbaycanın Avroviziya təmsilçisinin seçilməsi üçün təşkil olunan "Odlar Yurdu" adlanan konsert proqramında ifa olundu. Mahnıda şər və xeyir qüvvənin mübarizəsi və bu mübarizədə xeyir qüvvənin şər qüvvə üzərində qələbə qazanması əks olunur. Bu mahnı ilə Azərbaycan Avroviziyada debüt etdi. Yarımfinal mərhələsində Elnurla Samir yeddinci nömrə altında bu mahnını ifa etdilər və 19 mahnl arasında 66 xalla 6-cı yeri tutaraq finala yüksəldi. Finalda bu mahnı 20-ci nömrədə ifa olundu və yekunda finalda yarışan 25 mahnı arasında 132 xalla 8-ci oldu.
Alfi Deys
Alfi Deys (ing. Alfie Deyes; İngiltərə, London) — britaniyalı vloqçu.
Anna Rays
Enn Rays (4 oktyabr 1941[…], Nyu-Orlean, Luiziana – 11 dekabr 2021, Ranço-Miraj[d], Kaliforniya) — ABŞ yazıçısı. == Həyatı == Enn Rays 1941-ci ilin 4 oktyabrında ABŞ-nin Luizana ştatının Nyu Orlean şəhərində anadan olub. Katolik irland əsilli ailənin ikinci qızıdır. Əsl adı Hovard Allın O'Brindir. Enn adını məktəbdə adını deməyə utandığından işlətmiş və belə tanınmağa üstünlük vermişdir. Enn Raysın əsərləri qot cərəyanının inkişafına töhfə vermişdir. Nyu Orleanda doğulduğu üçün əsərlərinin çoxunda hadisələr burada baş verir. Kitablarında üstünlük verdiyi mövzular vampirlər, mumiyalar və küpəgirən qarılardır. Yazıları sado-mazoşist üslubundadır. 1961-ci ildə Stan Rays ilə evlənmiş və Mişel adında qızları olmuşdur.
Barat Daya
Barat Daya (ind. Pulau Banyak) — Kiçik Zond adalarının şimal-şərq hissəsində yerləşən adalar qrupu. İnzibati baxımından İndoneziyanın Maluku vilayəti, Barat Daya dairəsi ərazisində yerləşir. == Coğrafiyası == Arxipelaqa 1 iri (Vetar (3,6 min km²) və bir neşə kiçik ada daxildir (Roma, Damar, Teun və Nila.). Ərazisi əsasən dağlıqdır. Maksimal hündürlük Vetar (1412 m) adasında yerləşir. Ekvatorial iqlimə malikdir. İl ərzində orta temperatur 25-27 ºС arasında dəyişir. Sıx meşələri savannalar əvəz edir. İl ərzində 2000 mm yağıntı düşür.
Billi Mays
Billi Mays (ing. Billy Mays; 20 iyul 1958, Mak-Kis-Roks[d], Pensilvaniya – 28 iyun 2009, Tampa, Florida) — ABŞ aktyoru.
Billy Mays
Billi Mays (ing. Billy Mays; 20 iyul 1958, Mak-Kis-Roks[d], Pensilvaniya – 28 iyun 2009, Tampa, Florida) — ABŞ aktyoru.
Coşua Vays
Daks (rayon)
Daks (fr. Dax) — Fransanın Akvitaniya regionun rayonlarından biri. Departamenti — Landlar. Suprefektura — Daks. Rayon əhalisi 2006-cı ildə 196 899 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 62 nəf / km². Rayon ərazisi — 3194 km².
Damyen Rays
Damien Rice - İrland əsilli müğənni, söz yazıçısı və bəstəkardır. Musiqi karyerasına 90-cı illərdə Juniper ilə başlamışdır. Qrupla ilk albomunu çıxardıqdan sonra qrupdan ayrılmış və solo fəaliyyətinə başlamışdır. The Blower's Daughter, Cannonball, Volcano, Woman Like a Man, Lonely Soldier, Rootless Tree, 9 Crimes sinqlləri məşhurdur.
Dans-pop
Dans-pop — Rəqs yönümlü pop musiqi, 1980-ci illərdən başlayan post-disko dövründə inkişaf etmişdir.
DOI
Rəqəmsal obyektin identifikatoru (həmçinin "obyektin rəqəmsal identifikatoru" (ORİ) kimi də işlədilir digital object identifier, DOI) — şəbəkədə obyekt haqqında informasiyanın standart işarələməsi (adətən, elektron sənədlər və ya rəqəmsal obyektlər üçün zəruri deyil). Elektron sənədin DOI-də saxlanılan məlumatı onun yerləşdiyi yeri və digər məlumatları əks etdirir (məsələn, URL), onun adı, obyektin digər identifikatorları (məsələn, kitabın elektron variantı üçün ISBN ) == Istinadlar == International DOI Foundation. CrossRef, the official DOI® link registration agency for scholarly and professional publications. Norman Paskin. "Digital Object Identifier (DOI®) system" (PDF). Encyclopedia of Library and Information Sciences. Taylor & Francis Group. 2010. doi:10.1081/E-ELIS3-120044418.
DOS
Fərdi kompüterlərın (PC) inkişafında xüsusi xidməti olan DOS əməliyyat sistemi bu gün də öz əhəmiyyətini itirməmişdir. DOS-un Windows və Linux kimi müasir əməliyyat sistemləri ilə müqayisədə bir çox çatışmazlıqlarına baxmayaraq hələ də istifadə olunmasının bir neçə səbəbi var. DOS çox sadədir və buna baxmayaraq çox səmərəlıdır. O, kompüter resurslarına qarşı çox qənaətcildir. Belə ki, DOS-u sərt disk olmadıqda, disketdən belə yükləmək mümkündür. Bununla yanaşı DOS üçün yazılmış tətbiqi proqramlar kiçik olur və çevik işləyirlər. DOS-un qeyd olunan müsbət cəhətləri ilə yanaşı, müasir əməliyyat sistemləri ilə rəqabətə davamlı etməyən bir sıra çatışmazlıqları da var: DOS birtapşırıqlı əməliyyat sistemidir. O, eyni vaxtda yalnız bir proqramın icrasını təmin edə bilər; DOS təkprosessorlu əməliyyat sistemidir; O, mukroprosessoru real zaman rejimində (və ya real ünvanlama rejimində) işlədir. DOS tətbiqi proqramı yaddaşa yüklədikdən sonra idarəetməni ona verir. DOS əməliyyat sisteminin nüvəsi monolit arxitekturaya mənsub olduğundan o, istifadəçi (tətbiqi) proqramı ilə eyni ünvan məkanında yerləşir.
Doj
Doj (it.
Dol
Dol (musiqi aləti) — musiqi aləti. Dol (rayon) — Fransanın Franş-Konte regionun rayonlarından biri.
Don
Don — Dünyada işlədilən şəxs adı. Bu adı olan tanınmış şəxslər Don Keefer — aktyor.
DAİŞ
İŞİD və ya tam adı ilə İraq Şam İslam Dövləti, həmçinin 2014-cü ildən etibarən İslam Dövləti (İD), — Əsasən İraq və Suriya ərazisində fəaliyyət göstərən silahlı terrorçu qruplaşma, 3 yanvar 2014-cü il tarixində dövlət kimi müstəqilliyini, 29 iyun 2014-cü il tarixində isə yeni xilafət yarandığını elan etmişdir. 2019-cu ildə isə süqutu elan edilmişdir. İŞİD indiyə qədər heç bir dövlət tərəfindən dövlət kimi tanınmamışdır. == Terrorçu qrup kimi təyin edilməsi == Aşağıdakı ölkələr və beynəlxalq təşkilatlar İraq Şam İslam Dövləti terror qruplaşması hesab edir İran ABŞ Rusiya Türkiyə Livan Səudiyyə Ərəbistanı İndoneziya İtaliya Almaniya Polşa Danimarka Yunanıstan Estoniya Bolqarıstan Fransa Birləşmiş Krallıq Niderland Xorvatiya Çexiya Sloveniya Albaniya Kanada Avstraliya BƏƏ Bəhreyn Qətər Filippin Malayziya Bosniya və Herseqovina İordaniya Gürcüstan Azərbaycan == Tarixi == İraq müharibəsinin başlamasından qısa bir müddət sonra "Camaat əl-Tövhid vəl-Cihad" adı ilə qurulan qruplaşma 2004-cü ilin oktyabrında Əl-Qaidəyə bağlılığını elan edərək "Tanzim Kaidat el-Cihad fi Bilad el-Rafidayn" (daha çox "İraq Əl-Qaidəsi" adı ilə tanınır) adını götürdü. === İraqda === ==== İraq İslam Dövləti ==== 2006-cı ilin yanvar ayında "Ceyş ət-Taifa Əl-Mənsur", "Ceyş Əhli-Sünnə vəl-Camaa", "Ceyş əl-fatihin", "Cund əs-Səhabə" kimi kiçik qruplarla birləşən qruplaşma "Mücahidun Şura Konseyi" adını aldı. İraq müharibəsinin qızğın dövründə Anbar, Ninəvə, Diyalə, Babil, Kərkük və Səlahəddin bölgələrində aktivlik göstərən qruplaşma üzvləri 2006-cı ilin 15 oktyabr tarixində paytaxtı Baquba şəhəri olan "İraq İslam Dövləti" adlı dövlət elan etdi. Bu tarixdən etibarən "Mücahidun Şura Konseyi" adı altında toplaşan qruplaşmaların keçirdiyi əməliyyatlar "İraq İslam Dövləti" adıyla keçirilməyə başladı. ===== İraq İslam Dövlətində döyüşçü sayı ===== 2006-cı ildə ABŞ kəşfiyyatının hazırladığı hesabatda təşkilatın üzvlərinin sayının 1000-dən yuxarı olduğu bildirilirdi. 2011-ci ildən etibarən ABŞ ordusunun İraqdan çıxmasından sonra təşkilat üzvlərinin sayının 2 dəfədən çox artdığı haqqında məlumatlar var idi. ==== 2012 ==== ==== 2013 ==== ==== 2014 ==== ===== Oktyabr 2014 ===== 15 oktyabr 2014-cü ildə terror təşkilatı İŞİD Bağdad yaxınlığındakı Kubaisanı ələ keçirmiş, əl-Anbar və Fəllucanı mühasirəyə almışdır.
Hot-doq
Hot-doq (ing. Hot dog) — Almaniya-da yaranan və çörək içərisində sosislərdan ibarət sendviç bənzəri qida növü. == Tarixçə == Hot-doq Amerika mətbəxinin klassik yemək növlərindən biridir. Bu yemək 1860-cı ildən başlayaraq, demək olar ki, ABŞ-nin simvoluna çevrilmişdir. Belə ki, həmin ildən alman immiqrantları bu yeməyi özlərilə ABŞ-ya gətirmişlər və elə həmin ildən də (yəni, 1860-cı ildən) hot-doq ABŞ-nın yerli əhalisi tərəfindən çox bəyənilmişdir. Sonralar, yəni 1893-cü ildə Çikaqoda keçirilən Beynəlxalq Sərginin iştirakçılarının hər birinə həmin yeməkdən verilmişdir. Bu yemək sərgidə iştirak edənlər tərəfindən kifayət qədər bəyənilmişdir. 1900-cü ildə Almaniyadan ABŞ-yə gəlmiş qəssab Çarlz Feltman burada hot-doqun kütləvi istehsalına başlamışdır. 1910-cu ildə Ç. Feltman dünyasını dəyişidi. Ondan sonra qalan restoran və otellerin ümumi dəyəri milyonlarla ölçülürdü.
Rok Doq
Rok Doq (ing. Rock Dog) - 2016-ci ildə istehsal olunmuş Çin filmi. == İstinadlar == == Xarici keçidlər == Rok Doq — Internet Movie Database saytında.
Dars yarımadası
Dars yarımadası (alm. Darß‎) — Almaniyanın şimalında, Baltik dənizinin cənubunda yerləşən yarımada. Qərbdən Meklenburq buxtası yuyulur. Dars sözü qədim skavyan dilində işlənən dračĭ sözündən törəmişdir. Erkən orta əsrlərdə yarımada ada olmuşdur. Slaviyanlar onu Scante Vustrov adlandırırdı. Yarımadanın böyük hissəsi meşə ilə örtülüdür. Yarımadanın şimal hissəsi Darser-Ort (alm. Darßer Ort‎) adlanır. Burada mayak yerləşir.
Dayə xatın
Dayə xatın — Türkmənistanda orta əsrlərə aid memarlıq abidəsi == Tarixi və memarlığı == Cərco şəhərindən 170 km şimal-qərbdədir. Səhrada, Xorasandan Xarəzmə gedən qədim yolun üstündə yerləşir. Dünya ölkələrinə səmtlənmiş, qülləli divarlarla möhkəmlənmişdirilmiş, kvadrat planlı, çiy və bişmiş kərpiçdən (tağ və günbəzləri) tikilmiş IX əsr- XII əsrlərə aid karvansaradan (və ya ribatdan) ibarətdir. Bir girişi (şimal tərəfdən) vardır və dirəklər üzərində sıratağlarla əhatələnmiş simmetrik planlı, 4 eyvanlı daxili həyətə malikdir. Fasadında nəbati ornamentlər, oyma kərpiç və terrakotadan kitabələr var. Bina planlaşdırılmasına görə erkən ərəb ribatları və Əməvi qəsrlərinə bənzəyir.
Ayos-İlias (dağ, Arkadiya)
Ayos-İlias (yun. Άγιος Ηλίας) — Yunanıstanda, Peloponnes yarımadasının mərkəzi hissəsində, Arkadiyanın şərq hissəsində, Meqalopolis və Peloponnes periferiyasının inzibati mərkəzi olan Tripolis arasında yerləşən dağ. Dəniz səviyyəsindən hündürlüyü 1116 metrdir. Qədim zamanlarda Menal (q.yun. Μαίναλον, lat. Maenalus) adlandırılmışdır. Pavsani bu dağı Menalion (Menalius, Μαι­νάλιον ) adlandırmışdır.