Dayə xatın — Türkmənistanda orta əsrlərə aid memarlıq abidəsi[1]
Cərco şəhərindən 170 km şimal-qərbdədir. Səhrada, Xorasandan Xarəzmə gedən qədim yolun üstündə yerləşir. Dünya ölkələrinə səmtlənmiş, qülləli divarlarla möhkəmlənmişdirilmiş, kvadrat planlı, çiy və bişmiş kərpiçdən (tağ və günbəzləri) tikilmiş IX əsr- XII əsrlərə aid karvansaradan (və ya ribatdan) ibarətdir. Bir girişi (şimal tərəfdən) vardır və dirəklər üzərində sıratağlarla əhatələnmiş simmetrik planlı, 4 eyvanlı daxili həyətə malikdir. Fasadında nəbati ornamentlər, oyma kərpiç və terrakotadan kitabələr var. Bina planlaşdırılmasına görə erkən ərəb ribatları və Əməvi qəsrlərinə bənzəyir.