Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dəri duyğusu üzvləri
Dəri — insanın və heyvanların bədənini bir sıra kənar təsirlərdən qoruyan, habelə hissiyyat, tənəffüs və istiliyin tənzimi proseslərində iştirak edən xarici örtükdür. Dəri özündən altda yerləşən toxumaları müxtəlif mexaniki zədələrdən qoruyur, bədənə xəstəlik törədən mikrobları və yad maddələri keçməyə qoymur. Həmçinin, dəri toxumalardan artıq su itkisinə mane olur və bədənin temperatur tənzimində mühüm rol oynayır. Eyni zamanda, dəri onda yerləşən xüsusi törəmələr – reseptorlar vasitəsi ilə xarici mühitin qıcıqlarını (mexaniki, istilik və s.) qəbul etdiyindən duyğu üzvlərindən biridir. Dəridə olan müxtəlif reseptorlar orqanizmlə xarici mühitin qarışılıqlı təsirində böyük rol oynayır. Dəri ifrazat orqanı kimi də dissimilyasiyasının son məhsullarının çox az bir hissəsinin orqanizmdən xaric olunmasında iştirak edir. Dəridə ifrazat məsulları tər və piy vəziləri vasitəsilə xaric olunur. Dəridən tər daima xaric olur və bununla bədənin temperaturu və qanın osmotik təzyiqi tənzim olunur. İnsan bir gündə 500-900 sm³ tər xaric edir. Yay aylarında isə tərin miqdarı 2-3 dəfə artır.
Qayğusuz Abdal
Qaygusuz Abdal ( 1341- 1444) əsl adı Əlaəddin Qeybi olan Ələvi və Bəktaşi xalq ozanı. == Həyatı == Babası Əlaəddin bin Yusif, atası isə Alaiyə bəyi Hüsaməddin Mahmud olduğu söylənilir. Bəktaşi böyüyü Abdal Musaya bağlanaraq təsəvvüf yoluna girdi. Misirə gedərək Bəktaşiliyi yaymaya çalışdı və orada vəfat etdi. Didaktik janrdakı əsərlərində açıq və aydın bir dil işlətdi. İncə və iynəli bir üslubu vardı. Ələvi və Bəktaşi şeir ənənələrini yaşatdı. Bəzi şeirlərində Yunus Əmrənin təsiri görünür. == Əsərləri == Divan Saray-name Minber-name Dil-güsa Gevher-name Budala-name Məsnəvi Muglata-name Əsrar-i Hurûf Vücûd-name' == Mənbə == Prof. Dr.
Əkin düyüsü
Çəltik (lat. Oryza sativa) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin düyü cinsinə aid bitki növü. Çəltik qabığı çıxarılmamış düyüdür. Çəltik əhəmiyyətli dənli taxıl bitkisi olmaqla ərzaq, yem və texniki məqsədlər üçün becərilir. Çəltikdən sənayedə, maldarlıqda və mətbəxdə geniş istifadə olunur. Çəltik Yer kürəsində əkin sahəsinə görə bütün bitkilər arasında ikinci yeri tutur və yer kürəsi əhalisinin beşdə ikisini qidalandırır. Azərbaycanda çəltik əkinçiliyinə görə üç zonaya bölünür. Lənkəran-Masallı zonası, Şəki-Zaqatala zonası, Quba-Xaçmaz zonası. Çəltiyin hər hektardan orta hesabla məhsuldarlığı 35–40 sentner, aqrotexniki xidmətin yüksək aparıldığı sahələrdə 50–60 sentner və daha artıq olur. Çəltik iki yarımnövə bölünür.