Qayğusuz Abdal

Qaygusuz Abdal ( 1341- 1444) əsl adı Əlaəddin Qeybi olan ƏləviBəktaşi xalq ozanı.

Qayğusuz Abdal
Əlaəddin Qeybi
Doğum tarixi
Vəfat tarixi
Fəaliyyəti yazıçı, şair
Vikimənbənin loqosu Qayğusuz Abdal Vikimənbədə

Babası Əlaəddin bin Yusif, atası isə Alaiyə bəyi Hüsaməddin Mahmud olduğu söylənilir. Bəktaşi böyüyü Abdal Musaya bağlanaraq təsəvvüf yoluna girdi. Misirə gedərək Bəktaşiliyi yaymaya çalışdı və orada vəfat etdi.

Didaktik janrdakı əsərlərində açıq və aydın bir dil işlətdi. İncə və iynəli bir üslubu vardı. Ələvi və Bəktaşi şeir ənənələrini yaşatdı. Bəzi şeirlərində Yunus Əmrənin təsiri görünür.

  • Divan
  • Saray-name
  • Minber-name
  • Dil-güsa
  • Gevher-name
  • Budala-name
  • Məsnəvi
  • Muglata-name
  • Əsrar-i Hurûf
  • Vücûd-name'
  • Prof. Dr. Abdurrahman Güzel, Kaygusuz Abdal, Ankara 1981

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]