Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əbdüləli mirzə Ehtişamüddövlə
Ehtişamüddövlə Əbdüləli mirzə Hacı Fərhad mirzə oğlu Qovanlı-Qacar (1861-?)—Qacar şahzadəsi, Zəncan əyalətinin valisi. == Həyatı == Hacı Fərhad mirzənin ikinci оğlu Əbdüləli mirzə 1861-ci ildə Təbriz şəhərində dünyaya gəlmişdi. Mükəmməl saray təhsili almışdı. Əbdüləli mirzə ərəb ədəbiyyatına mükəmməl yiyələnmiş və xoş xəttə malik idi. Əbdüləli mirzə Ali fəlsəfəni və riyaziyyat elmlərini, sufi və ariflərin kitablarını, dövrün görkəmli ustadları Mirzə Məhəmmədəli Qaini və Mirzə Məhəmmədrza Qəmişeidən öyrənmişdi. Əbdüləli mirzə 1882-ci ildən 1893-cü ilə qədər Xəmsə (Zəncan) əyalətinin valisi оlmuşdu. Cahanşah xan Avşarla ixtilafına görə оranı tərk еtmişdi. Əbdüləli mirzə qardaşının vəfatından sоnra Mötəmədəddövlə ləqəbini daşıyırdı. Əbdüləli mirzə "Əbdi" təxəllüsü ilə şeir yazırdı. == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh.
Ehtiram Heydərov
Ehtiram Şahin oğlu Heydərov (5 mart 2000; Uzunoba, Xaçmaz, Azərbaycan — 4 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ehtiram Heydərov 2000-ci il martın 5-də Xaçmaz rayonu Uzunoba kəndində anadan olub. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Musa Həsənov Ağdərə Madagizin azad edilməsində savaşıb. 4 oktyabr Tərtər rayonu Suqovuşan kəndi istiqamətində hərəkər edən zaman düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olub. Xaçmazda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ehtiram Heydərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ehtiram Heydərov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ehtiram Hüseynov
Ehtiram Hüseynov (18 oktyabr 1980, Hacısamlı, Laçın rayonu) — Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının əməkdar artisti (2017). == Həyatı == Ehtiram Hüseynov 1980-ci il oktyabr ayının 18-də Laçın rayonunun Hacısamlı kəndində anadan olmuşdur.. Əslən Daşlı kəndindəndir. 1986-cı ildən Hacısamlı kənd 8 illik məktəbində təhsil alıb. 1992-ci ildə Laçın rayonunun erməni işğalçıları tərəfindən işğal olunması səbəbilə təhsilini Bakı şəhəri Binəqədi rayonu Biləcərəri qəsəbəsindəki 284 saylı orta məktəbində davam etdirmişdir. Uşaqlıq illərində "Ağdam muğam məktəbi"ndə musiqi təhsili alıb. 1994–1995-ci illərdə Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin "Bənövşə uşaq xoru"nda musiqi fəaliyyəti göstərib. 1997-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olub və buranı uğurla bitirib. 2007-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondunun layihəsi əsasında Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin köməyi ilə həyata keçirilən Azərbaycan Televiziyasının "Muğam" televiziya müsabiqəsində iştirak etmişdir. Bu müsabiqədə 2-ci yerə layiq görülmüşdür.
Ehtiram Məmmədov
Ehtiram Mehman oğlu Məmmədov (13 oktyabr 1995; Muzdurlar, Goranboy, Azərbaycan — 3 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ehtiram Məmmədov 13 oktyabr 1995-ci ildə Goranboy rayonu Muzdurlar kəndində anadan olub. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ehtiram Məmmədov Suqovuşan döyüslərində savaşıb. Müharibə zamanı tuşlayıcı operator kimi hərbi xidmətini yerinə yetirib. Talış Suqovuşan istiqamətində döyüş yolu keçib. 3 oktyabr 2020-ci ildə Talış Suqovuşan istiqamətində döyüşlər nəticəsində şəhid olub. Goranboyda dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ehtiram Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ehtiram Məmmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ehtiram Əhmədov
Ehtiram Teyyub oğlu Əhmədov (26 mart 2001, Yeni Suvagil, Zaqatala rayonu – 9 noyabr 2020, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ehtiram Əhmədov 2001-ci il martın 26-da Zaqatala rayonunun Yeni Suvagil kəndində anadan olub. 2007-2018-cı illərdə M.Nəzirova adına 1 saylı Yeni Suvagil kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Ehtiram Əhmədov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Xüsusi Təyinatlı Qüvvələrin Cəlilabad rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi. === İkinci Qarabağ müharibəsindəki iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Ehtiram Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan, Xocavənd, Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ehtiram Əhmədov oktyabrın 15-də Füzulinin azad edilməsi zamanı ağır yaralanıb. Uzun müddət Bakı şəhərində Mərkəzi Hərbi Hospitalda komada olub. Noyabrın 9-da şəhid olub.
Ehtiram Əliyev
Əliyev Ehtiram İsrayıl oğlu (1 avqust 1972, Ucar) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi zamanı xüsusi fəallıq göstərmiş cəsur döyüşçü. == Həyatı == Ehtiram Əliyev 1972-ci il 1 avqustda Ucar rayonunun Qazyan kəndində anadan olmuşdur. Orta təhsilini Ucar rayonunun Qazyan kəndində alıb. 1987-ci il səkkzinci sinfi bitirir və Bakı Maşınqayırma Texikumuna daxil olub. 1992-ci ilin iyunun 5-dən 1996-cı ilin avqustuna qədər hərbi xidmət keçib. 1995-ci ildə vətən qarşısında borcunu yerinə yetirərkən göstərdiyi igidliyə və şücayətə görə ona Azərbaycan Respublikası Prezidentinin 1995-ci il aprel tarixli 307 saylı Fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Ehtiram Əliyev 1996-cı ildə ordudan tərxis edilib. 1997–1998-ci illərdə Bakının Sabunçu rayon Polis İdarəsində işləyib. 2000-ci ildə "Təfəkkür" universitetinə qəbul olunub. Hazırda Bakı Beynəlxalq və Şəhərlər arası Avtovağzalında rəis müavini vəzifəsində çalışır və Bakı şəhərində yaşayır.
Ehtikar
Möhtəkirlik — əhaliyə lazım olan məhsulların ucuz qiymətə alınıb saxlandıqdan sonra baha qiymətə satılması, eləcə də ərzaq məhsullarını satmayıb bazarda qıtlıq yaratmaq, sonra isə baha qiymətə satmaq. == İslamda möhtəkirlik == İslam peyğəmbərindən nəql olunan hədislərdən aydın olur ki, möhtəkirliyi yalnız xəyanətkarlar və günahkarlar edə bilərlər: "Xəyanətkarlardan başqa heç kəs möhtəkirlik etməz.""Günahkardan başqa kimsə möhtəkirliyə əl atmaz." Nəhcül-bəlağədə Əli ibn Əbu Talib Malik Əştəri Misirə vali təyin etdiyi fərmanında Möhtəkirliyin qarşısının alınmasının zəruriliyi haqda qeyd olunur: "Bütün bunlarla yanaşı bil ki, onların çoxu – tacirlər və sənətkarlar – alverdə həddindən artıq amansızdırlar və xoşagəlməz xəsislikləri var. Onlar daha çox xeyir götürmək məqsədilə möhtəkirlik edər və onlara öz istədikləri kimi baha qiymət qoyarlar. Bu da xalq kütləsi üçün zərərli, rəhbərlər üçünsə eyb və rüsvayçılıqdır.
Ehtimal
Ehtimal (alm. Wahrscheinlichkeit‎; fr. Probabiltè; ing. Probability; lat. Probabilitas; osm. tr. probabilitas; osm. tr. ihtimaliyet; ər. إحر اًن دُّ ) – mümkün ola biləcək, baş verə biləcək hadisənin, vəziyyətin və s.
Ehtiras
Ehtiras — qüvvətli və davamlı emosional hal. Ehtiras insanı daim müəyyən məqsədə, müəyyən obyektə təhrik edən fəal qüvvədir. Ehtiraslar müsbət və mənfi olur. Məsələn, elmə, incəsənətə, ixtiraçılığa, ixtisasa, saf məhəbbətə olan ehtiras müsbət, spirtli içkilərə, qumara, varlanmağa olan ehtiras mənfidir. Müsbət ehtiraslar insanı ictimai əhəmiyyətli böyük yaradıcılıq fəaliyyətinə sövq edir.
Ehtiyac
Ehtiyac — konkret situasiyadakı amillərdən asılı olaraq özünü göstərən bir şeyin psixoloji və ya funksional çatışmazlığının daxili vəziyyəti. Bitkilərin həyati ehtiyacları minimaldır: əksər hallarda həyat fəaliyyəti və gövdələrinin qurulması üçün işıq, su və mineral substrat lazımdır. Heyvanların ehtiyacları daha mürəkkəbdir. Bununla belə, əksər hallarda heyvan ehtiyaclarının bioloji əsasını canlı maddənin əsas instinktlərinə — qidalanma, yuxu, çoxalma, qorxu (yaxud onun yoxluğunda onu əvəz edən digər hisslər) azaltmaq olar. İnsan ehtiyacları isə, ehtiyacın ən qeyri-müəyyən kateqoriyasını təmsil edir və heyvanlar üçün ümumi olan birinci siqnal sisteminə əlavə olaraq, ikinci siqnal sistemi — düşüncə və nitq ilə təmsil olunan mürəkkəb psixi təşkilatın olması ilə müəyyən edilir. == Təzahürləri == Ehtiyaclar emosional rəngli arzular, ehtiraslar və istəklər şəklində, onların ödənilməsi isə qiymətləndirici duyğular şəklində özünü göstərir. Ehtiyaclar şəxs tərəfindən onu fəaliyyətə sövq edən motivlərdə aşkar edilir. Ehtiyacların tərbiyəsi şəxsiyyətin formalaşmasının əsas vəzifələrindən biridir. Ehtiyaclara parlaq nümunə susuzluqdur — heyvanın bədənində maye tükəndikdə və ya qanda mineral və üzvi maddələrin normal konsentrasiyası həddi aşdıqda meydana gələn kəskin suya ehtiyac hissi. Bu hissin fizioloji mexanizmi artan ümumi və osmotik təzyiqin təsiri, natrium ionlarının konsentrasiyasının dəyişməsi, beyindəki içmə mərkəzinin həyəcanlanması, bədəndə suyun tutulmasının neyrohumoral reaksiyalarına səbəb olması və su axtarışıdır .
Ehtimal fəzası
U = { E 1 , E 2 , … , E n } {\displaystyle U=\{E_{1},E_{2},\ldots ,E_{n}}\} elementar hadisələr çoxluğunun hər bir E k {\displaystyle E_{k}} hadisənin onun ehtimalı adlanan yeganə P ( E k ) {\displaystyle P(E_{k})} ədədi uyğundur, belə ki, bu ədədlər üçün ∑ k = 1 n P ( E k ) = P ( E 1 ) + P ( E 2 ) + … + P ( E n ) = 1 {\displaystyle \sum \limits _{k=1}^{n}P(E_{k})=P(E_{1})+P(E_{2})+\ldots +P(E_{n})=1} şərti ödənir. Onda U {\displaystyle U} hadisələr çoxluğuna ehtimal fəzası deyilir. Ədəbiyyat 1. M. Mərdanov, S. Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh.
Ehtimal nəzəriyyəsi
Ehtimal nəzəriyyəsi — riyaziyyatın bir bölməsi olub, təsadüfi hadisələri analiz edir. Təsadüfi ədədlər, stoxastik proseslər və hadisələr ehtimal nəzəriyyəsinin əsas obyektlərindəndir. Ehtimal nəzəriyyəsinin kökü 16-cı əsrdə Cerolamo Kardano, 17-ci əsrdə isə Blez Paskal və Pyer Ferma tərəfindən bəxt oyunlarının (qumar oyunlarının) analizdən başlayır. == Ehtimalın tarixçəsi == Ehtimal nəzəriyyəsi və riyazi statistika elminin formalaşmış bir sahə kimi inkişafında, XX əsrin 30-cu illərində akademik A. N. Kolmoqorovun təklif etdiyi və elmin bu sahəsinin əsaslarını təşkil edən aksiomatika yeni inkişaf dövrü yaratdı. Bu aksiomatikanın yaranmasına və ümumiyyətlə, ehtimal nəzəriyyəsinin inkişafına dünyanın tanınmış riyaziyyatçılarının nəşr etdirdikləri müxtəlif elmi əsərlərin tə siri danılmazdır. Bu əsərlər arasında P. Laplasın «Essai philosophique sur les probabilités», V. Ya. Bunyakovskinin «Oснования математической теории вероятностей», S. N. Bernşteynin «Oснования математической теории вероятностей» adlı əsərlərini xüsusi qeyd etmək olar. Qeyd olunan əsərlər və A. N. Kolmoqorovun ehtimal nəzəriyyəsi haqqında yazdığı «Большая Советская энциклопедия»-da (birinci nəşr) dərc olunmuş ensiklopedik məqalələr həmin sahə haqqında geniş məlumat verən, bu sahənin incəliklərini dərindən əks etdirən, zəngin və tamamlanmış elmi əsər kimi təqdim oluna bilər. Bütün hadisə və ya proseslər, hətta özünün əhəmiyyətsizliyi ilə guya ki, təbiətin ali qanunlarından asılı olmayanları belə, o dərəcədə də məhz bu qanunların zəruri nəticələridir, məs., günəşin dövr etməsi kimi. Bu nəticələri bütün kainat sistemi ilə əlaqələndirən bağları bilmədən, bunların birinin digərinin ardınca məlum bir düzgünlüklə və ya görünməz bir qayda ilə baş verib-vermədiklərindən asılı olaraq, onların son səbəblər və ya təsadüf nəticəsində baş verdikləri fərz olunur, lakin xəyalın məhsulu olan bu səbəblər, bizim bilik hüdudlarımız genişləndikcə, nəzərə alınmayaraq sağlam fəlsəfə qarşısında tamamilə itmiş oldu, belə ki, bu fəlsəfəyə görə, bu səbəblər – həqiqi səbəbi yalnız özümüz olan – bilgisizliyin təzahürüdür.
Ehtiyat fondu
Ehtiyat qiymət
Reserve price ~ резервированная цена ~ en düşük fiyat ~ ehtiyat qiymət – hərraclarda: gizli tutulan minimal qiymət təklifi (BID). Adətən, minimal qiymət (satıcının razı olacağı ən aşağı qiymət) potensial alıcılara elan olunur, ancaq onlayn hərraclar (məsələn, eBay) satıcılara ehtiyat qiymət adlandırılan və gizli saxlanılan minimal qiymətini göstərməyə icazə verir. Ehtiyat qiymət açıqlanmır və ondan aşağı qiymət təklifi son satış qiyməti kimi qəbul olunmur. Bax: AUCTION, EBAY. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Toxunulmaz ehtiyat
Toxunulmaz ehtiyat — fövqəladə hallarda istifadə edilməsi üçün saxlanan ərzaq, yanacaq və s.ehtiyat mallar. Toxunulmaz ehtiyat həm dövlət, həm şəxsi səviyyədə yaradıla bilər. TE silahlı qüvvələrdə, uzunmüddətli ekspedisiyalarda mütləq yaradılır. Adi hallarda toxunulmaz ehtiyat istifadə edilmir. Ancaq TE -ni yenisi ilə əvəzləmək lazım gəldikdə köhnə TE istifadə edilir. Şəxsi TE kimi avtomobillərdəki yanacağı və təkərləri, evlərdə pul vəsaitini göstərmək olar.
Ehtiras hissi
Ehtiras — qüvvətli və davamlı emosional hal. Ehtiras insanı daim müəyyən məqsədə, müəyyən obyektə təhrik edən fəal qüvvədir. Ehtiraslar müsbət və mənfi olur. Məsələn, elmə, incəsənətə, ixtiraçılığa, ixtisasa, saf məhəbbətə olan ehtiras müsbət, spirtli içkilərə, qumara, varlanmağa olan ehtiras mənfidir. Müsbət ehtiraslar insanı ictimai əhəmiyyətli böyük yaradıcılıq fəaliyyətinə sövq edir.
Ehtiyat kopya
Yedəkləmə və ya ehtiyat nüsxə (ing. backup) — arxivləşdirmə üçün, yaxud zədələnmə və ya yoxolma halında qiymətli faylların saxlanması məqsədi ilə proqramın, diskin və ya bəzi verilənlərin ehtiyat surətidir. Bəzi tətbiqi proqramlar faylların eyni zamanda həm cari versiyasını, həm də əvvəlki variantını diskdə saxlamaqla, onların yedək kopiyasını avtomatik yaradır. == Yedəkləmə üsulları == İnformasiyalar 3 fərqli üsulla yedəklənə bilər: Tam yedəkləmə (Full backup)- Bu üsulla yedəkləmə zamanı bütün qaynaqlar yedəklənir. Ən etibarlı üsuldur, lakin zaman və əlavə yaddaş ehtiyacı yaranır Addımlı yedəkləmə (Incremental backup) Bu tip yedəkləmədə sadəcə son yedəkdən bu yana yedəklənməmiş sənəndlər yedəklənir. Differensial yedəkləmə (Differential backup) Bu tip yedəkləmədə son tam yedəkdən bu yana yedəklənməmiş olaraq seçilən sənədlər yedəklənir.
Etiram Hüseynli
Etiram Həsən oğlu Hüseynli (17 aprel 1977; Lənkəran, Azərbaycan SSR — 21 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Etiram Hüseynli 1977-ci il aprelin 17-də Lənkəran şəhərində anadan olub. 1984-1994-cü illərdə Lənkəran şəhərində S. Kazımbəyov adına 6 nömrəli tam orta məktəbdə təhsil alıb. 1994-1998-ci illərdə isə N. Tusi adına Azərbaycan Pedaqoji Universitetində (APİ) ali təhsil alıb. 2002-ci ildən Lənkəran şəhərində S. Kazımbəyov adına 6 nömrəli tam orta məktəbdə müəllim olaraq çalışırdı. Ailəli idi. Bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Etiram Hüseynli 2000-2002-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ordubad rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun baş leytenantı olan Etiram Hüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.Etiram Hüseynli oktyabrın 21-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Lənkəran şəhərində dəfn olunub.
Artımlı ehtiyat kopyalama
Artımlı ehtiyat nüsxələmə (ing. incremental backup) — sonuncu tam ehtiyat nüsxələmədən (ing. full backup) sonra dəyişikliyə uğramış faylların ehtiyat nüsxələnməsi prosesidir. == Həmçinin bax == Yedəkləmə == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Artımlı ehtiyat nüsxələmə
Artımlı ehtiyat nüsxələmə (ing. incremental backup) — sonuncu tam ehtiyat nüsxələmədən (ing. full backup) sonra dəyişikliyə uğramış faylların ehtiyat nüsxələnməsi prosesidir. == Həmçinin bax == Yedəkləmə == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Federal Ehtiyat Sistemi
Federal Ehtiyat Sistemi (FES) (daha çox FED olaraq da adlandırılır) — 1913-cü il dekabrın 23-də Federal Ehtiyat haqqında qanuna əsasən məxsusi olaraq yaradılan və ABŞ-nin Mərkəzi Bankı səlahiyyətində olan maliyyə strukturu. FES-in kapital formasının şəxsi olmasına baxmayaraq (aksiyaları xüsusi statusa malikdir) onun idarə olunmasında dövlət xüsusi rol oynayır. Mərkəzi bank funksiyasını icra edən müstəqil maliyyəiqtisad institutu. == Ümumi məlumat == 23 dekabr 1913 ildə "Federal ehtiyatlar haqqında" (Federal Reserve Act) qanuna əsasən yaradılmışdır. Federal Ehtiyat Sistemi ABŞ dollarının rəsmi emissiyasını həyata keçirə bilir; milli pul siyasətini (iqtisadi artımı əks etdirən pul və kredit aqreqatlarının uzunmüddətli artımını qoruyub saxlamaq və maksimum məşğulluğ, qiymət stabilliyinə nail olmaq və uzunmüddətli orta faiz dərəcələrini saxlama məqsədilə) müəyyən edir; özəl kommersiya bank institutlarının fəaliyyətinin nəzarət və tənzimlənməsini həyata keçirir; depozit institutlarına, ABŞ hökumətinə maliyyə xidmətləri göstərir. Federal Ehtiyat Sisteminin strukturu (1935 ildən): federal hökumət agentliyi – Direktorlar şurası (7 üzvünü ABŞ prezidenti seçir, senat təsdiq edir); 12 regional federal ehtiyat bankı (Atlanta, Boston, Dallas, Kanzas-Siti, Klivlend, Minneapolis, Nyu-York, Riçmond, San-Fransisko, Sent-Luis, Filadelfiya, Çikaqo). FES == FES-in strukturu == on iki regional federal rezerv bankı — ABŞ xəzinədarlığının fiskal nümayəndələri verdikləri rezerv kapitala görə Federal Ehtiyat Banklarının aksiyalarından gəlir götürən çoxsaylı özəl banklar FES-in idarəetmə sistemi : ABŞ Prezidenti tərəfindən təsdiq edilən və 7 nəfərdən ibarət İdarəetmə Şurası. Hər bir üzv 14 illiyə təyin edilir. ABŞ Prezidentinin Qanuna əsasən İdarəetmə Şurası sədrini vaxtından əvvəl vəzifədən azad etmək hüququ vardır (indiyə qədər bu maddədən istifadə edilməyib). Açıq bazar üzrə federal komitə müxtəlif məsləhət şuraları fevral 2018-ci ildən FES İdarəetmə Şurasının sədri Cerom Pauel dir.
Ehtimal nəzəriyyəsinin tarixi
Ehtimal nəzəriyyəsinin tarixi bir çox unikal xüsusiyyətlərə malikdir. Əvvəla, onunla təxminən eyni vaxtda meydana çıxan riyaziyyatın digər sahələrindən (məsələn, riyazi analiz və ya analitik həndəsə) fərqli olaraq, ehtimal nəzəriyyəsinin mahiyyət etibarilə hər hansısa antik və ya orta əsr sələfləri olmamışdır; bu, biləvasitə Yeni dövrdə meydana gəlmişdir. Uzun müddət ehtimal nəzəriyyəsi sırf eksperimental elm və “tamamilə qeyri-riyaziyyat” hesab olunurdu. Onun ciddi əsaslandırılması yalnız 1929-cu ildə, yəni çoxluqlar nəzəriyyəsinin aksiomatikasından (1922) daha gec işlənmişdir. İndiki vaxtda ehtimal nəzəriyyəsi tətbiq sahəsinin genişliyinə görə tətbiqi elmlərdə ilk yerlərdən birini tutur; “demək olar ki, heç elə bir təbiət elmi yoxdur ki, orada ehtimal metodlarından bu və ya digər şəkildə istifadə olunmasın”. Tarixçilər ehtimal nəzəriyyəsinin inkişafında bir neçə dövr ayırırla . Tarixdəqədərki, XVI əsrə qədər. Qədim dövrlərdə və orta əsrlərdə naturfilosoflar təsadüflərin mənşəyi və onun təbiətdəki rolu haqqında metafizik mülahizələrlə məhdudlaşırdılar. Bu dövrdə riyaziyyatçılar ehtimal nəzəriyyəsi ilə bağlı məsələləri nəzərdən keçirir və bəzən həll edirdilər, lakin hələ ümumi metodlar və tematik anlayışlar meydana çıxmamışdı. Bu dövrün əsas nailiyyəti sonralar ehtimal nəzəriyyəsini yaradanlar üçün faydalı olan kombinator metodlarının inkişafı hesab edilə bilər.
Ehtimal ölçüsünün əvəzlənməsi
Ehtimal ölçüsünün əvəzlənməsi (ing. Change measure) — maliyyə alətlərinin dəyərini və ya onların digər xüsusiyyətlərini qiymətləndirmək üçün digər (ola bilsin ki, praktiki məqsədlər üçün daha əlverişli) düsturları əldə etmək üçün təsadüfi proseslərin nəzərdən keçirildiyi ehtimal ölçüsünü dəyişdirmək üçün stoxastik maliyyə riyaziyyatında istifadə olunan prosedur. Ehtimal ölçüsünün dəyişdirilməsi Radon-Nikodim teoremlərinə, Girsanov teoreminə, həmçinin şərti riyazi gözləntilər üçün ümumiləşdirilmiş Bayes düsturuna əsaslanır. Arbitraj qiymətləri nəzəriyyəsi ilk növbədə fiziki ehtimal ölçüsünü risk-neytral ölçü ilə əvəz etməyi nəzərdə tutur. Bir çox hallarda, sonuncunu irəli ölçü ilə əvəz etmək rahatdır. Mübadilə tədbirləri kimi digər tədbirlər də tətbiq oluna bilər. Çox vaxt, bu və ya digər tədbirin istifadəsi, müvafiq dərəcədə, bəzi maraq prosesinin martingale olması ilə əlaqədardır.
Hişam Mahu
Hişam Mahu (12 iyul 1999-cu ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Nitsa klubunda hücumçu kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == Mahu Nitsa akademiyası vasitəsilə inkişaf etmişdir. O, öz peşəkar karyerasında debütünü 20 may 2017-ci ildə Lyon klubuna qarşı oyunda etmişdir. O, 75-ci dəqiqədə Anastasios Donisi əvəz etmişdir. Liqa 1 görüşündə Nitsa rəqibi ilə 3-3 hesabı ilə bərabərə qalmışdır. == Karyera statistikası == === Klub === 6 yanvar 2018 tarixində yenilənib == Şəxsi həyatı == Mahu Fransada anadan olmuşdur. Valideynləri isə Mərakeş vətəndaşlarıdır.
III Hişam
III Hişam və ya Hişam ibn Məhəmməd (ərəb. هشام بن حمد بن عبد الملك‎) (d. 974 - ö. dekabr 1036) — 12. Kordova xəlifəsi. == Həyatı == == Mənbə == Humeydî, Ceẕvetü’l-muḳtebis, Kahire 1386/1966, s. 27 vd. Dabbî, Buġyetü’l-mültemis, Kahire 1967, s. 158-159. İbn Saîd el-Mağribî, el-Muġrib, I, 55-56, 123, 158-159.
II Hişam
II Hişam və ya Hişam ibn Hakəm (ərəb. ھشام المؤيد بالله‎) (d. 966 - ö. 19 aprel 1013) — 3. Kordova xəlifəsi. == Həyatı == == Mənbə == Humeydî, Ceẕvetü’l-muḳtebis, Kahire 1386/1966, s. 17. İbn Bessâm eş-Şenterînî, eẕ-Ẕaḫîre, VII, 55-60, 65, 70, 72, 73, 75, 78, 82, 83, 190. Dabbî, Buġyetü’l-mültemis, Kahire 1967, s. 21.
Pərvin Etisami
Pərvin Etisami (farsca: پروین اعتصامی) (16 mart 1907, Təbriz – 5 aprel 1941, Tehran) — XX əsrdə yaşamış azərbaycanlı şairə. == Həyatı == Cəmi 35 il ömür sürən bu Azəri-əsilli şairə qadın 1907-ci ildə vali ailəsində anadan olmuşdur. Təhsilini İranda yerləşən Amerikan Qız Məktəbində almışdır. Ədəbiyyata 9 yaşından gəlmişdir. Onun yaradıcılıq tərzi insan duyğularını təbiət hadisələrinə bənzətməsi ilə seçilir. Bu dövrdə İranda baş verən siyasi və mədəni dəyişiklər də Etisami yaradıcılığına təsir göstərmişdir. "Sərxoş lakin agah" adlı romantik şerlər məcmuəsi ona böyük şöhrət qazandırmışdır. Etisami təhna və təcrid olunmuş həyat tərzi sürürdü. Olduqca həssas xarakterli qadın olmaqla yanaşı şairə qəddarlığa qarşı çıxan ən güclü ədəbi səsə çevirilir. Ümumiyyətlə, Pərvin Etisaminin yazdığı 210 şerinin əksəriyyəti gündəlik problemlər və onların həlli ilə əlaqədardır.