Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Eksternat
Eksternat – məktəb proqramı kursunu ekstern yolu ilə (kənarda olmaq üsulu ilə) keçərək imtahan vermə üsulu. Ekstern – [lat. externus – xarici] hər hansı bir təhsil müəssisəsində oxumadan kənarda hazırlaşaraq orada imtahanlarını verən adam. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Albert Eksteyn
Albert Eksteyn (alm. Albert Eckstein‎; 9 fevral 1891, Ulm, Vürtemberq krallığı[d] – 18 iyun 1950, Hamburq) — alman pediatrı və akademiki. == Erkən həyatı == Albert Eksteyn Almaniya imperiyasında yəhudi fabrik sahibi bir ailənin ikinci övladı olaraq dünyaya gəlmişdi. Atasının əleyhinə olmasına baxmayaraqo, Frayburq Universitetində tibb təhsili alır. Daha sonra Birinci Dünya müharibəsində orduda xidmətinə görə Birinci dərəcəli Dəmir Xaç ordeni ilə təltif edilir. Daha sonra tibb təhsilini Leypsiq və Münhen Lüdviq-Maksimilian Universitetlərində davam etdirib. 1925-ci ildə Düsseldorf Universitetinin uşaq klinikasına rəhbərlik edən müəllim və baş həkim kimi Artur Şlossmannla birlikdə işləmişdir. Eksteyn Frayburq-im-Braysqauda Şlossmanın qızı Erna ilə tanış olur və evlənirlər. 1926-cı ildə sıravi professor rütbəsi aldıqdan, sonra qayınatasının varisi olur. == Türkiyə illəri == 1935-ci ildə Nürnberq qanunları ilə başlayan antisemitizmə görə o, Türkiyənin dəvəti ilə Almaniyanı tərk edərək ailəsi ilə birlikdə Ankarada məskunlaşmağa qərar verir.
Aleksandra Ekster
Aleksandra Aleksandrovna Ekster (Александра Александровна Экстер) (6 yanvar 1882 - 17 mart 1949) - rus suprematist, kubist rəssam. == Həyatı == 6 yanvar 1882-ci ildə Rusiya imperiyasının Belostok şəhərində (indi Polşa ərazisi) varlı Belarus ailəsində anadan olub. Onun atası Aleksandr Qriqoroviç varlı Belarus iş adamı, anası isə yunan idi. Gənc Aleksandra dil, musiqi və özəl rəsm dərsləri aldı. Tezliklə valideynləri Kiyevə köçdü. O, Kiyev gimnaziyasında və Kiyev Rəssamlıq Məktəbində Aleksandr Boqomazov və Aleksandr Arxipenko ilə təhsil aldı. Onun müəllimləri arasında Mikola Pimonenko var idi. Aleksandra 1906-cı ildə Kiyev Rəssamlıq Məktəbini bitirmişdir. 1908-ci ildə Aleksandra Qriqoroviç əmisi oğlu Kiyev vəkili Nikolay Evqenieviç Ekster ilə evlənmişdir. 1908-1924-cü illərdə o fasilələrlə Kiyev, Sankt-Peterburq, Odessa, Paris, Roma və Moskvada yaşadı.
Eastern Conference Records
Eastern Conference Records — ABŞ səsyazma şirkəti. Cage, Yak Ballz, Tame One, Copywrite, Mad Skillz, Chief Kamachi və daha bir çox sənətçinin albumları Eastern Conference Records adı altında yayımlanmışdır (1996-2007). Uzun aradan sonra son olaraq 2013-cü ildə Cage-in Kill the Architect adlı albumunu yayımlamışdır.
Emma Ekşteyn
Emma Ekşteyn (alm. Emma Eckstein‎; 1865–1924) — Avstriya sufrajisti, publisist. Ziqmund Freydin ilk və ən vacib pasineti kimi tanınır. == Həyatı == 28 yanvar 1865-ci ildə Qaudensdorf şəhərində anadan olmuşdur. Liberal bir yəhudi ailəsində böyüyən Emma atası kimyaçı və ixtiraçı Albert Ekşteyn (1824-1881), anası Amaliya Ekşteyn (1836-1921) vəfatından sonra onların yaratdığı kağız fabrikini öz əlinə aldı. Emmanın beş bacısı və dörd qardaşı var idi. İki qardaşı uşaqlıqda ölmüşdür. Bacısı Tereza, qardaşları Qustav və Fridrix sonradan müxtəlif sahələrdə tanındılar. Ekşteyn ailəsi Freydlər ailəsi ilə dost idi. Onlar bəzi bayramları birlikdə keçirirdilər.
Ekspert
Ekspert (lat. expertus — təcrübəli) – müəyyən edilmiş proqnoz vəzifəsi üzrə rəyin çıxarılması üçün tədqiqatlar aparılması, məsləhətlərin verilməsi, qərarların, rəylərin, hazırlanması, ekspertizanın aparılması üçün cəlb olunan müəyyən sahənin təcrübəli ixtisaslı mütəxəssisi. == Həmçinin bax == Ekspert sistemlər == Mənbə == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Sistern
Sistern — maye və səpələnən materialları saxlamaq və daşımaq üçün qapalı tutum. Yerləşdirilməsinə görə yeraltı, yarı yeraltı və yerüstü növləri var. Dəmiryol sisterni silindrik formalı qaynaqlanmış metal rezervuardan ibarət vaqondur. Mayeni boşaltmaq üçün xüsusi axıdıcı qurğu ilə təchiz edilir.
Vestern
Vestern kino janrı — adından bəlli olduğu kimi, Qərbin, birinci növbədə Amerikanın həyatını əks etdirən janrdır. İlk vesternlər səssiz kino dövrünə aiddir. Əsasən Vəhşi Qərbin həyatını vəsf edir. Vestern ABŞ kinemotoqrafiyasında meydana gəlmişdir. Macəra kinosunun bir növüdür. Kovboy filmi də adlandırılır. Vestern filmlərinin mövzusu əsasən XIX əsrin ikinci yarısında Amerikanın qərbinin mənimsənilməsi ilə əlaqədar hadisələr təşkil edir. Vesternlərin qəhrəmanları çox vaxt çobanlar, xırda fermerlər olur. Baş qəhrəmanlar çox vaxt yerli şerif, yaxud gəlmə, sərgüzəşt axtaran kovboy, şəhəri mütəmadi olaraq talayan quldurlarla ölüm-dirim mübarizəsinə qoşulur. Bu mübarizə əsnasında qəhrəman yerli bir gözələ vurulur və onu yaramazların əlindən xilas edir.
Dekster
Dekster (ing. Dexter) — ABŞ cinayət-drama teleserialı. Serial 2006-cı ildən 2013-cü ilə qədər Showtime kanalında yayımlanmışdır. Serial Mayami polis şöbəsində qan ləkəsi üzrə kriminalistika eksperti kimi çalışan, eyni zamanda seriyalı qatil kimi gizli həyat sürən Dekster Morqandan (Maykl Si Holl) bəhs edir. Deksterin qurbanları yalnız ədalətdən yayınan qatillərdir. Serialın ilk mövsümü Ceff Lindzinin müəllifi olduğu "Deksterin qaranlıq yuxuları" adlı roman əsasında çəkilmişdir. Roman Ceyms Manos Cr. tərəfindən ekranlaşdırılıb. Serialın sonrakı mövsümləri Lindzinin kitablarına əsaslanmır. Serialda rol alan aktyorlar Maykl Si Holl və Con Litqou göstərdiyi performanslarına görə "Qızıl Qlobus" da daxil olmaqla bir sıra mükafatlara layiq görülmüşdür.
Ekstra
Ekstra – [lat. extra – fövq, xarici, əlavə] 1)əla, xüsusi; 2)hər hansı bir şeyin ən yüksək dərəcəsini bildirən mürəkkəb sözlərin tərkib hissəsi; 3)ən yaxşı, ən yüksək. Ekstraordinat – [lat. extraordinarius, extra – xarici və ordo – sıra] qeyri-adi, həddən artıq fərqli. Ekstravaqant – qeyri-adi, hamı tərəfindən qəbul edilmiş norma və adətlərə uyğun olmayan. Ekstren – [lat. extra – xarici, başqa] 1)tələsik, təcili; 2)fövqəladə, əvvəllər olmayan. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Esten
Esten (kanton)
Dekster Qordon
Dekster Qordon (ing. Dexter Gordon, 27 fevral 1923[…], Los-Anceles, Kaliforniya – 25 aprel 1990[…] və ya 26 aprel 1990, Filadelfiya, ABŞ) tenor saksofon alətində hard bop janrının yaradıcılarından biri olan Amerikan caz saksofonçusu və aktyorudur. == Həyatı == Dekster Qordon 27 fevral 1923-cü ildə ABŞ Kaliforniya ştatında anadan olub. Atası, Dr. Frank Qordon, 1918-ci ildə Harvard Universitetinin Vaşinqton Tibb Məktəbini bitirib Los Ancelesə gələn ilk Afro Amerikalı həkimlərdən biri idi. Anası, Qvendolin Beyker, İspan-ABŞ müharibəsində İspan-ABŞ müharibəsində Şərəf medalı (ABŞ) ilə təltif olunmuş beş Afro amerikalıdan biri olan Edvard Li Beyker Jr qızıdır. Uşaqlıq yaşlarından musiqiyə həvəs göstərərək klarnet ifa etməyə başlayan Dekster 15 yaşında saksofona keçid edir.
Ekspert sistemlər
Ekspert sistemlər — konkret predmet sahəsində mütəxəssis biliklərini özündə əks etdirən və az kvalifikasiyalı istifadəçilərə qərara gəlməkdə məsləhətçi olan mürəkkəb kompleks proqramlardır. Belə sistemlər konkret predmet sahəsində az təcrübəli mütəxəssislərə ərar qəbul etməkdə dəstək olurlar. Odur ki, belə sistemlərə bəzən qərarların qəbul olunmasını dəstəkləyən sistemlər də deyirlər. Ekspert sistemi – müəyyən bilgilərə və tətbiq olunduğu sahənin (məsələn, maliyyə və tibb) ekspertləri tərəfindən qoyulmuş analitik qaydalara əsaslanmaqla həmin sahədə problemləri həll edən, tövsiyələr (məsləhətlər) verən və hətta qərarlar qəbul edən tətbiqi proqramın bir növü. Ekspert-insanlar problemləri həll edərkən mühakimə yürütmək qabiliyyətlərindən istifadə edərək faktoqrafik biliklərini tətbiq edirlər. Ekspert sistemində bu iki əsas prinsip bir-biri ilə əlaqəli olan iki ayrıca komponent kimi gerçəkləşdirilib: biliklər bazası və məntiqi nəticə (çıxarma) mexanizmi. Biliklər bazası verilmiş mövzuya aid olan spesifik fakt və qaydaları təqdim edir, məntiqi nəticə (çıxarma) mexanizmi isə ekspert sisteminə nəticə çıxarmağa imkan verən mühakiməyürütmə qabiliyyətini gerçəkləşdirir. Ekspert sistemləri istifadəçi interfeysi və həllin (qərarın) əsaslandırılması kimi əlavə vasitələri də özündə birləşdirir. İstifadəçi interfeysləri, başqa tətbiqi proqramlarda olduğu kimi, sorğuları formalaşdırmağa, informasiyanı təqdim etməyə və sistemlə özgə yollarla qarşılıqlı əlaqədə olmağa imkan verir. Ekspert sistemlərin ən maraqlı komponentlərindən biri olan əsaslandırma vasitələri sistemə çıxardığı nəticələri izah etməyə imkan verir; bu vasitələr sistemi hazırlayanlara həmin sistemlərin işini yoxalmağa imkan verir.
Vestern filmi
Vestern kino janrı — adından bəlli olduğu kimi, Qərbin, birinci növbədə Amerikanın həyatını əks etdirən janrdır. İlk vesternlər səssiz kino dövrünə aiddir. Əsasən Vəhşi Qərbin həyatını vəsf edir. Vestern ABŞ kinemotoqrafiyasında meydana gəlmişdir. Macəra kinosunun bir növüdür. Kovboy filmi də adlandırılır. Vestern filmlərinin mövzusu əsasən XIX əsrin ikinci yarısında Amerikanın qərbinin mənimsənilməsi ilə əlaqədar hadisələr təşkil edir. Vesternlərin qəhrəmanları çox vaxt çobanlar, xırda fermerlər olur. Baş qəhrəmanlar çox vaxt yerli şerif, yaxud gəlmə, sərgüzəşt axtaran kovboy, şəhəri mütəmadi olaraq talayan quldurlarla ölüm-dirim mübarizəsinə qoşulur. Bu mübarizə əsnasında qəhrəman yerli bir gözələ vurulur və onu yaramazların əlindən xilas edir.
Western Union
Western Union, şirkəti ABŞ-də yerləşən beynəlxalq maliyyə xidmətləri və rabitə şirkətidir. Şirkət müxtəlif valyutalarda beynəlxalq pul köçürmələri və ödənişləri qəbul edir və dünyanın aparıcı maliyyə xidmətləri təminatçılarından biridir. Şirkətin baş ofisi ABŞ-ın Kolorado ştatının Denver şəhərində yerləşir. O, həmçinin 2006-cı ildə teleqraf xidmətini dayandırana qədər Amerikanın aparıcı teleqraf rabitəsi şirkəti idi.
Selesta-Ersten
Selesta-Ersten (fr. Sélestat-Erstein) — Fransanın Qrand Est regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Aşağı Reyn. Suprefektura — Selesta-Ersten (rayon). Rayon əhalisi 2006-cı ildə 146 469 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 149 nəf / km². Rayon sahəsi — 981 km².
Dekster Sent-Luis
Dexter St. Luis (21 mart 1968 — 16 may 2019) — Trinidad və Tobaqonu təmsil edən stolüstü tennisçi. == Karyerası == Dexter St. Luis Trinidad və Tobaqonu 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub. Daha sonra Dexter St. Luis Trinidad və Tobaqonu 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 65-ci pillənin sahibi olub.
Elxan Nuriyev (ekspert)
Elxan Eldar oğlu Nuriyev (15 may 1969, Bakı) — siyasi elmlər doktoru, Azərbaycan Republikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru (2008-2011). == Həyatı == Elxan Eldar oğlu Nuriyev 15 may 1969-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1992-ci ildə Azərbaycan Dillər Universitetini bitirmişdir. 1993-cü ildə Pakistan Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasında, 1993-1996-cı illərdə Rusiya Elmlər Akademiyasında, 2000-ci ildə Almaniyadakı Höte İnstitutunda, 2002-ci ildə Corc Marşal adına Avropa Təhlükəsizlik Mərkəzində və 2010-cu ildə Almaniyanın Bonn Universitetinde təhsil alıb. 1990-cı illərin əvvəllərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin məsul əməkdaşı olub. 1996-1997-ci illər ərzində ABŞ-nin Fulbrayt Təqaüd Proqramının iştirakçısı kimi Corc Vaşinqton Universitetinin baş elmi işçisi vəzifəsində çalışıb. 1998-1999-cu illərdə Kaliforniyadakı Beynəlxalq Araşdırmalar üzrə Monterey İnstitutunda və Vudro Vilson adına Beynəlxalq Mərkəzdə aparıcı elmi işçi vəzifəsində çalışıb. 2000-ci ildə Almaniyanın Aleksandr fon Humboldt adına elmi tədqiqat mükafatına layiq görülmüşdür. 2000-2003-cü illərdə Almaniyanın Sülh və Münaqişələr İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışmışdır. Eyni zamanda, 2001-2004-cü illər ərzində Corc Marşal adına Təhlükəsizlik Məsələlərinin Araşdırılması üzrə Avropa Mərkəzinin nəzdindəki Cənubi Qafqaz üzrə beynəlxalq ekspert qrupunun həmsədri olub.
Vestern (film janrı)
Vestern kino janrı — adından bəlli olduğu kimi, Qərbin, birinci növbədə Amerikanın həyatını əks etdirən janrdır. İlk vesternlər səssiz kino dövrünə aiddir. Əsasən Vəhşi Qərbin həyatını vəsf edir. Vestern ABŞ kinemotoqrafiyasında meydana gəlmişdir. Macəra kinosunun bir növüdür. Kovboy filmi də adlandırılır. Vestern filmlərinin mövzusu əsasən XIX əsrin ikinci yarısında Amerikanın qərbinin mənimsənilməsi ilə əlaqədar hadisələr təşkil edir. Vesternlərin qəhrəmanları çox vaxt çobanlar, xırda fermerlər olur. Baş qəhrəmanlar çox vaxt yerli şerif, yaxud gəlmə, sərgüzəşt axtaran kovboy, şəhəri mütəmadi olaraq talayan quldurlarla ölüm-dirim mübarizəsinə qoşulur. Bu mübarizə əsnasında qəhrəman yerli bir gözələ vurulur və onu yaramazların əlindən xilas edir.
Hüquq ekspert sistemi
Hüquq ekspert sistemi — qərar qəbulu baxımından hüquq ekspertinin işini təqlid etmək üçün süni intellektdən istifadə edən subyektyönümlü ekspert sistemi. Hüquq ekspert sistemləri spesifik mövzularda ekspert biliklərini toplamaq, mücərrədləşdirmək və əldə etmək üçün qayda bazalarından və bilik bazalarından və nəticə çıxarmaq mexanizmindən istifadə edir. hüquqi sahələrdə subyektlər. == Məsələləri == Təklif edilmişdir ki, hüquqi ekspert sistemləri 1960-cı illərin sonlarından bəri artan hüquqi məlumat və qərarların sürətlə artan axınında naviqasiya etməyə kömək edə bilər. İlkin hüquq ekspert sistemlərinin bir çoxu 1970-ci və 1980-ci illərdə yaradılmışdır. Əvvəlcə hüquqşünaslar hüquqi ekspert sistemlərinin əsas hədəf istifadəçiləri kimi müəyyən edilmişdir.
Devid Stern
Devid Joel Stern (22 sentyabr 1942, Nyu-York, Nyu-York ştatı – 1 yanvar 2020, Manhetten, Nyu-York ştatı) — 1984 ilə 2014 arasında NBA-nın patronu olan Amerikalı idman adamıdır. Bu, NBA-nı yerli liqaya çevirərək dünyanın ən böyük idman təşkilatlarından birinə çevirdi. Bunu edərkən həyata keçirdiyi köklü qərarlar əvvəlcə reaksiya qazandırsa da, sonrakı illərdə düşdü. Bu tətbiqlərə misal olaraq NBA Geyimi Kodunu göstərmək olar. == Həyatı == Devid Joel Stern 22 sentyabr 1942-ci ildə Nyu-York ştatında anadan olmuşdur.
Esten (Averon)
Esten (fr. Estaing, oks. Estanh) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Esten kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12098. Kommuna təxminən Parisdən 480 km cənubda, Tuluza şəhərindən 145 km şimal-şərqdə, Rodezdən isə 25 km şimalda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 607 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 342 nəfər əmək qabiliyyətli insan (15-64 yaş) arasında 247 nəfər İqtisadi fəal, 95 nəfər hərəkətsizdir (fəaliyyət göstərici 72.2%, 1999-cu ildə 67.5%).
Esten (kanton)
Esten (fr. Estaing) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Rodez dairəsinə daxildir. Kantonun INSEE kodu — 1213. Esten kantonuna cəmi 3 kommuna daxildir, onlardan ən əsası Esten kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2007-cı ildə əhalinin sayı 3 110 nəfər təşkil edirdi.
Ester Asebo
Ester Asebo (isp. Esther Acebo; 19 yanvar 1983, Madrid) — İspan aktrisa, aparıcı və müxbir. Aktrisa olaraq Los encantados (2016) və La casa de papel-də (2017) yer alaraq dünya üzrə məşhurluq qazandı. == Karyerası == 2017-ci ildə yayımlanmağa başlayan İspaniya istehsalı olan televiziya serialı "Pul soyğunu"nda rol almışdır.
Ester Barruques
Ester Barruques (16 may 1980) — Andorralı atıcı. Ester Barruques Andorranı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Ester Barruques birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 396.9 xal toplayaraq 50-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Cefri Epşteyn
Cefri Epşteyn (ing. Jeffrey Epstein) — ABŞ maliyyəçisi və cinayətkarı. Nyu-Yorkun Bruklin rayonunda böyüyən Epşteynin kollec dərəcəsi olmamasına baxmayaraq, peşəkar həyatına Manhettendə Dalton məktəbində müəllimlik etməklə başlayıb. Məktəbdən qovulduqdan sonra bank və maliyyə sektoruna daxil olub, Bear Stearns-də müxtəlif vəzifələrdə çalışıb və nəhayət öz şirkətini yaratdı. Epşteyn elit sosial dairəni, bir çox qadın və uşaqları öz işlərinə cəlb edirdi; sonra o və onun bəzi tərəfdaşları həmin qadın və uşaqlara qarşı cinsi istismar etmişdi.
Ebşteyn anomaliyası
Ebşteyn anomaliyası nadir anadangəlmə ürək qüsuru, üçtaylı qapaq anomaliyası olub, rastgəlmə tezliyi digər anadangəlmə ürək qüsurları ilə müqayisədə 1%-dir. İlk dəfə 1866-cı ildə patoloq-anatom Ebşteyn tərəfindən izahı verilmişdir. Bu zaman üçtaylı qapağın arxa və arakəsmə qapaqcığı müxtəlif dərəcədə aşağı sürüşmüş ya düşmüş olaraq mədəcik divarına pərçimlənmiş və sağ mədəciyin proksimal hissəsi nazik, məməyəbənzər əzələ və xordalar deformasiyalaşmış olur. Çox vaxt dartılmış açıq qalmış oval dəlik vasitəsi ilə qulaqcıqlarla rabitədə olur. == Patofiziologiyası == Sağ mədəciyin funkional həcmi azalır. Bundan başqa çox vaxt üçtaylı qapaq requrgitasiyası qeyd olunur. Nəticə etibarilə, sağ qulaqcığın ölçüləri böyümüş olur. Açıq qalmış oval dəlik vasitəsi ilə venoz qan sağ qulaqcıqdan sol qulaqcığa axın edərək arterial qanla qarışmış olur. Bu da arterial qanda oksigenin miqdarını aşağı salmış olur. Getdikcə ürək çatışmazlığının dərinləşməsi ölümlə nəticələnir.