Ebşteyn anomaliyası nadir anadangəlmə ürək qüsuru, üçtaylı qapaq anomaliyası olub, rastgəlmə tezliyi digər anadangəlmə ürək qüsurları ilə müqayisədə 1%-dir. İlk dəfə 1866-cı ildə patoloq-anatom Ebşteyn tərəfindən izahı verilmişdir.
Ebşteyn anomaliyası | |
---|---|
| |
XBT-10 | Q |
XBT-10-KM | Q22.5 |
XBT-9 | |
XBT-9-KM | 746.2[1][2] |
OMIM | 224700 |
DiseasesDB | 4039 |
MedlinePlus | 007321 |
eMedicine | med/627 |
MeSH | D004437 |
Vikianbarda əlaqəli mediafayllar |
Bu zaman üçtaylı qapağın arxa və arakəsmə qapaqcığı müxtəlif dərəcədə aşağı sürüşmüş ya düşmüş olaraq mədəcik divarına pərçimlənmiş və sağ mədəciyin proksimal hissəsi nazik, məməyəbənzər əzələ və xordalar deformasiyalaşmış olur. Çox vaxt dartılmış açıq qalmış oval dəlik vasitəsilə qulaqcıqlarla rabitədə olur.
Sağ mədəciyin funkional həcmi azalır. Bundan başqa çox vaxt üçtaylı qapaq requrgitasiyası qeyd olunur. Nəticə etibarilə, sağ qulaqcığın ölçüləri böyümüş olur. Açıq qalmış oval dəlik vasitəsilə venoz qan sağ qulaqcıqdan sol qulaqcığa axın edərək arterial qanla qarışmış olur. Bu da arterial qanda oksigenin miqdarını aşağı salmış olur. Getdikcə ürək çatışmazlığının dərinləşməsi ölümlə nəticələnir. Bu qüsur çox vaxt ritm pozğunluqları ilə müşayiət olunur. Xəstələrin 30%-i erkən uşaq yaşlarında tələf olurlar. 50 yaşına kimi yalnız 5%-i sağ qalmış olur.
Ebşteyn anomaliyası dəri və görünən selikli qişaların sianozu (göyərməsi), əl dırnaqlarının "saat şüşəsinə" bənzəməsi, sağ mədəcik çatışmazlığı fonunda fiziki iş zamanı təngnəfəslik, ürəkdöyünmə kimi kliniki əlamət və simptomlara malikdir. İlk əvvəl yenidoğulmuş uşaqda sianoz əlamətləri ola bilir. Bir qədər böyük yaşlı pasiyentlərdə sianozla yanaşı baraban çubuğunu xatırladan barmaqlar əlaməti də meydana çıxmış olur. Bəzi hallarda qulaqcıqlararası çəpərdəki oval dəlik qapalı olduqda sianoz olmaya bilər. Qaraciyərin ölçüləri böyüyür, vidaci venalar üzərində pulsasiya qeyd olunur. Auskultasiyada üçtaylı qapaq çatmamazlığına müvafiq sistolik küy eşidilir. Bəzən sistolik küy diastolik küylə növbələşir ki, bu da üçtaylı qapağın stenozuna-daralmasına işarədir. Bu zaman üçtaylı qapağın çatmamazlığı və stenozu (daralması) kombinəolunmuş şəkildə olur.
Medikamentoz müalicə, əsasən, ürək çatışmazlığına, ritm pozğunluqlarına, sianoza qarşı və endokarditin profilaktikası istiqamətində aparılır. Cərrahi müdaxilə ilə müalicə üçtaylı qapağın rekonstruksiyası və oval dəliyin bağlanmasından ibarətdir. Əməliyyat açıq ürəkdə süni qan dövranı şəraitində aparılır.