Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Avstriyalı Elyanora
Avstriyalı Elyanora (ing. Eleanor of Austria; fr. Éléonore d'Autriche) (15 noyabr 1498, Leuven – 18 fevral 1558) — Avstriya hersoqinası və Kastilya vəliəhdi, fərqli zamanlarda Portuqaliya və Fransa kraliçası. Kastilya kraliçası Yuannanın qızı olması səbəbilə bəzi mənbələrdə Kastilyalı Elyanora olaraq da anılır. == Həyatı == === İlk illəri === Elyanora 1498-ci ildə Kastilya kraliçası Yuanna və Kastiliyalı Filipin ilk övladı olaraq Belçikanın Löven şəhərində dünyaya gəldi. Anası Yuanna katolik monarxlar — Araqonlu Ferdinand və Kastilyalı İzabellanın qızı, atası Filip isə Müqəddəs Roma imperatoru I Maksimilyan və Burqonlu Mariyanın yeganə oğlu idi. Anası əqli cəhətdən zəif idi və bu səbəblə öncə atası, daha sonra isə əri tərəfindən dövlət idarəsindən uzaqlaşdırılmışdı. 1506-cı ilin sentyabrında atasının vəfatından sonra Elyanora bibisi Marqaritanın Antverpendəki sarayında yaşamağa davam etdi. Uşaq yaşlarında Elyanora İngiltərə kralının böyük oğlu və gələcəkdə İngiltərə kralı olan Henriylə nişanlandı. Ancaq çox keçmədən kral vəfat etdi.
Vizeyli Elyanora
Vizeyli Elyanora (port. Leonor de Viseu) (2 may 1458, Beja – 17 noyabr 1525, Lissabon) — Portuqaliya kralı II Conun xanımı, Portuqaliyanın kraliça-konsortu. Atası Portuqaliya kralı I Eduardın oğlu İnfant Ferdinand, anası onun əmisi qızı İnfanta Beatrisdir. == Mənbə == Luttikhuizen, Frances (2016). Underground Protestantism in Sixteenth Century Spain. Vandenhoeck & Ruprecht. p. 30. ISBN 9783647551104 Stephens, Henry Morse (1903). The story of Portugal.
Elyanora Giorgi
Elyanora Giorgi (it. Eleonora Giorgi; 21 oktyabr 1953, Roma) — italyan aktrisası, rejissoru, ssenaristi və prodüseridir. == Bioqrafiyası == Elyanora Giorgi ilk dəfə böyük ekranda "Tarantulanın Qara qarnı" (1971) filmində epizodik Made rolunda görünmüşdür. İlk baş rolunu Salvatore Samperinin rejissoru olduğu "The Misfit" (1974) filmindəki Mariuccia obrazı ilə almış, burada onun partnyoru müğənni və bəstəkar Domeniko Modunyondu olmuşdur. O, 80-ci illərin italyan komediyalarında aparıcı qadın rollarının ifaçısı kimi şöhrət qazanmışdır. Eleonora Giorgi məşhur italyan komediyaçıları Adriano Çelentano, Renato Pozzetto, Conni Dorelli, Karlo Verdone ilə partnyor kimi çıxış etmişdir. 1979-cu ildə o, naşir Angelo Rizzoli ilə evlənmiş və 1984-cü ildə ondan boşanmışdır. 1988-ci ildə kinodan ayrılaraq ailəsi və uşaqları ilə fermada yaşamağa başlamışdır. 1993-cü ildə italyan aktyoru Massimo Civarro ilə evlənmiş və 1996-cı ildə yenidən boşanmışdır. 2003-cü ildə Giorgi 80-ci illərin komediyalarında onun əsas rəqibi olmuş Ornella Mutinin baş rolda oynadığı "Kişilər və Qadınlar, Həqiqət və Yalan" filminin rejissoru, ssenari müəllifi və prodüseri olmuşdur.
Avstriyalı Elyanora (hersoqina)
Avstriyalı Elyanora (ing. Archduchess Eleanor of Austria) (2 noyabr 1534, Vyana – 5 avqust 1594, Mantova[d], Mantova əyaləti) — Mantuya hersoqu Quqlielmo Qonzaqanın xanımı. Atası Müqəddəs Roma imperatoru I Ferdinand, anası isə Bohemiyalı Annadır. == Mənbə == Boureau, Alain (1995). The Lord's First Night: The Myth of the Droit de Cuissage. Translated by Cochrane, Lydia G. The University of Chicago Press. p. 96 Noubel, P., ed. (1877). Revue de l'Agenais [Review of the Agenais].
Düsseldorflu Elyanora Maqdalena
Düsseldorflu Elyanora Maqdalena (alm. Eleonore Magdalene von Pfalz-Neuburg‎) (6 yanvar 1655, Düsseldorf – 19 yanvar 1720, Vyana) — Müqəddəs Roma imperatoru I Leopoldun üçüncü xanımı. Atası Palatin kürfürstü Filip Uilyam, anası isə onun xanımı Hesseli Elizabet Amaliyadır. Evlilikdən öncəki və ərinin vəfatından sonrakı illərini dini rituallar və Bibliyanın alman dilinə tərcüməsiylə keçirmişdir. == Mənbə == Mahan, J. Alexander: Maria Theresa of Austria READ BOOKS 2007 ISBN 1-4067-3370-9 Konrad Kramar und Petra Stuiber: "Die schrulligen Habsburger – Marotten und Allüren eines Kaiserhauses". Ueberreuter, Wien 1999, ISBN 3-8000-3742-4 Wheatcroft, Andrew (1995). The Habsburgs: Embodying Empire. London: Penguin Books. ISBN 0-670-85490-5 Braun, Bettina; Keller, Katrin; Schnettger, Matthias (4 April 2016). Nur die Frau des Kaisers?: Kaiserinnen in der Frühen Neuzeit (in German).
Araqonlu Elyanora (Portuqaliya kraliçası)
Araqonlu Elyanora (isp. Leonor de Aragón; port. Leonor de Aragão) (1 fevral 1402, Medina-del-Kampo[d], Kastiliya və Leon – 19 fevral 1445, Toledo) — Portuqaliya kralı I Eduardın xanımı, Portuqaliyanın kraliça-konsortu. == Həyatı == Atası Araqon kralı I Ferdinand, anası isə Alburkerkeli Elyanoradır. Hələ 14 yaşında ikən atası vəfat etdi və qardaşı V Alfonso adıyla Araqon taxtına çıxdı. Daha sonra qardaşının və anasının səyləriylə, 22 sentyabr 1428-ci ildə Portuqaliya kralı I Conun böyük oğlu Eduardla evləndirildi. Cütlüyün doqquz övladı olsa da, bunlardan yalnız beşi yetkinlik yaşına çata bildi. 1433-cü ildə kralın vəfatıyla əri I Eduard adıyla Portuqaliya taxtına əyləşdi və beləcə, Elyanora Portuqaliya kraliçası oldu. Ancaq eyni gün 4 yaşlı oğlu Con da vəfat etdi. Kraliça olaraq siyasi baxımdan nüfuz sahibi deyildi.
Avstriyalı Elyanora (Polşa kraliçası)
Avstriyalı Elyanora (alm. Eleonore von Österreich‎; pol. Eleonora Habsburżanka) (21 may 1653, Reqensburq – 17 dekabr 1697, Vyana) — Avstriya hersoqinası. İlk evliliyi Polşa kralı və Reç Pospolita başhersoqu I Mixail ilə, ikinci evliliyi isə Lotaringiya hersoqu V Çarlzla baş tutdu. Atası Müqəddəs Roma imperatoru III Ferdinand, anası isə onun son xanımı Elyanora Qonzaqadır. == Mənbə == "Gonzaga, Maria (1609–1660)". Women in World History: A Biographical Encyclopedia. Gale Research. 2002 Lipp, Charles T. (2011). Noble Strategies in an Early Modern Small State: The Mahuet of Lorraine.
Elyanora Qonzaqa (1598-1655)
Elyanora Qonzaqa (23 sentyabr 1598, Mantova[d] – 27 iyun 1655, Vyana, Avstriya hersoqluğu, Müqəddəs Roma imperiyası) — Müqəddəs Roma imperatoru II Ferdinandın ikinci xanımı. Atası Mantuya hersoqu Vinçenzo Qonzaqa, anası isə Françesko Mediçinin qızı Elyanora Mediçidir. Adaşı olan ögey gəlini imperatriça Elyanoradan fərqlənmək üçün Böyük Elyanora olaraq anılmışdır. Onun illərində Vyanadakı imperator sarayı barokko musiqisinin Avropadakı əsas mərkəzləriundən birinə çevrildi. == Mənbə == Raviola, Blythe Alice (2014). Corti e diplomazia nell'Europa del Seicento: Correggio e Ottavio Bolognesi (in Italian). Universitas Studiorum. p. 24, 43–44, 49, 171. ISBN 978-8-89-768364-3 Braun, Bettina; Keller, Katrin; Schnettger, Matthias (4 April 2016).
Elyanora Qonzaqa (1630-1686)
Elyanora Qonzaqa (18 noyabr 1630, 30 aprel 1630, 18 noyabr 1628 və ya 1630[…], Mantova[d], Mantova əyaləti – 6 dekabr 1686 və ya 5 dekabr 1686, Vyana) — Müqəddəs Roma imperatoru III Ferdinandın üçüncü xanımı. Atası Never hersoqu II Karl Qonzaqa, anası isə onun xanımı Mariya Qonzaqadır. Adaşı olan ögey qaynanası imperatriça Elyanoradan fərqlənmək üçün Kiçik Elyanora olaraq anılmışdır. == Mənbə == Braun, Bettina; Keller, Katrin; Schnettger, Matthias (4 April 2016). Nur die Frau des Kaisers?: Kaiserinnen in der Frühen Neuzeit (in German). Böhlau Verlag Wien. p. 117. ISBN 978-3-205-20085-7 Hengerer, Mark (2012) [2008]. Mazohl, Brigitte (chair); Rumpler, Helmut (deputy chair); et al.
Kastiliyalı Elyanora (Navarra kraliçası)
Kastiliyalı Elyanora (isp. Leonor de Trastámara) (1360, Araqon krallığı – 27 fevral 1416, Olite[d]) — Navarra kralı III Çarlzın xanımı. == Mənbə == Borrás Gualis, Gonzalo M. (2014). "La Virgen de Tobed. Exvoto dinástico de los Trastámara" (PDF). In Escribano Paño, María Victoria; Duplá Ansuátegui, Antonio; Sancho Rocher, Laura; Villacampa Rubio, María Angustias (eds.). Miscelánea de estudios en homenaje a Guillermo Fatás Cabeza. Zaragoza: Institución Fernando el Católico. pp. 167–176.
Portuqaliyalı Elyanora (Müqəddəs Roma imperatriçası)
Portuqaliyalı Elyanora (port. Leonor de Portugal) (18 sentyabr 1434 – 3 sentyabr 1467, Viner-Noyştadt[d], Aşağı Avstriya[d]) — Müqəddəs Roma imperatoru III Fridrixin xanımı, Portuqaliya infantası. == Həyatı == === İlk illəri === Elyanora 1434-cü ildə dünyaya gəldi. Atası Portuqaliya kralı I Eduard, anası isə Araqon kralı I Ferdinandın qızı Araqonlu Elyanoradır. Hələ 4 yaşında ikən atası vəfat etdi və qardaşı V Afonso adıyla taxta əyləşdi. Ancaq azyaşlı qardaşına naiblik uğrunda anası ilə əmisi İnfant Pyotr arasında siyasi mübarizə davam edirdi. Bu siyasi mübarizədə məğlub olmasının ardından anası 1440-cı ilin dekabrında Kastiliyaya qaçmağa məcbur oldu. Ancaq o əsnada 6 yaşlı Elyanora xəstə idi və anasıyla birlikdə gedə bilmədi. === Evliliyi === Elyanoranın evliliyi bibisi olan Burqundiya hersoqinası Portuqaliyalı İzabella və dayısı olan Neapol kralı V Alfonso tərəfindən planlandı. Bu məqsədlə dayısı öz sarayından rəssamlar göndərərək qızın portretlərini hazırlatdı və namizədlərinə göndərdi.
Eleanora Ruzvelt
Anna Eleanora Ruzvelt (ing. Anna Eleanor Roosevelt; 11 oktyabr 1884[…], Manhetten, Nyu-York ştatı – 7 noyabr 1962[…]) - ABŞ-nin prezidenti Franklin Delano Ruzveltin həyat yoldaşıdır. Teodor Ruzvelt onun dayısıdır. Uşaqlıq vaxtında anasını və atasını titrmişdir. Anası difteriya xəstəliyindən, atası isə içki səbəbindən vəfat etmişdir. Onu nənəsi böyütmüşdür. 4 mart 1933-cü il və 12 aprel 1944-cü illər ABŞ-nin ilk ledisi seçilir.
Araqonlu Eleonora
Araqonlu Eleonora (isp. Leonor de Aragón; 20 fevral 1358 – 13 avqust 1382) — Araqon kralı IV Pyotrun qızı və Kastiliya kraliçası. == Həyatı == Eleonora atasının üçüncü evliliyindən dünyaya gəlmişdi və kralın ən kiçik övladı idi. Qardaşlarından ikisi - Con və Martin Araqon kralı olsa da, heç birinin oğul varisi dünyaya gəlmədi. Eleonora 18 iyun 1375-ci ildə Kastiliya kralı I Conla Soriyada evləndirildi. Bu evliliklə Araqon və Kastiliya arasında 1374-1375-ci illərdə bağlanan atəşkəs gücləndirildi. Cütlüyün bu evlilikdən 3 övladı dünyaya gəldi: Henri (1379-1406) Ferdinand (1380-1416) Elyanora (13 avqust 1382) Yeddi il davam edən evliliyin ardından Eleonora 13 avqust 1382-ci ildə doğum əsnasında vəfat etdi. Dünyaya gələn qız uşağına onun adı verilsə də, eyni gün uşaq vəfat etdi. == Mənbə == Previté-Orton, Charles William (1960). The Shorter Cambridge Medieval History.
Dina Ulyanova
Eleonora Evelinq
Eleonora Evelinq (Marks; alm. Eleanor Aveling [Marx]‎; 16 yanvar 1855 – 31 mart 1898) — Böyük Britaniya sosialist və qadın hərəkatının fəal üzvü. == Həyatı == 1855-ci il yanvarın 16-da Londonda anadan olmuşdur. O, Karl Marksın kiçik qızı, ingilis sosialisti Eduard Evelinqin isə həyat yoldaşı və silahdaşı olmuşdur. Eleonora 1898-ci ildə martın 31-də Londonda vəfat etmişdir. == İnqilabda rolu == Eleonora Britaniyada ilk sosialist təşkilatının yaradıcılarından biri olmuşdur. O, bununla yanaşı "yeni tred-yunionlar" hərəkatında fəal iştirak etmiş, qadınlar arasında böyük iş aparmışdır. İkinci İnternasionalın bir sıra konqreslərində tərcüməçi olmuşdur. O, İngiltərə və Almaniyanın sosialist mətbuatında fəal iştirak etmişdir. Atası K. Marksın bir sıra əsərini çapa hazırlamışdır.
Eleonora Hüseynova
Eleonora Hüseynova - azərbaycanlı diplomat. == Həyatı == Eleonora Hüseynova 1947-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2019-cu ilin yanvar ayının 22-də vəfat etmişdir. == Fəaliyyəti == Eleonora Hüseynova 1994–2004 Azərbaycan Respublikasının Fransadakı fövqəladə və səlahiyyətli səfiri, 2004–2013-cü illərdə Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi olmuşdur.
Eleonora Kejova
Eleonora Kejova (28 dekabr 1985) — Bolqarıstanı təmsil edən bədii gimnast. == Karyerası == Eleonora Kejova Bolqarıstanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 7-ci pillənin sahibi olub.
Eleonora Romanova
Eleonora Romanova — 17 avqust 1998-ci ildə Ukraynanın Krasnodon şəhərində anadan olub. Ukraynalı bədii gimnastdır. Dünya Çempionatının 2, Avropa Çempionatının isə 1 qat bürünc medalçısıdır. Vətənini 2015-ci ildə Avropa Oyunlarında təmsil etdi. == Həyatı == Eleonora Romanova 17 avqust 1998-ci ildə Ukraynanın Krasnodon şəhərində anadan olub. == Karyerası == Eleonora Romanovanın ən böyük uğurları Dünya və Avropa Çempionatlarına təsadüf edir. Eleonora Romanova 2014-cü ildə İzmirdə, 2015-ci ildə isə Ştutqartda Dünya 3-cüsü olmuşdur. Həmçinin Eleonora Romanova 2015-ci ildə Belarusun paytaxtı Minsk şəhərində Avropa Çempionatının 3-cüsü olmuşdur. Eleonora Romanova 2015-ci ildə Ukraynanı Avropa Oyunlarında təmsil etdi.
Nemoral lekanora
Nemoral lekanora (Elmi adı - Lecanora nemoralis) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar"kateqoriyasına aiddir – VU D2. Nadir növdür. == Qısa morfoloji təsviri == Tallomun diametri 10 sm, nazik, hamar, dənəvər və azacıq çatvaridir. Apotesilər iridir, diametri 2 mm-ə çatır. Tallom üzərində səpələnmiş komacıq formasındadır. Apotesi diski sarımtıl qəhvəyidən qəhvəyiyə kimi, cavan apotesilər çökük yaşlılar isə qabarıqdır. Tallomun qıraqları qalındır, əyri dişvaridir, talloma nisbətən açıq rənglidir. Tallom KOH təsirindən saralır. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Mezofit növdür, apotesilər vasitəsi ilə çoxalır. == Yayılması == Quba rayonu, şəhər mərkəzi parkında (cükədə); Qusar rayonu caqar kəndi ətrafında, meyvə bağında (almada); Qəbələ rayonu Muxas kəndi ətrafında meşədə (ağcaqayın), 660–1250 m hündürlükdə rast gəlinir.
Eleonora qızılquşu
Eleonora qızılquşu (lat. Falco eleonorae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Eleonora Marks
Eleonora Evelinq (Marks; alm. Eleanor Aveling [Marx]‎; 16 yanvar 1855 – 31 mart 1898) — Böyük Britaniya sosialist və qadın hərəkatının fəal üzvü. == Həyatı == 1855-ci il yanvarın 16-da Londonda anadan olmuşdur. O, Karl Marksın kiçik qızı, ingilis sosialisti Eduard Evelinqin isə həyat yoldaşı və silahdaşı olmuşdur. Eleonora 1898-ci ildə martın 31-də Londonda vəfat etmişdir. == İnqilabda rolu == Eleonora Britaniyada ilk sosialist təşkilatının yaradıcılarından biri olmuşdur. O, bununla yanaşı "yeni tred-yunionlar" hərəkatında fəal iştirak etmiş, qadınlar arasında böyük iş aparmışdır. İkinci İnternasionalın bir sıra konqreslərində tərcüməçi olmuşdur. O, İngiltərə və Almaniyanın sosialist mətbuatında fəal iştirak etmişdir. Atası K. Marksın bir sıra əsərini çapa hazırlamışdır.
Eleanor Porter
Eleanor Tomlinson
Eleanor May Tomlinson (19 may 1992, London) — İngiltərə aktrisası.
Elenora qızılquşu
Lyayora burnu
Lyayora burnu (çuk. Лялёран) — İnzibati cəhətdən Çukot Muxtar Dairəsinin İlpinski rayonu ərazisində yerləşir. Sahillərini Şərqi Sibir dənizinin suları yuyur. Çukot dilindən tərcümədə "Saqqalı insanların yaşayış yeri" mənasını verir.
Pavel Elyanov
Pavel Elyabov (ukr. Павло Володимирович Ельянов; 10 may 1983, Xarkov, Ukrayna SSR, SSRİ) — Ukrayna şahmatçısı, qrosmeyster. Pavel komandalararası şahmat olimpiadalarında iki qızıl medal və individual yarışlarda bir gümüş medal qazanmışdır. == Naliyyətləri == 2007-ci ildə Corus B turnirinin qalibi olaraq əsas turnirinə vəsiqə qazanmışdır. Sarayevoda keçirilən 2009 Bosna Şahmat Turnirinin qalibi oldu (7/10). Turnir ikili dairəvi sistem üzrə 6 nəfərdən ibarət idi. 2010-cu ilin mayında Həştərxanda keçirilən FIDE Grand Prix seriyasından olan turnirdə qalib gəlmişdir. 2012-ci ildə Aeroflot Opendə 1–3-cü yerləri bölüşdürmüşdür. 2014 Ukrayna Çempionatında 11 oyundan 7.5 xal ilə birinci oldu. 2014-cü ildə Şəmkir Beynəlxalq Şahmat Turnirinin B qrupunun qalibi oldu.