Nemoral lekanora

Nemoral lekanora (Elmi adı - Lecanora nemoralis) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar"kateqoriyasına aiddir – VU D2. Nadir növdür.[1][2]

Nemoral lekanora
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Qısa morfoloji təsviri[redaktə | mənbəni redaktə et]

Tallomun diametri 10 sm, nazik, hamar, dənəvər və azacıq çatvaridir. Apotesilər iridir, diametri 2 mm-ə çatır. Tallom üzərində səpələnmiş komacıq formasındadır. Apotesi diski sarımtıl qəhvəyidən qəhvəyiyə kimi, cavan apotesilər çökük yaşlılar isə qabarıqdır. Tallomun qıraqları qalındır, əyri dişvaridir, talloma nisbətən açıq rənglidir. Tallom KOH təsirindən saralır.[1][2][3][4]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Mezofit növdür, apotesilər vasitəsi ilə çoxalır.[1][2]

Yayılması[redaktə | mənbəni redaktə et]

Quba rayonu, şəhər mərkəzi parkında (cükədə); Qusar rayonu caqar kəndi ətrafında, meyvə bağında (almada); Qəbələ rayonu Muxas kəndi ətrafında meşədə (ağcaqayın), 660–1250 m hündürlükdə rast gəlinir.[1][2][4][5][6]

Sayı və tendensiyası[redaktə | mənbəni redaktə et]

Populyasiyanın sayı məhdudlaşır. Xalq təbabətində istifadə olunan antibiotik tərkibli, lekanorin turşularının öyrənilməsinə ehtiyac vardır.[1][2][5][6][7]

Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]

Meşələrin qırılması, meyvə bağlarının rekonstruksiyası, atmosfer çirklənmələridir.[1][2][7]

Mühafizə tədbirləri[redaktə | mənbəni redaktə et]

Növün rast gəlmə yerini tam mühafizəyə almaq, populyasiyalar üzərində daimi nəzarət təşkil etmək, meşələrin qırılmasını qəti qadağan etmək, yeni yayılma yerlərini axtarmaq, rast gəlmə yerlərinə yasaqlıqlar etmək lazımdır.[1][2][7]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 Azərbaycan Respublikasının Qırmızı kitabı  Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri II nəşr, Bakı-2013
  2. 1 2 3 4 5 6 7 "Arxivlənmiş surət". 2021-01-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-12-23.
  3.  Макаревич М.Ф. 1963
  4. 1 2 Определитель лишайников СССР, 1978
  5. 1 2  Новрузов В.С. 1972
  6. 1 2 Новрузов В.С. 1990
  7. 1 2 3  Tərtibçnin məlumatı

Həmçinin bax[redaktə | mənbəni redaktə et]