Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Encore
Encore Eminemin beşinci studiya albomudur. Albom 16 noyabrda satışa çıxmalı idi, lakin internetə sızdığınnan 12 noyabrda satışa çıxdı. Encore satışa çıxannan sonralı ilk 3 gündə 710,000 nüsxə satıldı. Billboard Top 200 siyahısında ay zirvəyə çıxdı. 17 dekabr 2004-də RIAA tərəfindən 4x Platinium olaraq sertifikatlaşdırılan albom, 2008-in oktaybrına qədər 5.1 milyon nüsxə satdı.
İndore
İndore (hind. इंदौर) — mərkəzi Hindistanda yeləşən Madhya-Pradeş ştatının ən böyük şəhəri və iqtisadi merkəzidir. Indore Madhya Pradesh vilayətinin paytaxtı olan Bhopal şəhərindən 190 km qərbdə yerləşir.Hindistanın 2011-ci ildə olan siyahıya alınmasına ğörə Indore şəhərinin əhalisi 1.516.918-dir. İndore şəhəri əhalisinə görə Hindistanın 15-ci böyük şəhəridir. 2009-cu ilin siyahısına əsasən İndore şəhəri əhalisinə görə Dünya şəhərləri arsınsa 147-ci yerdədir. İndore şəhəri Hindistanın Madhya Pradesh vilayətinin İndore bölgəsinin mərkəzi şəhəridir. == Tarixi == "Maratha İmparatorluğu" devrində "Deccan" bölgəsi və Dehli şəhəri arasındakı əsas yol İndore şəhərindən keçirdi. Maratha İmparatoru "Madhavrao Peshwa" öləndən sonra "Maratha İmparatorluğu" süqut etdi və parçalandı. Maratha İmparatorluğunun bir bölgəsində Holkar Dövləti quruldu və İndore şəhəri dövlətin paytaxtı seçildi. Sonra Holkar Dövləti hökümdarı Rani Ahilyabai Holkar dövlətin paytaxtını Maheshvar şəhərinə çökürtdü.
Endre Adi
Endre Adi (mac. Ady András Endre; 22 noyabr 1877[…] – 27 yanvar 1919[…], Budapeşt) — Macar şairi və jurnalisti. Bir çoxları tərəfindən 20-ci əsr Macarıstan poeziyanın dahilərindən hesab olunan Endre Adi sosial tərəqqiyə və inkişafa olan inamına, eləcə də, müasir Avropa təcrübəsinin fundamental dəyərlərini öz poeziyasında geniş şəkildə tətbiq etməsinə görə tanınır: sevgi, müvəqqətilik, iman, fərdi və vətənpərvərlik. == Həyatı == Endre Adi 1877-ci ildə Silaq medyesinin Keyaş rayonunda (o dövrdə Avstriya-Macarıstanın bir hissəsi idi; indi macar dilində Keyaş və rumın dilində Adi Endre adlanan və Rumıniyanın Satu-Mare medyesində yerləşən kənddir) anadan olmuşdur. Yoxsul kalvinist ailəsinə mənsub idi. Ailənin ikinci övladı idi. İlona adlı böyük bacısı gənc yaşlarında vəfat etmişdi. Yazıçı və şair olan Marişka Adi onun bacısı qızı idi. 1892-1896-cı illərdə Zaleuda Kalvinist kollecində oxudu. 1896-cı ilin 22 martında Szilágy qəzetində ilk poeması olan Zaleu əsərini nəşr etdirdi.
Mari Jan Antuan Kondorse
Mari Jan Antuan Kondorse (fr. Nicolas de Condorcet; 17 sentyabr 1743[…] – 29 mart 1794[…], Bur-la-Ren) — fransız yazıçı, riyaziyyatçı, siyasi xadim, filosof. == Həyatı == == Fəlsəfəsi == O, şüura əsaslanmış tərəqqinin insana gətirdiyi xeyirli şeyləri göstərirdi: millətlər arasında bərabərliyə nail olmaq, sinfi fərqlərin aradan götürülməsi və dini, mənəvi səviyyənin ümumi yüksəlişi. Kondorse rasizmin aradan götürülməsinə, ticarət azadlığının genişləndirilməsinə, xəstəliyə və qocalığa görə təqaüdlərin verilməsinə, müharibələrin qadağan olunmasına, yoxsulluğun və dəbdəbənin aradan götürülməsinə, qadınlar və kişilər arasında bərabərliyin təmin edilməsinə və hamı üçün eyni imkan yaradan ümumtəhsil sisteminin yaradılmasına ümid edirdi. Tərəqqiyə bu inam realizmlə sadəlövhlüyün qarışığı idi. Realizm ondan ibarət idi ki, bütün bu sadalananlar elmi və texniki cəhətdən həqiqətən də mümkündür. Sadəlövhlük isə bunda idi ki, filosof-maarifçilər bütün olanlara baxmayaraq, siyasi problemlərin əhəmiyyətini qiymətləndirə bilmirdilər. Məlum oldu ki, ümumi rifah halının yüksəldilməsinə çatmaq üçün təkcə maarifçilik kifayət deyil. Birinci dünya müharibəsindən sonra, tərəqqiyə olan inam ölümcül zərbə aldı. İndi elə bir adam tapmaq çətin olar ki,Maarifçilik dövrünün nümayəndələri kimi sadəlövhlüklə gələcəyə optimist nəzərlərlə baxsın.
Endor (Ulduz müharibələri)
Endor — "Ulduz müharibələri" kainatında uydurma peyk. Endor sıx meşələr, yüksək dağlar və savannalarla örtülüdür. Peykdə evoklar, duloklar və yuzzumlar kimi sayıqlı, eləcə də qoraks kimi yarı-sayıqlı növlər də yaşayır. Endordakı ağacların bəzilərinin hündürlüyü min metrdən çoxdur. Tərkibində insanların nəfəs ala biləcəyi atmosfer və 8% səth suyu var. Onun da iki ulduzu mövcuddur: Endor I və Endor II. == İstinadlar == == Xarici keçidlər == Endor — Vukipediya saytında.
Fate/Extra Last Encore
Fate/Extra Last Encore (フェイト/エクストラ ラストアンコール, Feito/Ekusutora Rasuto Ankōru, azərb. Tale/Əlavə Son təkrar‎) – Fate/Extra video oyunu əsasında çəkilmiş anime serialı. Shaft studiyası tərəfindən çəkilmiş anime 28 yanvar 2018-ci ildən 1 aprel 2018-ci ilə kimi yayımlanmış və 10 seriya davam etmişdir. Netflix tərəfindən lisenziyalaşdırılmışdır. == Məzmun == Qəribə virtual dünyada oyanan Hakuno Kişinami keçmişi ilə bağlı heç nəyi xatırlamır. Tezliklə bu virtual dünyada yarışan ustalardan birinə çevrilir və Seyber onun xidmətçisi olur. Digər ustalarla birlikdə bu virtual dünyada Müqəddəs qədəh üçün döyüşməyə başlayan Hakuno kim olduğunu da aydınlaşdırmağa çalışır. == Personajlar == == Anime == Fate/Extra video oyunu əsasında anime çəkiləcəyi 22 mart 2016-cı ildə açıqlanmışdır. 2017-ci ildə anime serialının "Fate/Extra Last Encore" adlanacağı və 2017-ci ildə buraxılacağı bildirilmişdir. Anime studiyası Shaft serialı istehsal etmək işinə cəlb olunmuşdur.
Əndişə
Əndişə(fars. انديشه‎) — İranın Tehran ostanının Şəhriyar şəhristanının Mərkəzi bəxşində yeni şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 75,596 nəfər və 19,945 ailədən ibarət idi.
Əndorab qalası
Əndorab qalası — Azərbaycanın Tərtər rayonu ərazisində qala. Arxeoloqlar tərəfindən yeni aşkarlanan "Əndorab qalası" erkən orta əsrlərin son mərhələsinə, VIII-IX əsrlərə aiddir. Bu haqda Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Arif Məmmədov məlumat verib. Onun sözlərinə görə, bu qala haqqında orta əsr yazılı mənbələrdə vacib məlumatlar verilib, lakin qalanın yeri məlum deyildi. Ərazidə aparılan arxeoloji qazıntılar zamanı qalanın yeri müəyyən olunub. Ümumi sahəsi 8 hektar olan qala Tərtər çayının sahilində, Bərdə-Gəncə ticarət yolunun kənarında yerləşir. Arif Məmmədov bildirir ki, o dövrlər üçün həm müdafiə, həm də məlumat götürmə məntəqəsi kimi fəaliyyət göstərən qalada aparılan arxeoloji qazıntılar zamanı bir sıra maddi eksponantlar da aşkar edilib. Qazıntı ərazisindən XII əsrə, Atabəylər dövrünə aid mis pullar, qədim dövrlərə aid saxsı məmulatlar aşkarlanıb. Həmçinin Sasani və Ərəb işğalı dövrlərinə aid, üzərində fars əlifbası ilə yazılan sənətkar möhürü də aşkar olunub.