İndore (hind. इंदौर) — mərkəzi Hindistanda yeləşən Madhya-Pradeş ştatının ən böyük şəhəri və iqtisadi merkəzidir. Indore Madhya Pradesh vilayətinin paytaxtı olan Bhopal şəhərindən 190 km qərbdə yerləşir.Hindistanın 2011-ci ildə olan siyahıya alınmasına ğörə Indore şəhərinin əhalisi 1.516.918-dir.[1] İndore şəhəri əhalisinə görə Hindistanın 15-ci böyük şəhəridir.[2]
Şəhər | |
İndore | |
---|---|
hind. इंदौर | |
23°06′12″ şm. e. 76°10′20″ ş. u.HGYO | |
Ölkə | Hindistan |
Region | Madhya-Pradeş |
Rayon | İndore |
Başçı | Malini Laxmansinqh Qaur |
Tarixi və coğrafiyası | |
Sahəsi | 3.898 km² |
Mərkəzin hündürlüyü | 553 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1 516 918 nəfər |
Milli tərkibi | Hindistanlı |
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +91 731 |
Poçt indeksi | 4520XX |
Digər | |
indore.nic.in | |
Vikianbarda əlaqəli mediafayllar |
2009-cu ilin siyahısına əsasən İndore şəhəri əhalisinə görə Dünya şəhərləri arsınsa 147-ci yerdədir. İndore şəhəri Hindistanın Madhya Pradesh vilayətinin İndore bölgəsinin mərkəzi şəhəridir.
"Maratha İmparatorluğu" devrində "Deccan" bölgəsi və Dehli şəhəri arasındakı əsas yol İndore şəhərindən keçirdi. Maratha İmparatoru "Madhavrao Peshwa" öləndən sonra "Maratha İmparatorluğu" süqut etdi və parçalandı. Maratha İmparatorluğunun bir bölgəsində Holkar Dövləti quruldu və İndore şəhəri dövlətin paytaxtı seçildi. Sonra Holkar Dövləti hökümdarı Rani Ahilyabai Holkar dövlətin paytaxtını Maheshvar şəhərinə çökürtdü.
İndore şəhəri Madhya Pradesh vilayətinin qərb hissəsində "Malwa" palatosunun cənubunda və "Shipra" çayının qolları olan "Sraavati" çayı və "Xan" çayının sahilində, hündür bir düzənlikdə yerləşir. Düzənliyin cənubunda "Yadri Silsiləsi" vardır. İndore şəhərinin dəniz səviyəsindən hündürlüyü orta hesabla 550 metrdir.
İndore əhalisinin 53% kişi, 47% isə qadınlardır.[3] İndore şəhərinin illik təbii artım 2.85%-dir. 6 yaşından balaca olanlar əhalinin 12.72%-dir. İndore şəhəri Mahdya Pradesh vilayətinin rəsmi dili olan Hindu dili ən çox danışılan dildir. Bununla yanaşı "Marathi" və "Malvi" dilləridə danışılır.
"Devi Ahilya Vishwavidyalaya və ya "İndore Universitedi" Madhya Pradesh vilayətinin ən əsas universitedidir. 1964-cü ildə qurulan universitedə 153 kollec tabedir. Universiteddə həm bakalavr həm də magistr təhsili verilir. Universiteddə 6000 tələbə, universitedə tabe kolleclərdə isə 120.000 tələbə oxuyur.
İndore şəhərinin ətrafında pambıq, qarğıdalı, taxıl və darı əkini əsas yeri yutur. İndore Madhya Pradesh vilayətinin ticarət və sənaye mərkəzidir. İndore şəhərində yerləşən sənayenin əsasını metallurgiya, kimya və dərman istehsalı tutur.