Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Expressbank
Expressbank - Azərbaycanda fəaliyyət göstərən kommersiya bankı. == Tarixçə == Kommersiya bankı olan “Expressbank” ASC 21 iyun 1989-cu il tarixində təsis olunmuş və uzun müddət “Azərnəqliyyatbank” adı altında fəaliyyət göstərmişdir. Bank öz fəaliyyətini Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 30 dekabr 1992–ci il tarixində verilmiş lisenziya əsasında həyata keçirir. Bankın Səhmdarlarının Ümumi Yığıncağının 01 fevral 2010-cu il tarixli qərarı ilə “Azərnəqliyyatbank” ASC-nin adı dəyişdirilərək “Expressbank” ASC adlandırılmışdır. Nizamnaməyə müvafiq dəyişiklik 04 mart 2010-cu il tarixində dövlət qeydiyyatına alınmışdır. == Reytinqi == Expressbank öz fəaliyyət dövründə bir çox uğura imza atmışdır. Beynəlxalq reytinq agentliyi Fitch Ratings 2023-cü ilin yanvar ayında Expressbank-ın reytinqini “B” səviyyəli “stabil” proqnozu ilə növbəti dəfə təsdiqləyib. Bu reytinq ölkə bankları sırasında yüksək nəticələrdən hesab edilir.