Expressbank - Azərbaycanda fəaliyyət göstərən kommersiya bankı.
Expressbank | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | Açıq Səhmdar Cəmiyyəti |
Sənaye | Bank sektoru |
Məhsulları | Nağd pul krediti, Biznes kreditləri, Express24, Qızıl girovlu kredit, İpoteka krediti, Expresso kredit və debit kartları, Əmanətlər, Pul köçürmələri, Hesablaşma-kassa xidmətləri, Aqro kreditlər, Ekvayrinq xidməti, İnkassasiya xidməti, İnternet bankinq, Əməkhaqqı kartı |
Təsis tarixi | 21 iyun 1989 |
Struktur | |
İşçi sayı | 700-dən çox |
Rəhbərlik | |
Rəhbərlik |
Müşahidə Şurasının sədri Əfqan Cavadov İdarə Heyətinin sədri Mehman Məmmədov |
expressbank.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Kommersiya bankı olan “Expressbank” ASC 21 iyun 1989-cu il tarixində təsis olunmuş və uzun müddət “Azərnəqliyyatbank” adı altında fəaliyyət göstərmişdir. Bank öz fəaliyyətini Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 30 dekabr 1992–ci il tarixində verilmiş lisenziya əsasında həyata keçirir. Bankın Səhmdarlarının Ümumi Yığıncağının 01 fevral 2010-cu il tarixli qərarı ilə “Azərnəqliyyatbank” ASC-nin adı dəyişdirilərək “Expressbank” ASC adlandırılmışdır. Nizamnaməyə müvafiq dəyişiklik 04 mart 2010-cu il tarixində dövlət qeydiyyatına alınmışdır.
Expressbank öz fəaliyyət dövründə bir çox uğura imza atmışdır.
Beynəlxalq reytinq agentliyi Fitch Ratings 2024-cü ilin Oktyabr ayında Expressbank-ın reytinqini yenidən qiymətləndirərək, gözlənti stabil olmaqla “B+” səviyyəsinə yüksəldib. Beləliklə, Expressbankın Dayanıqlılıq və Emitentin uzunmüddətli defolt reytinqi B səviyyəsindən B+ səviyyəsinə qalxıb. Bu reytinq ölkə bankları sırasında yüksək nəticələrdən hesab edilir. [1]
2020-ci il üzrə - Expressbank Azərbaycan Banklar Assosiasiyası tərəfindən “Korporativ Sosial Məsuliyyət”, “Ən fəal təhsil dəstəkçisi”, “Nağdsız ödənişlərin təşviqi” nominasiyaları üzrə mükafatlandırılıb. [2]
Mastercard International
Visa International
SWIFT
ABA (Azərbaycan Banklar Assosiasiyası)
SİF (Sahibkarlığın İnkişafı Fondu)
AKİA (Aqrar Kredit və İnkişaf Agentliyi)
ADİF (Əmanətlərin Sığortalanması Fondu)
İKZF (İpoteka və Kredit Zəmanət Fondu)
MİDA (Mənzil İnşaatı Dövlət Agentliyi)
Audit komitəsinin sədri — Anar Hacızadə
Audit komitəsinin müstəqil kənar üzvü — Rüfət Nağıyev
Audit komitəsinin müstəqil kənar üzvü — Esmira Məmmədova
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |