Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fərid Şənyaşar
Fərid Şənyaşar (1983, Suruç[d], Şanlıurfa ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Fərid Şənyaşar 1983-cü ildə Şanlıurfa ilinin Suruç ilçəsində anadan olub. İnönü Universiteti İqtisadiyyat və İdarəetmə Bölməsindən məzun olub. 2010-2018-ci illərdə müəllim olaraq çalışıb. 2019-2020-ci illərdə isə xüsusi təhsil və reabilitasiya müəssisəsində çalışıb. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Şanlıurfa ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Kənd Təsərrüfatı, Meşə və Kənd Məsələləri Komissiyasının üzvü vəzifəsində təmsil olunub. Kürdcə bilir. Evli və 2 uşaq atasıdır. Fərid Şənyaşarın atası və qardaşı 2018-ci ildə AK Parti deputatı İbrahim Halil Yıldızın qohumları tərəfindən Şanlıurfa ilinin Suruç ilçəsində öldürülmüşdü.
Çoxlu dünyalar təfsiri
Kvant mexanikasının təfsirlərindən biri olan Çoxlu Dünyalar təfsirinə görə reallığın özü olaraq bütün kainat üçün yeganə və universal bir dalğa funksiyası mövcuddur. Bu universal dalğa funksiyası hər şeyin dalğa funskiyası olaraq, bildiyimiz dünyamızdakı bütün ehtimalları və hətta bunun xaricində təkmilləşməsi mümkün bütün dünyaları ehtiva etməkdədir. Çoxlu Dünyalar təfsiri, hər kəsin fərqli bir ssenaridə alternativ qərarlarla hərəkətə keçdiyi incoherent reallıq fikrini daşıyır. Buna görə hər fərqli qərarla budaqlanan dünya, hər ehtimalın var olduğu sonsuz sayda paralel dünyalar təşkil edir. Bu təfsir ilk dəfə Prinston Universitetində bir doktorluq tələbəsi olan Hugh Everett III tərəfindən 1957-ci ilində irəli sürüldü. Nəzəriyyə illər sonra eyni universitetdən Max Tegmark tərəfindən təfsiri dəstəkləyən kvant intiharı və kvant ölümsüzlüyü təcrübəsi ilə birgə populyarlıq qazandı.
Sizi dünyalar qədər sevirdim (film, 1985)
Sizi dünyalar qədər sevirdim — filmi rejissor Rasim İsmayılov tərəfindən 1985-ci ildə ekranlaşdırılmışdır. Filmin çəkilişlərində Belarus və Zaqafqaziya hərbi dairələrinin qoşunları iştirak etmişlər. Film Azərbaycan xalqının rəşadətli oğlu, igid sərkərdə, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun həyat və döyüş bioqrafiyasının səhifələrini canlandırır. Film tarixi, döyüş, bioqrafik, müharibə janrındadır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Ramiz Novruzov, Viktor Tarasov, Aleksandr Denisov, Şahmar Ələkbərov ifa edirlər. == Məzmun == Burada hadisələr I Pribaltika cəbhəsində axırıncı döyüş zamanı həlak olmuş Həzi Aslanovun ömrünün son günlərində cərəyan edir...
Qunqaşan
Qungaşan (Qonqa, Konka, Qanq-ka, Qonqa-Şan; çin. ənən. 贡嘎山, pinyin: Gònggá shān) Daşüeşan dağ sistemindəki dağ, Çinin Sıçuan əyalətindəki ən yüksək dağdır. == Tarixi == O zamanlar Bokunka adlanan dağın hündürlüyünün ilk məsafədən ölçülməsi 1877-1880-ci illərdə qraf Bela Seçeninin ekspedisiyası tərəfindən aparılmışdır. Bu tədqiqatçılar dağın hündürlüyünün dəniz səviyyəsindən 7600 metr hündürlüyündə olduğunu müəyyən etmişdirlər. 45 il sonra, bu dəfə Ganga Ka adlanan dağın missioner J. X. Edqar tərəfindən şəkili çəkilmişdir . 1930-cu illərin əvvəllərində (və ya 1929) kəşfiyyatçı Cozef Rok hündürlüyü ölçmək üçün yeni bir cəhd etmiş, bundan sonra dağın hündürlüyünün 30,250 fut (9220 m) olduğu ortaya çıxmışdır. Onu dünyanın ən hündür dağı kimi Milli Coğrafiya Cəmiyyətinə teleqrafla göndərmişdilər. Bundan sonra hesablamaları yoxlamaq qərara alınmışdır. Müzakirələrdən sonra onlar rəsmi nəşrdə 7803 m (25,600 fut) yüksəklik haqqında razılığa gəlmişdirlər.
Qancasar FK
«Qancasar» Futbol Klubu (erm. «Ֆուտբոլային Ակումբ „Գանձասար“ Կապան», ing. «Gandzasar») — Ermənistan Premyer Liqasında Qafan şəhərini təmsil edən futbol klubu. Klubun adı Qafanın mədən şəhəri olması ilə bağlı olaraq qoyulub və ermənicədən tərcümədə "Xəzinəli dağ" mənasına gəlir. == Tarixi == Klub 1963-cü ildə «Lernaqorts» adı ilə Qafan şəhərində yaradılıb. Yarandığı dövrdən bu günə kimi bir neçə ad dəyişikliyinə məruz qalıb.