Qunqaşan

Qungaşan[1][2] (Qonqa, Konka, Qanq-ka, Qonqa-Şan; çin. ənən. 贡嘎山, pinyin: Gònggá shān) Daşüeşan dağ sistemindəki dağ, Çinin Sıçuan əyalətindəki ən yüksək dağdır.

Qonqqa
Ümumi məlumatlar
Dağ sistemi Çin-Tibet dağları
Dağ silsiləsi Dasüeşan
Mütləq hündürlüyü 7556 m
Nisbi hündürlüyü 3642 m
Yerləşməsi
29°35′45″ şm. e. 101°52′45″ ş. u.
Ölkələr
Vilayətlər
Qonqqa xəritədə
Qonqqa
Qonqqa
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Qərbdən görünüşü

O zamanlar Bokunka adlanan dağın hündürlüyünün ilk məsafədən ölçülməsi 1877-1880-ci illərdə qraf Bela Seçeninin ekspedisiyası tərəfindən aparılmışdır. Bu tədqiqatçılar dağın hündürlüyünün dəniz səviyyəsindən 7600 metr hündürlüyündə olduğunu müəyyən etmişdirlər[3]. 45 il sonra, bu dəfə Ganga Ka adlanan dağın missioner J. X. Edqar tərəfindən şəkili çəkilmişdir[3] .

1930-cu illərin əvvəllərində (və ya 1929) kəşfiyyatçı Cozef Rok hündürlüyü ölçmək üçün yeni bir cəhd etmiş, bundan sonra dağın hündürlüyünün 30,250 fut (9220 m) olduğu ortaya çıxmışdır. Onu dünyanın ən hündür dağı kimi Milli Coğrafiya Cəmiyyətinə teleqrafla göndərmişdilər. Bundan sonra hesablamaları yoxlamaq qərara alınmışdır. Müzakirələrdən sonra onlar rəsmi nəşrdə 7803 m (25,600 fut) yüksəklik haqqında razılığa gəlmişdirlər.

1930-cu ildə isveçrəli coğrafiyaçı Eduard İmhof dağın hündürlüyünün 7590 metr (24900 fut)[4] olduğunu bildirmiş və həmçinin də geoloq Arnold Geim bu ekspedisiyada iştirak etmişdir.

1932-ci ildə ABŞ-dan olan Terris Muri Artur Emmons, Cek Yanq və Riçard Burdsal qərb yamacından qalxaraq 7590 m hündürlüyü təsdiqləmişdirlər. Bu zirvə, 1958-ci ilədək amerikalılar tərəfindən fəth edilmiş ən yüksək nöqtə olmuşdur. Ekspedisiya iştirakçıları alpinizm haqqında klassik “İnsanlar buludlara qarşı” kitabını yazmışdırlar[5] .

The Himalayan Indexi 5 əlavə dırmaşma və 7 uğursuz cəhdi təsvir etmişdir. 1981-ci ildə səkkiz yapon alpinist uğursuz cəhd zamanı yıxılaraq ötmüşdürlər. 1999-cu ilə qədər dırmanma zamanı həlak olan alpinistlərin sayı zirvəni fəth edənlərin sayından çox idi[6][7]. SummitPost xəbər verir ki, 2003-cü ilə qədər dağın cəmi 8 dəfə müvəffəqiyyətlə zirvəsinə qalxmaq mümkün olmuşdur. Cəmi 22 alpinist zirvəyə qalxmış və 16 alpinist həlak olmuşdur[8].

7 oktyabr 2017-ci ildə Çexiyadan Pavel Koržinek (Pavel Kořínek) son on beş il ərzində ilk dəfə olaraq bu dağın zirvəsinə çatmağa nail olmuşdur.

Dasuü Şan silsiləsində, Dadu və Yalong çayları arasında yerləşir, Çin-Tibet dağlarının hissəsindədir.

  1. Атлас Мира. М.: 1954. с. 144—145 Е-8
  2. Словарь географических названий Китая / под ред. Черножукова К. Н. — М.: Наука, 1984.
  3. 1 2 Arnold Heim: The Glaciation and Solifluction of Minya Gongkar. The Geographical Journal. Vol. 87, No. 5 (May, 1936), pp. 444—450. Published by: The Royal Geographical Society (with the Institute of British Geographers)
  4. Expedition zum Minya Konka in Chinesisch Tibet. 1930
  5. Burdsall R., Moore T., Emmons A., Young J. Men Against The Clouds / revised edition. The Mountaineers, 1980.
  6. «Himalayan Index» // The Alpine Club.
  7. "Searchers find body missing for 26 years". 2011-06-05 tarixində arxivləşdirilib.
  8. "Minya Konka (Gongga Shan)". www.summitpost.org. 2021-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-01.

Əlavə ədəbiyyat siyahısı

[redaktə | mənbəni redaktə et]
  • Michael Brandtner . Minya Konka Schneeberge im Osten Tibets. Die Entdeckung eines Alpin-Paradieses. Detjen-Verlag, Hamburq 2006, ISBN 3-937597-20-4
  • Arnold Heim . Minya Qonqkar. Verlag Hans Huber, Bern-Berlin 1933.
  • Eduard İmhof . Die großen kalten Berge von Szetschuan. Orell Füssli Verlag, Sürix, 1974.
  • Jill Neate . Yüksək Asiya: 7000 metrlik zirvələrin təsvir edilmiş tarixi. ISBN 0-89886-238-8
  • "Britannica. Mount Gongga". www.britannica.com. İstifadə tarixi: 2020-07-01.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]