Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Heykəltəraşlıq
Heykəltaraşlıq — təsviri sənətin növlərindən biridir. Heykəltaraşlıqda insan və ya hər hansı təsvir obyekt həcmli formada yaradılır. == Növləri == Heykəltaraşlıq əsasən 2 növə ayrılır: həcmli və ya dairəvi relyef (barelyef, qorelyef). Heykəlin daha yaxşı alınması üçün əsas plan, işıq müstəvisi, kütlə və həcm böyük rol oynayır. == Haqqında == Adətən, insan, bəzən isə heyvan təsvir edən (animalistik janr) heykəltaraşlığın imkanları boyakarlığa nisbətən bir qədər məhdud olur. Heykəltaraşlığın ən ibtidai forması — daşdan hazırlanan fiqurlardır. Orta əsrlərə aid edilən, Şamaxı və Ağdam şəhərləri ətrafında tapılmış daş insan fiqurları heykəltaraşlığımızın daha təkmilləşmiş nümunəsi hesab edilir. Bayıl qəsrindəki daşoyma nümunələri (XIII əsr), məzarlar üzərinə qoyulan at və qoç fiqurlarını (XV–XIX əsrlər) da heykəltaraşlığın yeni və yaddaqalan səhifəsi saymaq mümkündür. Naxçıvanın Оrdubad bölgəsinin Biləv kəndində hicri 1088-ci ildə (miladi 1677–1678 illər) vəfat etmiş Səfərəlinin xatirəsinə hazırlanmış daş qoç fiquru var. Abidə üzərində qoyulan imzadan belə məlum olur ki, qoç heykəlini Abid hazırlayıb.
Afrikada heykəltəraşlıq
Afrikada heykəltaraşlıq - Afrikada heykəltaraşlıq, əsasən, savanna və tropik meşələr arasındakı ərazilərdə yaşayan xalqlarda inkişaf etmişdir. Ağac üzərindəoyma sənətinin ən qədim nümunələri – sitayiş fiqurları və maskalar 16–17-ci əsrlərə aiddir. Afrika maskaları bəzən insanın baş və boynunu bütövlükdə örtür (maska-dəbilqə), bəzən də ucluqlarla tamam lanır. Ağac üzərində oyma ən çox üç zonada Qərbi Sudan, Qvineya sahilboyu və Konqo çayı hövzəsində inkişaf etmişdir. Kubaların saray incəsənətində ağac heykəltaraşlığı yüksək inkişaf səviyyəsinə çatmışdı. 17–19-cu əsr hökmdarlarının 19 böyük ağac heykəlləri məlumdur. Nok mədəniyyətinə aid terra-kota nümunələri Tropik Afirkanın ən qədim heykəltaraşlıq abidələridir. Nigeriyanın terrakota heykəltaraşlığı ənənəsi İfe mədəniyyətində, akan xalqlarında, Qərbi Sudanda davam etdirilmişdir. Daşüzərində oyma abidələrinə 13–19-cu əsrlərə aid qədim heykəlciklər daxildir. Bəzi xalqlarda monumental qəbirüstü heykəltaraşlıq da inkişaf etmişdir.
Azərbaycanda heykəltəraşlıq
Azərbaycanda heykəltaraşlıq — Azərbaycan təsviri sənətinin növlərindən biri. Heykəltaraşlıqda insan və ya hər hansı təsvir obyekti həcmli formada yaradılır. Adətən, insan, bəzən isə heyvan təsvir edən (animalistik janr) heykəltaraşlığın imkanları boyakarlığa nisbətən bir qədər məhdud olur. Heykəllər əsasən 2 növə ayrılır: Həcmli və ya dəyirmi heykəllər; relyef heykəllər. Heykəlin daha yaxşı alınması üçün əsas plan, işıq müstəvisi, kütlə və həcm böyük rol oynayır. Heykəllərin hazırlanmasında müxtəlf materiallardan istifadə olunur: daş (mərmər, əhəngdaşı, qumdaşı, qranit və s.), taxta, sümük, metal (bürünc, dəmir, tunc və s.), gil, yanmış gil, keramika (terrakota, mayolika, saxsı, çini və s.) gips və digər materaillar. Ənənəvi materiallarla yanaşı, müasir heykəltaraşlıqda tamamilə fərqli materiallardan da istifadə olunur: şüşədən, buzdan, qardan, kağızdan da abidə hazırlayanlar var. Ümumilikdə, heykəltaraşlıq sənətinin 3 sahəsi məlumdur. Onlar – Monumental, dekorativ və dəzgah heykəltaraşlığı Heykəltaraşlığın ən ibtidai forması – daşdan hazırlanan fiqurlardır. Orta əsrlərə aid edilən, Şamaxı və Ağdam şəhərləri ətrafında tapılmış daş insan fiqurları heykəltaraşlığımızın daha təkmilləşmiş nümunəsi hesab edilir.
Büst (heykəltəraşlıq)
Büst — heykəltaraşlıqda baş və çiyinlərdən (qollar və ayaqlar daxil edilmədən) ibarət olur.
Ankara Təsviri incəsənət və heykəltəraşlıq muzeyi
Ankara Təsviri incəsənət və heykəltəraşlıq muzeyi — Ankarada yerləşən incəsənət muzeyi və mədəniyyət mərkəzi. Muzey Etnoqrafik muzeyin yaxınlığında, Altındağ küçəsinin Ulus rayonunun Namazgah təpəsində yerləşir. Muzey 1930-cu ildə Türkiyənin qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürkün göstərişi ilə açılmışdır. Muzey türk plastik sənətinin Cümhuriyyətdən əvvəlki və sonrakı təşəkkül və inkişaf dövrlərini əks etdirən zəngin sənət əsərləri kolleksiyasına malikdir. Muzeydə Osman Həmdi bəydən Əbdülməcid Əfəndiyə, Şəkər Əhməd Paşadan Fikrət Muallaya, Şevkət Dağdan Şefik Bursalıya, İbrahim Çallıdan Abidin Dinoya qədər bir çox sənətkarın orijinal əsərləri sərgilənir. == Binanın tarixi == === Türk Ocaqları mərkəzi binası === Muzey binası kimi fəaliyyət göstərən tarixi bina Ankaranın dördüncü böyük ictimai binasıdır. Binanın tikilişində Mustafa Kamal türk naxışlarının istifadə olunmasını və yalnız türk işçilərin işləməsini tələb edir. Türk Ocaqları binası kimi tikilən bu bina üçün 1924-cü ildə dövrün tanınmış memarlarından təkliflər istənilib. Memar Arif Hikmət bəyin çəkdiyi proyekt prezident Mustafa Kamal Paşa tərəfindən bəyənildikdən sonra layihə təsdiqləndi və 21 mart 1927-ci ildə binanın tikintisi başlandı. Memar Koyunoğlu 1930-cu ilin aprelində məzar daşı ustalarını toplayaraq Mərmərə adasından mərmər gətirərək binanın tikintisini tamamladı.
Yesemek daş karxanası və heykəltəraşlıq emalatxanası
Yesemek daş karxanası və heykəltəraşlıq emalatxanası— Qaziantep ilinin İslahiye ilçəsinin Yesemek məhəlləsi yaxınlığında açıq səma altında muzey və arxeoloji sahədir. Sahə Het dövründə karxana olub və 100.000 m2 ərazini əhatə edir ki, bu da onu qədim Yaxın Şərqdə məlum olan ən böyük daş hörmə emalatxanasına çevirir. == Coğrafiyası == Muzey Qaziantep ilinin İslahiye ilçəsinin Yesemək kəndinin cənubunda 36°53′35″ şm. e. 36°44′40″ ş. u.-də yerləşir. Dağlıq ərazinin qərb yamaclarında və Tahtalı bənd gölünün şərqindədir. Kənddən 15 kilometr (9,3 mil), İslahiyedən 23 kilometr (14 mil) və Qaziantepdən təxminən 113 kilometr (70 mil) məsafədədir. Ziyarətçilər abidəyə Qaziantep, İskəndərun və ya Antakyadan gələ bilərlər. == Qazıntıların tarixi == Qalıqlar, 1890-cı ildə bölgənin şimalında Zincirli Höyükdə apardığı qazıntılar zamanı avstriyalı arxeoloq Feliks fon Luşan tərəfindən qismən aşkar edilib.
Heykəltaraşlıq
Heykəltaraşlıq — təsviri sənətin növlərindən biridir. Heykəltaraşlıqda insan və ya hər hansı təsvir obyekt həcmli formada yaradılır. == Növləri == Heykəltaraşlıq əsasən 2 növə ayrılır: həcmli və ya dairəvi relyef (barelyef, qorelyef). Heykəlin daha yaxşı alınması üçün əsas plan, işıq müstəvisi, kütlə və həcm böyük rol oynayır. == Haqqında == Adətən, insan, bəzən isə heyvan təsvir edən (animalistik janr) heykəltaraşlığın imkanları boyakarlığa nisbətən bir qədər məhdud olur. Heykəltaraşlığın ən ibtidai forması — daşdan hazırlanan fiqurlardır. Orta əsrlərə aid edilən, Şamaxı və Ağdam şəhərləri ətrafında tapılmış daş insan fiqurları heykəltaraşlığımızın daha təkmilləşmiş nümunəsi hesab edilir. Bayıl qəsrindəki daşoyma nümunələri (XIII əsr), məzarlar üzərinə qoyulan at və qoç fiqurlarını (XV–XIX əsrlər) da heykəltaraşlığın yeni və yaddaqalan səhifəsi saymaq mümkündür. Naxçıvanın Оrdubad bölgəsinin Biləv kəndində hicri 1088-ci ildə (miladi 1677–1678 illər) vəfat etmiş Səfərəlinin xatirəsinə hazırlanmış daş qoç fiquru var. Abidə üzərində qoyulan imzadan belə məlum olur ki, qoç heykəlini Abid hazırlayıb.
Afrikada heykəltaraşlıq
Afrikada heykəltaraşlıq - Afrikada heykəltaraşlıq, əsasən, savanna və tropik meşələr arasındakı ərazilərdə yaşayan xalqlarda inkişaf etmişdir. Ağac üzərindəoyma sənətinin ən qədim nümunələri – sitayiş fiqurları və maskalar 16–17-ci əsrlərə aiddir. Afrika maskaları bəzən insanın baş və boynunu bütövlükdə örtür (maska-dəbilqə), bəzən də ucluqlarla tamam lanır. Ağac üzərində oyma ən çox üç zonada Qərbi Sudan, Qvineya sahilboyu və Konqo çayı hövzəsində inkişaf etmişdir. Kubaların saray incəsənətində ağac heykəltaraşlığı yüksək inkişaf səviyyəsinə çatmışdı. 17–19-cu əsr hökmdarlarının 19 böyük ağac heykəlləri məlumdur. Nok mədəniyyətinə aid terra-kota nümunələri Tropik Afirkanın ən qədim heykəltaraşlıq abidələridir. Nigeriyanın terrakota heykəltaraşlığı ənənəsi İfe mədəniyyətində, akan xalqlarında, Qərbi Sudanda davam etdirilmişdir. Daşüzərində oyma abidələrinə 13–19-cu əsrlərə aid qədim heykəlciklər daxildir. Bəzi xalqlarda monumental qəbirüstü heykəltaraşlıq da inkişaf etmişdir.
Azərbaycanda heykəltaraşlıq