Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hopper
Stiven Donald Hopper (ing. Stephen Donald Hopper; 18 iyun 1951) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Stiven Donald Hopper toxumlu bitkilər və qıjıkimilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Life on the Rocks. 2008. Fremantle Press ISBN 978-1-921361-28-9 Soul of the Desert. 2005.
Edvard Hopper
Edvard Hopper (ing. Edward Hopper, 22 iyul 1882[…] – 15 may 1967[…], Nyu-York, Nyu-York ştatı) — Amerikan realizmi üslubunda işləyən məşhur rəssam və qravür ustasıdır. Daha çox yağlı boya ilə işlənmiş rəsmləri ilə məşhur olmasına baxmayaraq Hopper həmçinin oyma sənətində gözəl qryavurçu və akvarelist idi. Onun ehtiyatla və dəqiqliklə hesablanaraq işlənmiş şəhər və kənd səhnələrində müasir amerikan həyatına rəssamın şəxsi baxışları öz əksini tapmışdır.
Qreys Mürrey Hopper
Qreys Mürrey Hopper (ing. Grace Murray Hopper; 9 dekabr 1906, Nyu-York, Nyu-York ştatı – 1 yanvar 1992, Arlinqton dairəsi, Virciniya[…]) — Amerikalı hərbçi, kontradmiral, proqramçı. == Həyatı == Qreys Mürrey Hopper 9 dekabr 1906-cı ildə ABŞ-nin Nyu-York şəhərində anadan olmuşdur. == Fəaliyyəti == Qreys Mürrey Hopper ilk işləyən kompilyatorun və Cobol proqramlaşdırma dilinin müəllifi, amerikalı hərbçi, kontradmiral, proqramçıdır. Mark I kompüteri üçün proqram təminatını yaratmış Hopperin şərəfinə ABŞ-də mina gəmisi USS Hopper (DDG-70) adlandırılmışdır. O, dünyada ilk mnemonik proqramlaşdırma dili olan Assembler dilinin yaradıcısı, həmçinin "kompilyasiya" və "kompilyator" terminlərinin müəllifidir. == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Stiven Donald Hopper
Stiven Donald Hopper (ing. Stephen Donald Hopper; 18 iyun 1951) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Stiven Donald Hopper toxumlu bitkilər və qıjıkimilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Life on the Rocks. 2008. Fremantle Press ISBN 978-1-921361-28-9 Soul of the Desert. 2005.
Hakea hopperiana
Grevillea drummondii (lat. Grevillea drummondii) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin qrevilleya cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Hakea hopperiana Christenh.
Daniel Hopfer
Daniel Hopfer (alm. Daniel Hopfer‎, soyadının digər yazılışı — Hopffer və Hopper; 1470[…], Kaufboyren, Şvabiya dairəsi – 1536[…], Auqsburq) — Şimali İntibah dövrünün alman rəssamı, qravürçü və silahçı. Kleynmeyster. Ofort texnikasını ilk istifadə edənlərdən biridir. Çox sayda ksiloqrafiyanın müəllifidir. == Bioqrafiyası == Rəssam Bartolomey Hopfer və Anna Sendlerin ailəsində 1470-ci ildə anadan olmuşdur. 23 yaşında Auqsburqa köçmüşdür. 1497-ci ildə Kristina Grimm ilə evlənmişdir. Silahların bəzədilməsi ilə məşğul olan Hopfer, rəssamların və nişançıların da daxil olduğu Auqsburq dəmirçilər gildiyasının komitəsinin üzvü olmuşdur. 1590-cı ildə imperator II Rudolfun Daniel Hopferin nəvəsi Qeorqa göndərdiyi məktubun mətnində, Daniel Hopfer nadir üsulun ixtiraçısı olaraq tanındığı yazılmışdır.
Karl Popper
Ser Karl Raymond Popper (alm. Karl Raimund Popper‎; 28 iyul 1902[…], Vyana – 17 sentyabr 1994[…]) — Avstriya və Britaniya filosofu və sosioloqu. Karl Popper Avstriyanın paytaxtı Vyanada anadan olmuş, 1937-ci ildə isə Yeni Zelandiyaya köçmüş, 1946-cı ildə Londona gələrək həmin ildən 1970-ci illərin ortalarına kimi London İqtisad Məktəbində professor kimi çalışmışdır. 1976-cı ildən Kral Cəmiyyətinin üzvü, 1982-ci ildə isə Şöhrət Ordeni kavaleri olmuşdur. 1945-ci ildə, "Açıq cəmiyyət və onun düşmənləri" əsəri ilə, Popper demokratiya və "Açıq cəmiyyət"in müdafiəsinə çıxır, hakimiyyətin heç bir konflikt olmadan devrilməsindən söz açır. Eləcə də o, insan düşüncəsinin daim inkişafda olduğunu, bununla yeni tələb və narazılıqlar yaratdığını qeyd edir və hakimiyyətin buna uyğunlaşması üçün çox səlis olmasını bildirir. Cəmiyyətin hər zaman müxtəlif mövqelərə malik olduğunu və bu mövqelərin büruzəsi üçün şəraitin labüdlüyündən söz açır. == Həyatı == Karl Raymund Popper 1902-ci ilin 28-i iyulunda Vyanada hüquqçu ailəsində doğulmuşdur. Atası Simon Ziqmund Karl Popper, anasısa Cenni Şifdir. Onun atası Vyana Universitetində hüquq professoru idi, fəlsəfə, sosiologiya və politologiya problemləri ilə maraqlanırdı, geniş kitabxanası var idi və tez-tez oğlu ilə sosial-siyasi məsələləri müzakirə edirdi.
Keyt Hooper
Keyt Hooper (d. 26 fevral 1978) — Avstraliyanı təmsil edən su poloçusu. Keyt Hooper, Avstraliya yığmasının heyətində 2000-ci ildə baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatılıb və qızıl medal qazanıb. == Karyerası == Keyt Hooper, 2000-ci ildə Avstraliya yığması ilə birgə XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Birləşmiş Ştatlar yığmasını 4:3 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVII Yay Olimpiya Oyunlarının çempionu oldu.
Yozef Popper-Linkeus
21 fevral 1838-ci ildə avstriyalı mütəfəkkir, alim, yazıçı və ixtiraçı Yosef Popper-Linkeus (Josef Popper-Lynkeus) anadan olmuşdur.Mühəndislik, fizika və fəlsəfə sahəsindəki xidmətlərinə görə Vyanada ömrünün son illərini yaşadığı küçəyə onun adı verilmişdir.Anadan olmasının 150 illiyi münasibətilə Frankfurtda Höte adına Universitetdə PopperLinkeus yaradıcılığının araşdırılması və onun ideyalarının təbliği məqsədilə fond yaradılmışdır.
Karl Popper Bioqrafiya
Karl Raymond Popper— avstraliyalı və britaniyalı filosof və sosioloq == Bioqrafiya == Karl Raymond Popper 28 iyul 1902-ci ildə Vyanada boqemiyalı hüquqşünas Simon Zigmund Karl Popper və Cenni Şiffin ailəsində doğulmuşdur. Oğulları doğulmamışdan əvvəl yəhudi mənşəli olan valideynləri lüteranlığı qəbul etdilər. Atası Vyana Universitetində hüquq professoru, fəlsəfə, sosiologiya və politologiya problemləri ilə maraqlanmışdır. Böyük kitabxanası olduğuna görə oğlu ilə tez-tez ictimai və siyasi məsələləri müzakirələr aparmışlar. Bunun sayəsində Karl hələ gənc yaşlarında klassik fəlsəfəyə dair çoxsaylı əsərlərlə, habelə K.Marks, F.Engels, K.Kautski, E.Bernşteyn və başqalarının sosial fəlsəfə əsərlərinə marağı artır. Karl 1918-ci ildə Vyana Universitetinə daxil olaraq riyaziyyat və nəzəri fizikanı öyrənir, eyni zamanda fəlsəfə ilə maraqlanmağa davam edir. Hələ gənclik yaşlarında Popperə anası musiqi sevgisi aşıladığı üçün (1920-1922) o musiqiçi olmaq haqqında düşünür. O, A.Şenberqin Şəxsi Konsertlər Cəmiyyətinə daxil olaraq, 1 il Vyana Konservatoriyasında təhsil alır. Lakin özünü yetərincə bacarıqsız hesab etdiyi üçün musiqi təhsilini dayandırır. O doktorluq imtahanı zamanı əlavə fənn kimi musiqi tarixini seçir.
Çopper əməliyyatı (Vyetnam)
Çopper əməliyyatı 12 yanvar 1962-ci ildə baş verdi və ABŞ qüvvələri ilk dəfə Vyetnam müharibəsində böyük döyüşlərdə iştirak etdi. == Əməliyyat == Vertolyotlar Vyetnam Respublikası Ordusunun (ARVN) 1,000-dən çox paraşütçüsünü Sayqondan 10 mil (16 km) məsafədə Vyetkonq bazası olduğu düşününlən əraziyə hücum etmək üçün daşımışdır.
Komper
Komper (fr. Compeyre, oks. Compèire) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Şərqi Miyo kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12070. Kommuna təxminən Parisdən 530 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 50 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 527 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 163 nəfər arasında (15-64 yaş arasında) 117 nəfər iqtisadi fəal, 46 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71,8%, 1999-cu ildə 67,6%).
Homer
Homer (təq. e. ə. IX əsr, bilinmir – təq. e. ə. VIII əsr) — Antik dövrdə yaşamış İoniyalı şair. Şəxsiyyəti haqqında məlumat azdır. E.ə. 12–7 əsrlərdə yaşadığı ehtimal edilir.
Aconitum hoppii
Turpabənzər kəpənəkçiçəyi (lat. Aconitum napellus) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin kəpənəkçiçək cinsinə aid bitki növü. == Sinonimləri == Aconitum alatum Wender. Aconitum amoenum Rchb. Aconitum ampliflorum Rchb. Aconitum anglicum Stapf Aconitum bavaricum Starm. Aconitum braunii Rchb. Aconitum caeruleum Dulac Aconitum canescens Schleich. ex Rchb. Aconitum clusii Rchb.
Aechmea hoppii
Aechmea hoppii (lat. Aechmea hoppii) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Bob Harper
Robert "Bob" Harper — amerikalı personal məşqçi. Amerika teleserialı The Biggest Loserdə iştirak etmişdi. == Həyatı == Bob Harper 18 avqust 1965-ci ildə Neşvill şəhərində anadan olmuşdu. Harper heyvandarçılıq fermasında böyüyüb, ancaq sonradan iddialı və ambisialı Bob Los Ancelesə, öz arzularının axtarışına qedir. O Klarksvilldəki Austin Peay Dövlət Universitetinə qəbul olmuşdu. Bob Skinny Bitch adlı kitabı oxuduqdan sonra ciddi şəkildə vegeterian olmağa qərar verir That same year, PETA voted him sexiest male vegetarian of the year. . PETA ona ilin ən seksual personal məşqçisi adını vermişdi. The Biggest Loser adlı teleproektin məşhurluğu inanılmaz dərəcədə böyükdür və başlıca olaraq, Bob da bu proektdə kənarda qalmadı. Proqrammın rəsmi treneri olduqdan sonra, o millionlarla kök insanların canlı efirdə arıqlamalarına kömək oldu. Maraqlısı odur ki, iştirakçılar etiraf edirdilər ki, Bob efirdə daim nəzakətli və hətta biraz yumşaq olmasına baxmayaraq, əslində idman zalında təmamilə başqa cürdü.
Cerard Koyper
Cerard Piter Koyper (ing. Gerard Peter Kuiper; nid. Gerrit Pieter Kuiper;; 7 dekabr 1905–23 dekabr 1973) — niderlandlı və (1933-cü ildən) amerikalı astronom. Koyper qurşağın eponimi kimi bilinir. Bəziləri tərəfindən "müasir planetologiyanın atası" kimi tanınır.
Ceyms Horner
Ceyms Roy Horner (14 avqust 1953[…], Los-Anceles, Kaliforniya – 22 iyun 2015[…], Los-Padres Milli Parkı[d], Kaliforniya və ya Santa-Barbara, Kaliforniya) — Britaniya Akademiya Film mükafatı, Qremmi mükafatı və Qızıl Qlobus mükafatılı, ABŞlı bəstəkar, orkestr yazıçısı, orkestr rəhbəri və film musiqisi bəstəkarı. == Həyatı == Yaradıcılığa beş yaşında piano çalmaq ilə işə başlamışdır. Daha sonra Londondakı Royal College of Music-dən təhsil almışdır. 1970-ci illərdə Cənubi Kaliforniya Universiteti musiqi bölməsindən məzun olduqdan sonra, Kaliforniyaya getmədən əvvəl, ali diplom almaq üçün Kaliforniya Universitetinə daxil olmuş və musiqi nəzəriyyəsini orda öyrənmişdir. Daha sonra Kaliforniya Universitetində musiqi kompozisiyanın və nəzəriyyəsi üzərinə doktorluq dərəcəsini tamamlamışdır. Şəxsi təyyarəsi ilə keçirdiyi qəza nəticəsində vəfat etmişdir. == Filmoqrafiya == Titanik (film, 1997) Cəsur ürək (film, 1995) Ağıl oyunları (film, 2001) Qum və dumandan ev (film, 2003) Zolaqlı pijamalı oğlan (film, 2008) Avatar (film, 2009) Karateçi uşaq (film, 2010) Qodzilla (film, 2014) Forsaj (film, 2001) Kommando (film, 1985) == Mükafatları == Oskar mükafatı Britaniya Akademiya Film mükafatı Qremmi mükafatı Qızıl Qlobus mükafatı Bundan başqa 32 mükafatı və 33 mükafat namizədliyi var.
Dominic Cooper
Dominik Kuper (2 iyun 1978, Qriniç[d], Böyük London) İngilis aktyorudur. Londonun Qrinviç şəhərində anadan olub. Bir çox filmlərdə, radioda və teatrda rol alıb. Tarixi oğlanlarda (The History Boys) Dakin obrazını canlandırmışdır. Dracula: Inception filmində, Fateh Məhəmmədi, Mamma Mia! filmində Sky rolunu oynamışdır. 2011-ci il istehsalı olan Şeytanın əkizi filmində Udey Hüseyni oynamışdır. 2012-ci ildə çəkilən Vampire Hunter: Abraham Lincoln (Vampir ovçusu: Abraham Lincoln) filmində Henry rolunu oynamışdır. The Devil's Double (Şeytan Cütlüyü və ya Şeytanın əkizi) filmində iki obrazı canlandırdığı üçün böyük təriflər almışdır. O, həmçinin Captain America: The First Avenger (Kapitan Amerika: İlk Qisasçı) və Agent Carter filmlərində Howard Stark rolunu oynamışdır.
Dopler effekti
Dopler effekti — dalğa uzunluğu və tezliyində baş verən dəyişiklik. Avstriya riyaziyyatçısı və fiziki Kristian Dopler (Christian Doppler) bu prinsipi ilk dəfə 1842-ci ildə aşkar etmişdir. 1845-ci ildə Hollandiyalı meteoroloq Kristofor Henrik Diderik Böys-Balot Dopler effektini Utrext ilə Amsterdamı birləşdirən dəmir yolunda yoxlayaraq təsdiq etmişdir. == Tarixi == Doppler bu effekti ilk dəfə 1842-ci ildə "Über das farbige Licht der Doppelsterne und einiger anderer Gestirne des Himmels" (İkili ulduzların və göyün bəzi digər ulduzlarının rəngli işığı haqqında) traktatında təklif etmişdir. Bu fərziyyə 1845-ci ildə Buys Ballot tərəfindən səs dalğaları üzərində sınaqdan keçirilmişdir. O, səsin yüksəkliyinin səs mənbəyi ona yaxınlaşdıqda yayılan tezlikdən yüksək olduğunu, səs mənbəyi uzaqlaşdıqda isə yayılan tezlikdən aşağı olduğunu təsdiq etmişdir. Hippolyte Fizeau 1848-ci ildə elektromaqnit dalğaları üzərində müstəqil olaraq eyni hadisəni kəşf etdi (Fransada bu effekt bəzən "effet Doppler-Fizeau" adlanır, lakin bu ad dünyanın qalan hissəsi tərəfindən qəbul edilmədi, çünki Fizeau kəşfi Dopplerin təklifindən altı il sonra idi). İngiltərədə Con Skott Russell Doppler effekti ilə bağlı eksperimental tədqiqat aparmışdır (1848). == Ümumi == Mənbənin və qəbuledicinin mühitə nisbətən sürətlərinin mühitdəki dalğaların sürətindən aşağı olduğda klassik fizikada müşahidə edilən tezlik f və mənbədən ötürülən tezlik f0 arasındakı əlaqə belə verilir: ( c ± v r c ± v s ) f 0 {\displaystyle \left({\frac {c\pm v_{\text{r}}}{c\pm v_{\text{s}}}}\right)f_{0}} burada c mühitdə dalğaların yayılma sürətidir; vr qəbuledicinin mühitə nisbətən sürətidir, qəbuledici mənbəyə doğru hərəkət edirsə c-ə əlavə edilir, qəbuledici mənbədən uzaqlaşırsa çıxarılır; vs mənbənin mühitə nisbətən sürətidir, əgər mənbə qəbuledicidən uzaqlaşırsa c-ə əlavə edilir, əgər mənbə qəbulediciyə doğru hərəkət edirsə, çıxarılır.
Doppel kilsəsi
Doppel kilsəsi (alm.St. Maria und Clemens) - Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətindəki Bonn şəhərində, Şvarzheyndorf bölgəsində yerləşən kilsə. 1151-ci ildə tikilmişdir. Kilsə Almaniyanın 13 "cüt kilsə""sindən biridir. ("Doppel" almanca "cüt kilsə" deməkdir). Kilsənin iki ayrı giriş və çıxışı, iki ayrı ibadət zalı var. Cüt kilsələr xalqla varlıları ayırmaqla bərabər protestant ilə katolikkərin eyni binadan istifadə etməsi məcburiyyəti səbəbindən yaranmışdılar.
Dorper qoyunu
Dorper qoyunu — Cənubi Afrikada Dorset və Blekhed Persian irqi qoyunların mələzləşməsi nəticəsində əldə edilən cins. == Tarixi == Dorper qoyunu Cənubi Afrikada Dorset və Blekhed Persian irqi qoyunların mələzləşməsi nəticəsində əldə edilən cinsdir. Adınıda bu iki irqin adının ilk hecasından götürmüşdür. 1950-ci ildə rəsmi olaraq irq adını almışdır. Afrikanın inkişaf etdirilmiş ən uğurlu irqlərindən biridir. == Görünüşü == Bu qoyunların baş və boyun hissəsi qara, bədəni ağ və bütöv ağ rəngli iki növü vardır. İrqi quyruqsuz qoyun irqlərinə aiddir. Dorper qoyununun quzusu 12 aylıq olduqda 70–80 kiloqrama qədər çəkisi olur. Dişi qoyunun diri ağırlığı 100 kq, qoçların isə 120–130 kq çəkisi olur.
Dr Pepper
Dr Pepper — Dr Pepper Snapple Group, daha sonra Keurig Dr Pepperin sahibi olduğu, 1880-ci illərdə Çarlz Alderton tərəfindən istehsal edilən içki. İlk dəfə 1885-ci ildə satışa təqdim olunmuşdur. Rəngi Coca Cola ilə bənzərlik göstərir. Kalori dəyəri 150-dir. İçki 1880-ci illərdə Vako, Texasda əczaçı Çarlz Alderton tərəfindən yaradılmış və ilk olaraq 1885-ci ildə satışa təqdim edilmişdir. Dr Pepper ilk dəfə 1904-cü ildə Amerika Birləşmiş Ştatlarında satılıb və hazırda Avropa, Asiya, Şimali Amerika və Cənubi Amerikada da satılır. Avstraliyadan yanaşı, Yeni Zelandiya və Cənubi Afrikaya idxal edilən bir məhsuldur. == Adının tarixi == İçki adının kökləri haqqında nəzəriyyələr boldur. Adın seçilməsinin əsas səbəbi, içkinin yaradılması zamanı məşhur olan, sağlam olduğu təsəvvürünü çatdırmaq üçün məhsul adlarına Dr. daxil edilməsidir.
Ernst Happel
Ernst Frants Hermann Happel (29 noyabr 1925, Vyana – 14 noyabr 1992, İnsbruk) — keçmiş Avstriya oyunçusu və məşqçisi. O, futbol tarixinin sayıb-seçilən məşqçilərindən biri hesab olunur. O, Niderland, Belçika, Almaniya və Avstriyada işləyərkən həmin ölkələrin həm çempionatlarını, həmdə kuboklarını qazanmışdır. Bundan başqa, onun çalışdığı klublar 1970 və 1983-cü illərdə Çempionlar Kubokunu qazanmışdır və məşqçi olduğu Niderland millisini 1978 FİFA Dünya Kubokunun finalına qədər çıxarda bilmişdir. O, Çempionlar Kubokunu 2 müxtəlif klub ilə qazanan beş (Karlo Ançelotti, Otmar Hitsfeld, Joze Mourinyo və Yupp Haynkes ilə birlikdə) məşqçidən birinci idi. O, həmçinin ən azı 4 müxtəlif ölkədə yerli çempionatı qazanan altı (Joze Mourinyo, Karlo Ançelotti, Covanni Trapattoni, Tomislav İviç və Erik Gerets ilə birlikdə) məşqçidən biridir. == Oyunçu karyerası == === Klub səviyyəsində === Happel karyerasına "Rapid Vyana" başlamışdır və 17 yaşındaykən o, debüt etmişdir. Maks Merkel ilə güclü müdafiə tandemini quraraq o, bu klubda 14 il keçirtdi (1943–1954 və 1956–1959) və 6 altı dəfə Avstriya Futbol Bundesliqasının çempionu oldu. 1999-cu ildə tərtib olunan "Rapid" klubunun "Əsrin Heyəti"ndə o, yer almışdır. O, bundan başqa 2 il Fransanın "Rasinq Paris" klubunda çıxış etmişdir === Milli yığma səviyyəsində === Happel millidə ilk oyununu 1947-ci ilin sentyabr ayında Macarıstana qarşı keçirtmişdir.
Ferdinand Hodler
Ferdinand Hodler (alm. Ferdinand Hodler‎; d. 14 mart 1853, Bern, İsveçrə – ö. 19 may 1918, Cenevrə, İsveçrə) — XIX əsrin ən məşhur İsveçrə rəssamlarından biri idi. Əsərləriylə ekspressionizm sənətçilərinə böyük ölçüdə təsir edən şəxslərdən biri olmuşdur. == Həyatı və fəaliyyəti == Hodler 1853-cü ildə Berndə altı uşağın ən böyüyü olaraq dünyaya gəlmişdir. Atası Jan Hodler az pul qazana bilən bir dülgər idi. Anası Marqerit isə əslən kəndli bir ailədən idi. Səkkiz yaşına gəldiyində atasını və iki qardaşını vərəm xəstəliyi nəticəsində itirdi. Anası bir dekorativ rəssam ilə ikinci dəfə evləndi.
Fritz Dopfer
Fritz Dopfer (24 avqust 1987, İnsbruk) — Dağ-xizək idmançısı.