Ferdinand Hodler

Ferdinand Hodler (alm. Ferdinand Hodler‎; d. 14 mart 1853, Bern, İsveçrəö. 19 may 1918, Cenevrə, İsveçrə) — XIX əsrin ən məşhur İsveçrə rəssamlarından biri idi. Əsərləriylə ekspressionizm sənətçilərinə böyük ölçüdə təsir edən şəxslərdən biri olmuşdur.

Ferdinand Hodler
alm. Ferdinand Hodler
Avtoportret (1912)
Avtoportret (1912)
Doğum tarixi
Doğum yeri İsveçrə İsveçrə, Bern
Vəfat tarixi (65 yaşında)
Vəfat yeri İsveçrə İsveçrə, Cenevrə
Dəfn yeri
Vətəndaşlığı İsveçrə İsveçrə
Fəaliyyəti rəssam, universitet müəllimi[d], dizayner, litoqraf, qrafika ustası[d]
Janrlar rəsm, portret, mənzərə
Stil modern
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Hodler 1853-cü ildə Berndə altı uşağın ən böyüyü olaraq dünyaya gəlmişdir. Atası Jan Hodler az pul qazana bilən bir dülgər idi. Anası Marqerit isə əslən kəndli bir ailədən idi.[1] Səkkiz yaşına gəldiyində atasını və iki qardaşını vərəm xəstəliyi nəticəsində itirdi. Anası bir dekorativ rəssam ilə ikinci dəfə evləndi. Lakin 1867-ci ildə o, da vərəmdən vəfat etdi.[2] Hodlerin ailəsini itirməsinə səbəb olan xəstəlik onda güclü bir ölüm şüuru meydana gətirdi.

Hələ on yaşında ikən ögey atasından dekorativ rəsmlər haqqında təhsil aldı. Ardından Tun şəhərinə – yerli rəssam olan Ferdinand Sommerdən təhsil almaq üçün göndərildi. Hodlerin erkən dövr işlərinin əksəriyyəti dükanlara və turistlərə satılan mənzərə rəsmləri idi. 1871-ci ildə bir rəssam olaraq işləmək üçün Cenevrəyə köçdü. Orada fransız mənzərə rəssamı Korotun yoldaşlarından Bartelemi Mennin yanında çalışdı.

Korotu nümunə götürən Hodler, ilkin dövrdəki rəsmlərinin əksəriyyətində böyük bir realizm ilə çəkilmiş mənzərələri, portretləri və fiqur kompozisiyalarını təsvir edirdi.

1879-cu ildə artıq realizm cərəyanının məşhur fransız rəssamı Qustav Kurbedən təsirlənərək kütləvi, çılpaq portretlər çəkirdi. Amma 1880-ci illərin ortalarında gənclik və yaşlılıq, təklik və dalğınlıq kimi anlayışları simvollaşdırmağa getdikcə daha çox yer verir. Aralarında "Gecə"nin də olduğu bu cür əsərləriylə bütün Avropada böyük bir şöhrət qazanır.

Ferdinand Hodlerin 1889-1890 tarixli "Gecə" adlı əsəri.

Sonrakı rəsmlərində biri ekspressionizm istiqamətində, biri də simvolik olmaq üzrə, iki fərqli cərəyanı mənimsədi. Ekspressionizmə aid əsərlərinin çoxunu təşkil mənzərə şəkillərində mistik təbiət anlayışını ortaya qoymaqla bərabər, fransız rəssamlığından böyük ölçüdə təsirləndiyini göstərən işləri də vardır.

Ferdinand Hodler 19 may 1918-ci ildə Cenevrədə vəfat etmişdir.

Hodler əmək adamlarını təsvir edən rəssam kimi də tanınır. Məsələn, onun 1910-cu ildə çəkdiyi "Odunçu" adlı rəsm əsəri bir il sonra – 1911-ci ildə buraxılmış nominal dəyərli 50 İsveçrə frankı olan banknotlarda çap olunmuşdur.[3]

1910-cu ildə çəkdiyi "Otbiçən" adlı rəsm əsəri bir il sonra – 1911-ci ildə buraxılmış nominal dəyərli 100 İsveçrə frankı olan banknotlarda çap olunmuşdur.[3]

  • 2007-ci ildə sənədli kinorejissor Hayns Bütler "Ferdinand Hodler — Ürəyim mənim gözümdür" adlı sənədli film çəkmişdir.[4]

Avtoportretləri

[redaktə | mənbəni redaktə et]
  1. William Hauptman & Ferdinand Hodler (2007). Hodler. Milan: 5 continents. ISBN 978-88-7439-362-6 səh. 9
  2. William Hauptman & Ferdinand Hodler (2007). Hodler. Milan: 5 continents. ISBN 978-88-7439-362-6 səh. 9-10
  3. 1 2 Second banknote series, 1911 Arxivləşdirilib 2021-11-25 at the Wayback Machine snb.ch  (ing.)
  4. Ferdinand Hodler - Das Herz ist mein Auge (2007) Arxivləşdirilib 2023-07-13 at the Wayback Machine imdb.com  (ing.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]