Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İmanşalı
İmanşahlı, Mxçyan (erm. Մխչյան) — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd. == Tarixi == İrəvan quberniyası İrəvan qəzasında, Erm. SSR AS RH-nın 3.l.1935-ci il fərmanına uyğun olaraq kənd adı dəyişdirilib 1921-ci il vətəndaş müharibəsi zamanı burada öldürülən Liparit Mxçyan adı ilə Mxçyan qoyulmuşdur. == Mədəniyyəti == == Coğrafiyası və iqlimi == Ermənistan SSR Artaşat (Qəmərli) rayonunda, rayon mərkəzindən 10 km şimal-qərbdə, azərbaycanlılar yaşamış kənd. == Əhalisi == Əhalisi 1831-ci ildə 31, 1905-ci ildə 7 nəfər olmuşdur. 360 nəfər erməni bu kənddə 1828-ci ildə Xoydan və Salmasdan köçürüləndən sonra məskunlaşmışlar. == İqtisadiyyatı == == Şəkilləri == == Xarici keçidlər == == Mənbə == Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri.
Cövdət İnancalp
Cövdət İnancalp (Müəllim Cövdət) (1883–1935) — Türkiyə tarixçisi. == Həyatı == Onun ailəsi Rumelidə qalan Niş şəhərindəndir. Babası Səid əfəndi Niş qalasının bir az bərisində, Nişava çayı kənarında bulunan bir təkkənin şeyxi, atası Məhəmmədsədi əfəndi isə hərbçidir. M.Cövdət ailəsinin 1876-cı ildə köçdüyü Boluda 1883-cü ildə dünyaya gəlmişdir. İlk və orta məktəbi Boluda, liseyi Kastamonuda oxumuşdur. 1901-ci ildə İstanbula gələrək İstanbul Darülmüəlliminin ədəbiyyat şöbəsinə girmişdir. Bu məktəbdən qabaq bir il Hüquq Məktəbində oxumuş, atası rahatsız olduğuna görə şagirdinə tam bir sarı altın (qızıl) təqaüd verən Darülmüəlliminə keçmişdir. Bu məktəbdə ən çox fransız dili və pedaqogika üzərində çalışmış, ərəbcə öyrənmişdir. İlk müəllimliyini "Darüşşəfəqə" məktəbində edib (yeri gəlmişkən, bir çox Azərbaycan müəllimləri də burada təhsil alıb). Bir cəmiyyət tərəfindən özəl olaraq idarə edilən, o tarixdə Maarif Nazirliyinə bağlı həmin məktəbdə türkcə və ərəbcə dərsləri gecə müzakirəçiliyinə və bir müddət sonra müəllimliyə təyin edilmişdir.
İmamalı Hüseynov
İmamalı Cəlil oğlu Hüseynov (3 dekabr 1992; Zəngilan rayonu, Azərbaycan — 9 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İmamalı Hüseynov 1992-ci il dekabrın 3-də Zəngilan rayonunun Tağlı kəndində anadan olub. 1993-cü ildə Zəngilan rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən sonra Hüseynovlar ailəsi Abşeron rayonunda yaşamağa başladılar. == Hərbi xidməti == İmamalı Hüseynov 2012-2014-cü illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən isə Dövlət Sərhəd Xidmətinin sıralarında "gizir" hərbi rütbəsində xidmət edirdi. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan İmamalı Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İmamalı Hüseynov oktyabrın 9-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Mehdiabad qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İmamalı Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən İmamalı Hüseynov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
İnanlı oymağı
İnanlı oymağı — Şahsevən elinin qədim və böyük qollarından biri. == Tarixi == Meşkin bölgəsində yaşam sürürdü. Öncə Şamlı elinə bağlı idi. Avşar boyundan çıxmadır. Başqa bir versiyaya görə, inanlı oymağının qolları: pireyvatlı, kəlaş, korabbaslı, keyikli, yurtçu, dursunxocalıdır. == Oymağın tanınmış nümayəndələri == İnanlı oymağının adlı əmirlərindən biri Piri bəy idi. Piri bəy I Şah Təhmasib Səfəviyə xidmət etmişdi. Piri bəyin Rzaqulu bəy adlı oğlu vardı. İnanlı oymağının səsli əmirlərindən biri də Şahverdi xəlifədir. İnanlı oymağının tanınmış əmirlərindən biri Təhmasibqulu sultandır.
Pərilərə İnanmayın (1979)
Pərilərə inanmayın (film, 1979)
== Məzmun == Burada komik tərzdə qəhrəmanın yuxusunda başına gələn əyləncəli hadisədən danışılır. == Film haqqında == Film yazıçı Natiq Rəsulzadənin eyniadlı fantastik hekayəsinin motivləri əsasında çəkilmişdir.
Dil ordu və donanmalı dialektdir
Dil ordu və donanmalı dialektdir (idiş אַ שפּראַך איז אַ דיאַלעקט מיט אַן אַרמיי און פֿלאָט‎) – dillə dialekt arasındakı fərqləndirmə haqqında istehzalı ifadə. Bu ifadə sosial və siyasi şəraitin yaratdığı şəraitin cəmiyyətin dil və ya dialektin statusuna təsirini vurğulayır. Bu ifadə sosiolinqvist və idiş mütəxəssisi Maks Vaynrayx tərəfindən məşhurlaşdırılmışdı. O, bu ifadəni mühazirə verdiyi auditoriyada bir nəfərdən eşitmişdi. == Tarixi == İfadə idiş dili üzrə ixtisaslaşmış alim Maks Vaynrayxla əlaqələndirir. O, ifadəni idiş dilində ifadə etmişdir: Bu ifadə ilk dəfə Vaynrayxın "Der YIVO un di problemen fun undzer tsayt" (idiş דער ייִוואָ און די פּראָבלעמען פֿון אונדזער צײַט‎) adlı məqaləsində işlədilmişdir. Məqalə 5 yanvar 1945-ci ildə bir konfransda təqdim edilmişdir. Vaynrayx ifadənin ingilis dilində versiyasını açıqlamamışdır. Məqalədə Vaynrayx ifadənin yaranma tarixçəsini belə açıqlayır: Sosiolinqvist və iddiiş dili mütəxəssisi Coşua Fişmenin sözügedən dinləyici olduğu iddia olunsa da, iddia sübut olunmayıb. Randolf Kvirk ifadəni dəyişdirərək "Dil ordu və bayraqlı dialekt"dir ifadəsini də yaratmışdır.
İmanqali Tasmaqambetov
İmanğali Nurğali oğlu Tasmağambetov (qaz. Иманғали Нұрғалиұлы Тасмағамбетов (d. 9 dekabr 1956-cı il, Maxambet rayonu, Quryev vilayəti, Qazaxıstan SSR) — Qazaxıstan siyasi xadimi, Qazaxıstanın baş naziri (2002-2003) və müdafiə naziri (2014-2016) vəzifələrində və bir sıra digər dövlət vəzifələrində çalışmışdır.