İnanlı oymağı — Şahsevən elinin qədim və böyük qollarından biri.
Meşkin bölgəsində yaşam sürürdü. Öncə Şamlı elinə bağlı idi. Avşar boyundan çıxmadır.
Başqa bir versiyaya görə, inanlı oymağının qolları: pireyvatlı, kəlaş, korabbaslı, keyikli, yurtçu, dursunxocalıdır.
İnanlı oymağının adlı əmirlərindən biri Piri bəy idi. Piri bəy I Şah Təhmasib Səfəviyə xidmət etmişdi. Piri bəyin Rzaqulu bəy adlı oğlu vardı.
İnanlı oymağının səsli əmirlərindən biri də Şahverdi xəlifədir.
İnanlı oymağının tanınmış əmirlərindən biri Təhmasibqulu sultandır.
1726-cı ildə Şahsevən elinin oymaq başçılarından Cəlil bəy və Mirzəli bəy osmanlılara qarşı çıxmışdılar. 15 min ailəyə başçılıq edən bu bəylər Qarabağa gəlib yerli üsyançılara qoşulmuşdular. Qarabağda erməni qoşununun olmadığını görüb mütəssir olmuşdular. Avan yüzbaşı onları atıb qaçmışdı.
Saxtakar ermənilər hər cür cidd-cəhdlə fitnəkarlıq yaradıb Rusiyanı Osmanlı dövləti və İranla savaşa təhrik edib yararlanmaq istəyirdilər. 1734-cü ildə Avan yüzbaşının qraf A.İ. Ostermana yazdığı ərizədən bəlli olur ki, onun dəstəsi 250 nəfərdən ibarətdir. Aldanıb tora düşən Mirzəli bəy və Cəlil bəy 1726-cı ildə Qarabağda Sarı Mustafa paşanın başçılığı ilə osmanlılara məğlub olandan sonra yenidən Muğana çəkilmiş, düzməcə, yalançı şahzadə İsmayıl mirzə ilə birləşmişdilər.
Həmin dönəmdə Osmanlılara qarşı vuruşan şahsevən bəylərindən biri də Hüseyn bəy idi.
Mirzəli bəy və Hüseyn bəy İnanlı oymağının başçıları idilər. Onlar məğlub olduqdan sonra daha 50 nəfər ağsaqqalla birlikdə boyunlarına kəfən dolayıb osmanlıların yanına gəlmişdilər. Osmanlılar onları bağışlamışdılar.
Mirzəli bəy Surxay xanın vəsatəti ilə İnanlı oymağının başçısı təyin edildi. 1730-cu ilin 11 iyulunda Rumyantsev Dərbəndən xarici işlər nazirliyinin kollegiyasına yazırdı ki, yalançı şahzadənin qoşunun qalıqları Bədr xanın və Mirzəli bəyin başçılığı altında Muğandan rus işğal zonasına hücum ediblər, lakin dəf ediliblər.
1730-cu ilin sentyabr ayında Nadirqulu xan Qırxlı-Avşar Təbrizi osmanlılardan təmizlədi. Ərdəbil və Muğan yürüşünə hazırlaşmağa başladı. Səfiqulu xan Şahsevən gəlib onlara qoşuldu.
II Şah Təhmasib Muğandakı Şahsevən elinin oymaq başçılarına, Murtuzaqulu bəyə, naib Musa yüzbaşıya, İbrahim bəyə, Mirzəli bəyə, Bədirxan bəyə və Isfahan bəyə məktublar göndərib yürüş haqqında bilgi verdi və onlara qoşulmalarını tövsiyə etdi. Bəzi oymaq başçıları elçiləri öldürüb məktubu Əliqulu xana çatdırdılar.
Nadirqulu xan Qırxlı-Avşar iki ay Təbrizdə qalandan sonra Ərdəbilə tərəf yürüş etdi. Dekabr ayının önlərində savaşsız Əhəri, sonra Ərdəbili osmanlıların əlindən aldı. Nadirqulu xan Əliqulu xanı oymağı ilə bərabər Herata sürgün etdi. Əliqulu xanın oğlu Bədr xan Muğan avşarlarının başçısı təyin edildi.
1730-cu ildə Nadirqulu xanın əmrilə Muğandan 12 min avşar ailəsi Xorasana köçürüldü. Yerdə qalan şahsevənlər və muğanlılar Nadir şahın ordusuna daxil oldular.
İnanlı tayfası Rusiya-İran savaşlarında fəal iştirak etmişdi. Məhəmməd bəy İnanlı Azərbaycan ordusunun yüzbaşısı idi.