Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İngiltərə
İngiltərə (ing. England) — Böyük Britaniya krallığına daxil olan tarixi və inzibati ərazi, Böyük Britaniya adasının cənub hissəsində yerləşir. Paytaxtı Londondur. Kralları IIIÇarlzdır. Rəsmi dili ingilis dilidir. Əsas əhalisi ingilislərdir. == Etimologiyası == Bəzi mənbələrə əsasən, İngiltərə sözünün kökü "İng"dir. Bu söz isə qədim Türk dilindən "qənimət", "hədiyyə" olaraq tərcümə edilir. Üzərinə isə "land" sözünü əlavə etdikdə, "qənimət alınmış torpaq", "hədiyyə torpaq" mənaları üzə çıxır. == Tarix == === Antik era === İngiltərə tarixinin ən qədim abidələrindən sayılan Stounhencidir.
Bat (İngiltərə)
Bat (ing. Bath — Böyük Britaniyada, İngiltərədə (İngiltərə Boyük Britaniya dövlətinin vilayətidir) şəhər.
Pul (İngiltərə)
Pul (ing. Poole) — Böyük Britaniyada, İngiltərədə şəhər.
Uinçester (İngiltərə)
Uinçester (ing. Winchester [ˈwɪntʃɨstər]) — Böyük Britaniya şəhəri, Hempşir qraflığının inzibati mərkəzi. == Tarixi == Ingiltərənin ən böyük dəniz sərnişin portu olan Sauthemptondan şimalda yerləşir. Uinçester XI əsrə qədər uzun müddət Britaniyanın paytaxtı olmuşdur. Şəhərdə orta əsrlərə aid çoxsaylı memarlıq abidələri, o cümlədən 1382-ci ildən fəaliyyətə başlamış ölkənin ən qədim məktəblərindən birinin yerləşdiyi bina, Uinçester qəsri, Kafedral kilsə və s. qorunub saxlanılır.
Yeni İngiltərə
Yeni İngiltərə (ing. New England) — ABŞ-nin şimal-şərqində yerləşən region. == Coğrafiya == Yeni İngiltərənin ərazisi 186458 km²-dır. Beləliklə o, Vaşinqton ştatından bir az böyük və Böyük Britaniyadan bir az balacadır. Regiona bu ştatlar aiddir: Konnektikut Men Massaçusetts Nyu-Hempşir Rod-Aylend Vermont Cənub-qərbi Konnektikutdan şimal-şərqi Menə qədər uzanan bölgənin sahili göllər, təpələr, bataqlıqlar, sulaq yerlər və qumlu çimərliklərlə səpələnmişdir. == Tarix == Yeni İngiltərənin məlum olan ən erkən sakinləri Şərqi Alqonkin dillərində danışan hindilər idi. Bu ərazidə Abenaki, Mikmak, Penobskot, Pekot, Moheqan, Narraqansett, Pokumtuk və Uampanoaq kimi tayfalar məskunlaşırdı. 1600-cü illərdən bəri fransız, Niderland, və ingilis alverçiləri Yeni dünyanın kəşfindən sonra burda metal, şüşə, parça və yerli qundu dəriləri ticarəti ilə məşğul idilər. 1616-cı ildə İngilis səyyah Con Smit bu ərazini "Yeni İngiltərə" adlandırıb. 1620-ci ilin noyabrın 3-də həmin ad rəsmiləşdirilib.
İngiltərə Respublikası
Commonwealth of England (Azərbaycan dilində: İngiltərə cəmiyyəti və ya İngiltərə birliyi) 1649-cu ildə İngiltərədə başlayan və sonra İrlandiya və Şotlandiyada davam edən, ikinci İngilis Vətəndaş Müharibəsi və I Çarlzın edamından sonra başlayan respublika tipli idarəetmə dövrü. 19 may 1649-cu ildə Respublika, Rump Parlamenti tərəfindən hazırlanan İngiltərənin cəmiyyət olduğunu elan edən bir bəyannamə ilə (ingilis dilində: “An Act declaring England to be a Commonwealth”, yəni “İngiltərənin cəmiyyət (birlik) olduğunu elan edən akt”) başlamışdır. Dövrün əvvəlində hakimiyyət əsasən Parlamentdə və Dövlət şurasında idi. Bu dövrdə Parlament qüvvələri ilə ona qarşı çıxanlar arasında müharibələr davam etdi, xüsusən də İrlandiya və Şotlandiyada, indi həmin dövrü Üçüncü Britaniya Vətəndaş Müharibəsi adlandırırlar. 1653-cü ildə, Rump Parlamenti məcburi şəkildə dağıldıqdan sonra, Oliver Cromwell, Hökumət səlahiyyətlərini özündə birləşdirərək İngiltərə, İrlandiya və Şotlandiya İttifaqının Dövlət Protektoru Lordu (İngiliscə: Lord Protector) elan edildi, bu dövr Protektora dövrü olaraq tanınır. Kromvelin ölümündən sonra oğlu Richard Cromwellin qısa müddətli hakimiyyətindən sonra 1659-cu ildə üçüncü Protektora Parlamenti dağıldı və Rump Parlament yenidən çağrıldı və 1660-cı ildə monarxiyaya qayıtma prosesi başladı. İcma termini bəzən bütün 1649-1660-cı illər üçün istifadə olunsa da, monarxistlər bu dövrü hökmdarsızlıq dövrü ilə eyniləşdirirlər. Bəzi digər tarixçilər bu müddəti Cromwellin 1653-cü ildə hakimiyyətə gəlişinə qədər olan müddətlə məhdudlaşdırırlar.
İngiltərə bayrağı
İngiltərə bayrağı (ing. English flag) — İngiltərənin Dövlət bayrağı. Qırmızı xaç xüsusilə Səlib yürüşləri əsnasında, orta əsrlərdə İngiltərədə bir emblem olaraq ortaya çıxdı (İngilis xaçlılar təmsil etmək üçün istifadə edilən orijinal simvolu qırmızı zəmin üzərində ağ bir xaç olmasına baxmayaraq) və İngiltərəni təmsil edən ən köhnə emblemlərdən biridir. Bu bayraq XVI əsrdə İngiltərənin milli bayrağı olaraq bu günə kimi qalmaqdadır. İngiltərə ölkəsi beynəlxalq areneda Birləşmiş Krallığın bir hissəsidir. Ancaq bəzi idman və mədəni fəaliyyətlərdə müstəqil hərəkət edir və bu bayraqdan istifadə edir.
İngiltərə gerbi
İngiltərənin rəsmi dövlət gerbidir. Milli bayraq rənglərini daşıyan gerbin üstündə Aslan fiquru mövcuddur.
İngiltərə kilsəsi
Anqlikan kilsəsi — VIII Henrixin dövründə (1509–1547) İngiltərənin katolikliyə yaxın olan dövlət kilsəsi. İdarə üsuluna görə Katolik kilsəsinə protestantizmdən daha yaxın hesab edilir. Anqlikan kilsəsi Reformasiya dövründə meydana gəlib İngiltərədə kral mütləqiyyətinin möhkəmləndirilməsinə qulluq edirdi. 1534-cü ildə parlamentin "Üstünlük Aktı" əsasında Anqlikan kilsəsinin başçısı Kral elan edilmişdir. Kral Vatikandan dini asılılığını tam aradan qaldırmaq üçün Anqlikan kilsəsinin əlaqəsini Vatikan kilsəsi ilə qırdı. Anqlikan kilsəsinə tabe olan monastırlar ləğv olundu. Kral öz dvoryanları arasında hörmətini artırmaq üçün monastırlara məxsus olan torpaqları onlar arasında bölüşdürdü. Parlamentin qərarları ilə 1549-cu ildə bütün ingilislərə vacib olan "İcma ibadət kitabı" və 1571-ci ildə 39 maddədən ibarət anqlikanlığın inam rəmzləri təsdiq edilmişdir. Yeni dövlət kilsəsinin yaranması ilə razı olmayan katoliklər və kalvinistlər vəhşicəsinə təqib olunurdular. Anqlikan kilsəsi başda arxiyepiskop olmaqla iki, Kenterberi və York kilsə vilayətlərinə bölünür.
İngiltərə krallığı
İngiltərə krallığı (ing. Kingdom of England) — Qərbi Avropada Böyük Britaniyanın cənub hissəsində 927-ci il — 1707-ci illərdə mövcud olmuş dövlət. Şotlandiya krallığı ilə birləşdikdən sonra Böyük Britaniya krallığı adını aldı.
İngiltərə tarixi
İngiltərə tarixi german tayfalarının — anqllar, sakslar, yutlar, frizlərin işğalları və onların bir sıra erkən feodal dövlətlərinin yaradılması ilə başlanır. == Feodalizm dövrü == === XI-XV əsrlər === 1066-cı ildə Normandiya hersoqu Vilhelm Fatehin İngiltərəni işğal etdi. Beləliklə, İngiltərədə mərkəzləşmiş dövlət yaradılmasının başlanğıcı qoyuldu. O, La Manşı keçdi. Qastinqs vuruşması başlandı. Vilhelm hiyləyə əl atdı. O, qoşununu geri çəkdi. Vilhelmin atlı qoşunu hücuma keçib anqlo-saks qoşunlarına qalib gəldi, döyüşdə anqlo-saks kralı öldürüldü. London tutuldu, Vilhelm Fateh adı ilə İngiltərənin kralı oldu. Yerli feodalların torpağını öz vassallarına payladı.
İpsuiç (İngiltərə)
İpsviç , İpsviç (ing. Ipswich) — Şimal dənizinə axan Oruell çayının hövzəsində , Şərqi İngiltərə regionunda yerləşən şəhər və liman. İngiltərədə yerləşən ən qədim şəhərlərdən biri. Londondan təxminən 80 mil məsafədə yerləşir. Suffolk qraflığının inzibati mərkəzi.
İpsviç (İngiltərə)
İpsviç , İpsviç (ing. Ipswich) — Şimal dənizinə axan Oruell çayının hövzəsində , Şərqi İngiltərə regionunda yerləşən şəhər və liman. İngiltərədə yerləşən ən qədim şəhərlərdən biri. Londondan təxminən 80 mil məsafədə yerləşir. Suffolk qraflığının inzibati mərkəzi.
İngiltərə Bankı
İngiltərə Bankı (İngiliscə: Bank of England) — Britaniya Krallığının Mərkəzi bankı. Mərkəzi aparatı London şəhərində yerləşir. Britaniya Krallığının Mərkəzi Bankı olan İngiltərə Bankı dünyada ən qədim mərkəzi bank hesab edilir. Dövlət tərəfindən özəlləşdirilən İngiltərə Bankı ən müasir və iri mərkəzi bankların əsaslandığı modeldir. == Tarixi == İngiltərə Bankı 1694-cü ildə şotlandiyalı bankir Uilyam Paterson tərəfindən yaradılmışdır. 1781-ci ildə Bank haqqında Qanuna düzəlişlər olundu və İngiltərə Bankı bankların bankı kimi fəaliyyət göstərirdi. İngiltərə Bankı 1920-ci ildən kommersiya fəaliyyətini azaltmağa başladı və 1944-cü ildə artıq yalnız mərkəzi bank funksiyalarını yetirməyə başladı. 1946-cı ildə bank dövlət tərəfindən milliləşdirildi. 1997-ci ildə banka monetar siyasətdə tam müstəqillik verildi. İngiltərə Bankı mərkəzi bankın bütün funksiyalarını icra edir.
İcma (İngiltərə)
İcma (ing. Civil parish) — İngiltərədə yerli idarəetmə üçün istifadə edilən bir növ inzibati bölmədir. Regionlar və dairələr və ya onların birləşdirilmiş forması olan unitar orqanların altındakı yerli idarəetmə orqanlarının ən aşağı səviyyəsi olan regional idarəetmədirlər. İcmaların ölçüləri azsaylı əhalisi olan seyrək məskunlaşmış olan kənd yerlərindən başlamış, on minlərlə sakini olan böyük qəsəbələrə qədər dəyişiklik göstərə bilir.
Azərbaycan–İngiltərə münasibətləri
Azərbaycan–İngiltərə münasibətləri — Azərbaycan Respublikası ilə İngiltərə arasındakı mövcud ikitərəfli əlaqələr. == İdman sahəsində əməkdaşlıq == === Futbol qarşılaşmaları === === 1985 FİFA Dünya Gənclər Çempionatı === 1985-ci ildə SSRİ-də təşkil olunmuş FİFA Dünya Gənclər Çempionatının "D" qrupunun oyunları Azərbaycanda keçirilmişdir ki, İngiltərənin gənclər millisi də həmin qrupda yer almışdır. Onlar qrup mərhələsinin hər üç oyununu Bakıda keçirmişlər. Lakin üç oyundan yalnız ilk qarşılaşmada Paraqvayla 2:2 hesablı bərabərlik əldə etmiş, sonrakı iki matçda isə Çinə 0:2, Meksikaya da 0:1 hesabları ilə məğlub olaraq, qrup mərhələsini sonuncu pillədə başa vurub, mübarizəni dayandırmışlar.
Edqar (İngiltərə kralı)
Edqar (943 və ya 944, Uesseks krallığı[d] – 8 iyul 975[…], Uinçester) — İngiltərə kralı. Kral I Edmundun birinci həyat yoldaşı Elfqitadan olan kiçik oğlu. 959-ci ildə Mersiya və Nortumbriya zadəganları tərəfindən kral elan edilmişdir. == İstinadlar == == Xarici keçidlər == Anqlo-Sakson tarixçəsi K. Rıjov, "Dünyanın bütün monarxları", Qərbi Avropa.
I Vilhelm (İngiltərə)
Fateh I Vilhelm (ing. William I the Conqueror, William the Bastard, fr. Guillaume le Conquérant, Guillaume le Bâtard; 1027/1028 — 9 sentyabr 1087) — 1035-ci ildən Normandiya hersoqu, 1066-cı ildən İngiltərə kralı olmuşdur, Normand sülaləsinin banisidir. I Vilhelm 14 oktyabr 1066-cı ildə Hastinqs döyüşündə İngiltərə kralı və Anqlosakson qüvvələrinə liderlik edən Harold Qodvinsonla qarşı-qarşıya gəlmiş və nəticədə İngiltərəni fəth etmişdir ("Fateh" ləqəbi buradandır). Vilhelm, qısa zamanda bütün İngiltərəni fəth etdi və ölkə sistemini dəyişdirdi. Bu gün qanlı müharibə baş verən sahədə olan muzey, müharibənin nə qədər şiddətli olduğu haqqında kifayət qədər nümunəyə sahibdir.
Təntənəli qraflıq (İngiltərə)
Təntənəli qraflıq (ing. ceremonial county) İngiltərədə monarx nümayəndəsi, lord-canişin (lord-leytinant) tərəfindən idarə edilən qraflığa verilən ad. 1997 ci ildən İngiltərədə 48 Təntənəli qraflıq mövcuddur. Təntənəli qraflıqla inzibati qraflıq arasında fərq onun tarixi ilə əlaqəlidir. Təntənəli qraflıq termini anaxronizm olub, xəritədə və özünüidarə qanunvericiliyində 1888 ci ilə qədər mövcud olmuş tarixi qraflıqlara aid edilir. Bütün Böyük britaniya üçün “Təntənəli qraflıq” bəzən “Leytenant ərazi(si)” (ing. Lieutenancy area) termini ilə də ifadə olunur. “Leytenant ərazi(si)nin” inzibati və idarə olunma strukturu “Leytenantlıq Aktı 1997” (ing. Lieutenancies Act 1997) ilə nizamlanır. Hər hansı bir inzibati ərazidə bir və bir neçə “Təntənəli qraflıq” yarana bilər: məsələn, tarixi Yorkşir qraflığı bölünərək yerində üç “Təntənəli qraflıq”: Şimali Yokşir, Qərbi Yokşir və Cənubi Yokşir yaradılmışdır.
İngiltərə müstəmləkə imperiyası
Britaniya müstəmləkə imperiyası XVI əsrin sonu - XVIII əsrin əvvəlləri arasında İngiltərə krallığı tərəfindən müstəmləkə edilmiş xarici ərazilərdən ibarət idi. İlk xarici ingilis qəsəbələri İrlandiyada quruldu; Bunu qısa müddət sonra Şimali Amerika, Qərbi Hindistandan başlayaraq “fabriklər” adlanan ticarət mərkəzləri, Qərbi Hind adaları və sürətlə başlayaraq Hindistan yarımqitəsi izlədi. 1639-cu ildə Hindistan sahillərində bir sıra yaşayış məntəqələrinin inşası Fort St. George ilə başladı. 1661-ci ildə Kral II Çarlz Braqanzalı Katerinayla evlənəndə Portuqaliya müstəmləkəsi olan Tangier və Bombay İngiltərəyə Ketrinin cehizi kimi verildi. Şimali Amerikada, Virciniya və Nyufaundlend ingilis müstəmləkəçiliyinin ilk mərkəzləri idi. Daha sonra XVI əsrdə Maine, New Hampshire, Salem, Massachusetts körfəzi, New Scotland, Connecticut, Merilend və Rhode Island və Providence-də yaşayış məntəqələri salındı. 1664-cü ildə Yeni Hollandiya və Yeni İsveç Hollandiyadan qopardıldı və New York, New Jersey və Delaware ilə Pensilvaniyaya bağlı bölgələr edildi. 1707-ci ildə Böyük Britaniya Krallığını yaratmaq üçün İngiltərə Şotlandiya ilə birləşəndə ingilis müstəmləkələri ​​Britaniya İmperiyasının əsasına çevrildi.
İngiltərə və Uels
İngiltərə və Uels (ing. England and Wales, vall Cymru a Lloegr) — Birləşmiş Krallığın üç leqal yurisdiksiyasından biri. Birləşmiş Krallığın dörd tərkib hissəsindən ikisi olan İngiltərə və Uelsdən ibarətdir. Şotlandiya və Şimali İrlandiyadan fərqli olaraq İngiltərə və Uelsdə ingilis hüququ sistemi mövcuddur. Tarixən İngiltərə və Uels bir vaxtlar mövcud olan İngiltərə krallığının konstitusional varisidir. İngiltərə və Uels bir çox qanunvericilik və icra məqsədləri üçün vahid qurum kimi qəbul edilir.
İngiltərə vətəndaş müharibəsi
İngilis inqilabı, İngiltərə burjua inqilabı və ya İngiltərə vətəndaş müharibəsi (ing. English Civil War) — protektorat Kromvelin ölümü və monarxiyanın bərpa edilməsindən sonra 1642–1651-ci illərdə İngiltərədə baş verən mütləq monarxiyadan burjua respublikası quruluşuna keçid prosesi. == İnqilabın başlanması == XII əsrin 40 illəri üçün İngiltərə əsasən aqrar ölkəsi olaraq qalırdı. Lakin burjua münasibətləri də inkişaf etməkdə idi ki, bu inkişaf sənayesinin bütün sahələrin əhatə edirdi. Manufakturalar meydana gəlir, xarici ticarət intensiv inkişaf edir, yeni-yeni müstəmləkələr ələ keçirilirdi. 1600-cı ildə Ost-Hind, 1606-cı ildə iki Virciniya, 1614-cü ildə «Avanvturist tacirlər» xarici ticarət kompaniyaları meydana gəldi. Lakin İngiltərə mütləqiyyəti yaranmaqda və inkişaf etməkdə olan burjua münasiəbtəlrinin yolunda əngələ çevrilmişdi. İngiltərənin siyasi tarixində Stüartlar sülaləsinin böyük rolu olmuşdur. Bu sülalə 1603-cü ildə hakimiyyətə gəlmiş vaxtilə kraliça Yelizaveta tərəfindən edam olunmuş kraliçanın bacısı Mariya Stüartın oğlunun adı ilə bağlıdır. I Yakov Stüart 1603-1625-ci illərdə, I Karl isə 1625-1649-cu illərdə hakimiyyətdə olmuş, məhz onların dövründəİngiltərənin Rusiyadan tutmuş Hindistana qədər nəhəng ərazilərdə agent və şirkətləri təsis olunmuşdu.
İngiltərə–Özbəkistan münasibətləri
Özbəkistan-İngilis əlaqələri Özbəkistan ilə İngiltərə arasında noyabr ayında imzalanan "Ticarət və iqtisadi əməkdaşlıq haqqında", "Kapital qoyuluşlarının stimullaşdırılması və qarşılıqlı qorunması haqqında" və "İkili vergi tətbiqinin qarşısının alınması haqqında" müqavilələrə əsaslanır. 1993-cü ildə Özbəkistan Respublikasının ilk Prezidenti İslam Kərimovun İngiltərəyə səfəri zamanı bu müqavilələri imzalamışdır. 1996-cı ilin nəticələrinə görə, Britaniya Özbəkistanla Avropa Birliyi ölkələri arasında ticarət həcminə görə Almaniyadan sonra ikinci yerdədir. Özbəkistan, İngiltərəyə pambıq lifi, qiymətli daşlar, qara metal, volfram və onlardan hazırlanan məhsulları ixrac edir, İngiltərədən isə mexaniki və elektrik alətləri, qənnadı məmulatları, plastik məhsullar və onlardan hazırlanan məhsullar, mineral yanacaqlar, əczaçılıq məhsulları, karton, mebel, optika və aparatlar, tütün, süd məhsulları, kimyəvi birləşmələr, qeyri-üzvi kimyəvi məhsullar və s. idxal edir. 1992-ci ildə Özbəkistan Respublikası, dünya pambıq ticarətinin norma və qaydalarını idarə edən mühüm bir qeyri-hökumət təşkilatı olan Liverpool Pambıq Birliyinə üzv oldu. Özbəkistan, bu birlik ilə birlikdə, beynəlxalq pambıq sertifikatlaşdırma sisteminin ölkədə tətbiqi sahəsində iş apardı. Sonrakı illərdə iki ölkənin nümayəndə heyətlərinin müxtəlif səviyyəli qarşılıqlı səfərləri nəticəsində əməkdaşlıq yaxşılaşmağa başladı. 14 Oktyabr 1994-cü ildə London Metal Bazar Birliyi, Özbəkistanın Zarafşan Qızıl Mədən Zavoduna bu markanın dünyanın ən yüksək keyfiyyəti olduğunu göstərən ən məqbul qızıl külçələr statusunu təsdiqləyən bir sertifikat verdi. 1996-cı ilin oktyabr ayında bu Birlik yüksək keyfiyyətli gümüş külçələrin istehsalı üçün mədən-metallurgiya zavodunun nümayəndəliyini qeydiyyata aldı.
İngiltərə-Efiopiya müharibəsi
== Müharibəyə səbəb == XIX əsrin ikinci yarısında Efiopiya Afrikada öz müstəqilliyini qoruyan cox azsaylı dövlətlərindən biri idi. Bir necə Avropa ölkəsi onu öz koloniyası kimi görmək istəyirdi. 1860-cı illərdə Efiopiya Böyük Britaniya imperiyasının maraqina düşdü. O dövrdə Efiopiya imperator Teodros II tərəfindən idarə olunurdu. O, ölkəni gücləndirmə və birləşdirmə siyasətini həyata keçirdi. Oktyabr ayında 1862-cı ildə . Böyük Britaniya ilə müharibənin yaxınlaşdığını hiss edən Teodros II kraliça Viktoriyaya ittifaq təklifi ilə məktub göndərdi. Efiopiya imperatoru 2 il cavab gözlədi, amma cavab gəlmədi. İngiltərə hökuməti Efiopiya hökumətinə qarşı qəsdən həyasız və təxribatçı davranırdı. imperator Teodros II 1864-cü ildə kraliçadan cavab mektubu gözləmədən qəzəblə ingilislər daxil olmaqla bir neçə avropalıları həbs etdi (xüsusən missioner Henri Aaron Stern).
İngiltərə–Zənzibar müharibəsi
İngilis-Zənzibar müharibəsi – 27 avqust 1896-cı ildə baş vermiş və cəmi 38 dəqiqə davam etmiş müharibə. Bu müharibəni dünyanın ən qısa müharibəsi də adlandırırlar. 27 avqust 1896-cı ildə Böyük Britaniya və Zənzibar arasında müharibə başlayır və 38 dəqiqədən sonra başa çatır. Müharibənin başlamasına səbəb, Britaniya yönümlü Sultan Hamad bin Tuvainin öldürülməsi və Sultan Xalid bin Barqhaşın hakimiyyəti ələ keçirməsi idi. 38 dəqiqə çəkən müharibədə 500 Sultan Xalid tərəfdarı, bir britaniyalı dənizçi öldürülmüşdür.