İngiltərə Bankı (İngiliscə: Bank of England) — Britaniya Krallığının Mərkəzi bankı. Mərkəzi aparatı London şəhərində yerləşir. Britaniya Krallığının Mərkəzi Bankı olan İngiltərə Bankı dünyada ən qədim mərkəzi bank hesab edilir. Dövlət tərəfindən özəlləşdirilən İngiltərə Bankı ən müasir və iri mərkəzi bankların əsaslandığı modeldir.
Böyük Britaniya Krallığının Mərkəzi Bankı | |
---|---|
Yerləşməsi | |
51°31′06″ şm. e. 0°05′12″ q. u.HGYO | |
Ölkə | |
Ünvan | Threadneedle küçəsi, London |
Ümumi məlumatlar | |
Yaranma tarixi | 27 iyul 1694 |
Sədr | Mark Kerney |
Ehtiyatları | £408,492,000,000 |
Valyuta | Funt sterlinq |
Digər məlumatlar | |
Saytı | bankofengland.co.uk |
Vikianbarda əlaqəli mediafayllar |
İngiltərə Bankı 1694-cü ildə şotlandiyalı bankir Uilyam Paterson tərəfindən yaradılmışdır. 1781-ci ildə Bank haqqında Qanuna düzəlişlər olundu və İngiltərə Bankı bankların bankı kimi fəaliyyət göstərirdi. İngiltərə Bankı 1920-ci ildən kommersiya fəaliyyətini azaltmağa başladı və 1944-cü ildə artıq yalnız mərkəzi bank funksiyalarını yetirməyə başladı. 1946-cı ildə bank dövlət tərəfindən milliləşdirildi. 1997-ci ildə banka monetar siyasətdə tam müstəqillik verildi. İngiltərə Bankı mərkəzi bankın bütün funksiyalarını icra edir. Onlardan ən vacibi iqtisadi inkişafın artımı məqsədilə qiymətlərin sabitliyi və hökumətin iqtisadi siyasətinə dəstəyin göstərilməsidir. İngiltərə Bankı öz fəaliyyətini üç prioritet məqsəddən çıxış edərək həyata keçirir:
Bank direktorlar şurası tərəfindən idarə olunur. Şura sədr, iki sədr müavini və 16 üzvdən ibarətdir. Vəzifələr təyinat parlamenti tərəfindən təsdiq olunduqdan sonra kraliçanın fərmanı əsasında həyata keçirilir. Sədr və onun müavinləri 5 il müddətinə, şuranın üzvləri isə 3 il müddətinə təyin edilirlər. Onlar yenidən seçilmək imkanına malikdirlər. Direktorlar şurası ən azı ayda bir dəfə görüş keçirməlidir. Direktorlar şurasının səlahiyyətlərinə İngiltərə Bankının pul-kredit siyasətindən başqa bütün idarəetmə məsələləri aiddir. Pul-kredit siyasəti "Monetar Siyasət Komitəsi"nin səlahiyyətindədir. Komitənin rəhbəri İngiltərə Bankının idarə heyətinin sədridir. Komitə rəsmi faiz dərəcələrini müəyyən edən yeganə dövlət qurumudur. Böyük Britaniyanın pul siyasətinin əsas məqsədi qiymət stabilliyinin idarə edilməsidir. Qiymətlərin optimal səviyyəsinin saxlanması indiki zamanda iki istiqamətə malikdir: inflyasiya səviyyəsinin 2,5% və daha az olması, monetar siyasətin daha açıq (sərbəst) rejimi.
İngiltərənin pul siyasətinin mühüm aləti faiz dərəcələrinin səviyyəsinin tənzimlənməsidir. Monetar siyasətin alətlərindən biri İngiltərə Bankının açıq bazardakı əməliyyatlarıdır. O ilk dəfə XX əsrdə 30-cu illərin əvvəllərində tətbiq olunmağa başlamış və İngiltərə Bankının uçot dərəcələrinin payını tədricən azaltmışdır.