Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İrənçi (Nir)
İrənçi (fars. ايرنجي‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 373 nəfər yaşayır (81 ailə).
İşgəncə
İşgəncə — cəza tədbiri; məhkuma fiziki əzab vermə. == Tarix == Avropada erkən neolit dövrünə aid olan, təhminən 7000 il əvvəl işgəncə mövcudluğunun sübutu olan arxeoloji tapıntılar var. Assuriya və Əhəmənilər mənbələrdə tez-tez işgəncələr qeyd olunur. Erkən orta əsrlərdə Avropada işgəncələr nadir idi, amma 1200 və 1400 illərin arasında o, daha çox işlənilirdi. XVII əsrin ərzində Avropada işgəncə hələ də qanunu idi, lakin onun işlənməsi getdikcə nadirləşirdi. XVIII əsrdə və XIX əsrin başlanğıcında baş verən işgəncənin qanuni qadağaların qəbul olunması zamanı o, cinayət mühakiməsi sistemində artıq çox az işlənilirdi. == Məqsədləri == === Cəza === Cəza məqsədilə işgəncə antik dövründən günümüzə qədər işlənilir. Ədliyyə sistemlərinin qeyri-funksional olduğu və ya həbsxanalarında inanların həddən artıq çox oluğu ölkələrdə mövcud olan bir cəza üsulu polisin şübhəli şəxsləri tutması, onlara işgəncə verməsi və heç bir ittiham irəli sürmədən azadlığa buraxmasıdır. Belə halda işgəncə polis bölməsində, qurbanın evində və ya ictimai evdə tədbir oluna bilər. === Qabağını alma === İşgəncə həmçinin onun birbaşa qurbanına qarşı yox, əhaliyi qorxutmaqla, hakimiyyətə müxalif olanlarının qabağını almaq üçün işlənilir.
Ürgənc
Ürgənc (Özbəkistan)
Ürgəncə (Xudabəndə)
Ürgəncə (fars. اورگنجه‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 142 nəfər yaşayır (31 ailə).
Sevda Erginci
Sevda Erginci (3 oktyabr 1993, İstanbul) — Türk aktrisa. == Kariyerası == Erginci 15 yaşında Semaver şirkətinin "Paki ve Sevgi Çiçekleri" adlı tamaşasında rol alaraq aktyorluğa başlayıb, daha sonra Kenter Teatrında aktyorluq dərsləri alıb. O, 2012-ci ildə Star TV-də yayımlanan Özgü Namal və Ozan Güvenlə birlikdə "Koyu Kırmızı" serialında rol alıb, həmən il "Veda" tarixi dramındada rol alıb. Daha sonra 2013–2014-cü illər arasında "Karagül" serialında Ayşe obrazını canlandırıb. O, kinoda rol almağa ilk 2015-ci ildə Onur Ünlü tərəfindən yazılmış "Uzaklarda Arama" filmində başlayıb. O, "Hayat Bazen Tatlıdır" və "Ver Elini Aşk" seriallarında baş rol oynadıqdan sonra, "Yasak Elma" serialında Zeynep Yılmaz obrazını canlandırıb. 2019-cu ildə "Sevgili Geçmiş" serialında İpek Gencer rolunu canlandırıb. Ardı ilə 2020-ci ildə "Uyanış: Büyük Selçuklu" tarixi serialında rol alıb və Turna Hatun obrazını canlandırıb. O, 2022-ci ildə ekranlara çıxan "Seni Kalbime Sakladım " adlı romantik serialda rol alıb və Zeynep Gören obrazını canlandırıb. Nəhayət, yenidən "Yasak Elma" serialına daxil edildi və finala qədər davam etdi.
Köhnə Ürgənc
Köhnə Ürgənc (Türkməncə: Köneürgenç) — Türkmənistanın şimal-şərqində Ceyhunnun cənub sahilində Taşoğuz rayonunda yerləşən ortaçağ xarabalarının adıdır. == Tarixi == Gürgənc şəhəri Əhəmənilər İmperiyasına bağlı Xarəzm bölgəsinin mərkəzi idi. Daha sonra Xarəzmşahlar dövlətinin paytaxtı olmuşdur. Ancaq Böyük Monqol imperiyası tərəfindən dağıdılmış və təkrar inşa edilmişdir. Ürgənc şəhəri müsəlman Şərqində ən böyük mədəni mərkəzlərdən biri hesab edilirdi. 1646-cı ildə şəhərin insanları yeni şehre (Taze Ürgenç’e) taşınınca, önceki şehir "Köhne Ürgenç" (Eski Ürgenç) olaraq anılmağa başladı. Bu şəhərdə XI əsrda ve XVI əsrdə qalma bir sıra qalıntı var. Qaltıntıların ən önəmlileri, bir məscid, bir karvansara qapısı, qalalar, türbəler və bir minarədir. Qalıntılar, memari və sənət aləmində təsiri İran, Əfqanıstan və daha sonra XVI əsrdəki Hindistanındaki Böyük Moğol imperiyasına qədər uzanan başarıların bir bəlgesidir. Köhnə Ürgəncdə, Kübraviyyə və Zəhəbiyyə təriqətlarının qurucusu Nəcməddin Kübranın türbesi, Türkmənlər'in dört büyük velisinin (Priyar Veli, Danıyar Veli, Şıhatar Veli ve Döven Veli) mezarları, Xarəzmşah İl Aslan'ın ve Sultan Təkişin türbesi (Gökgömmez - Mavi Kubbe olarak bilinir) ilə məscidi, Xarəzmşahlar sülaləsi hökmdarlarının sarayı olaraq işlənilən Türebeg xanım türbəsi yer alır.
Xalid Ərgənc
Xalid Ərgənc (türk. Halit Ergenç; 30 aprel 1970, İstanbul, Türkiyə)— Türkiyə aktyoru. == Həyatı == Xalid Ərgənc Beşiktaş Atatürk Məktəbinin məzunudur. 1989-cu ildə İstanbul Texniki Universitetinin Gəmi İnşaatı və Dəniz Elmləri fakültəsində təhsil alarkən, təhsilini ikinci kursdan yarımçıq qoymuş, elə həmin il Memar Sinan Universitetinin Opera və Musiqili Teatr Aktyorluğu fakültəsinə daxil olmuşdur. == Filmləri == Xoş sərsərilər Qara mələk Beləmi olacaq?
Ürgənc (Özbəkistan)
Ürgənc (özb. Urganch) — Özbəkistanın Xarəzm vilayətində şəhər. == Tarixi == İndiki Ürgənci (1929-cu ilədək - Yeni Ürgənc), XVII əsrdə Amudərya çayının dəyişməsindən qaynaqlanan suyun olmaması səbəbindən doğma yurdlarından köçmək məcburiyyətində qalan Köhnə Ürgənclilər qurmuşdur . Əski Ürgənc indiki Türkmənistan ərazisində , dövlət sərhədindən çox uzaqda yerləşir. Yaşayış yerinin düzgün çağı bəlli deyil, ancaq bəzi qaynaqlara görə bu şəhərin artıq eramızın I əsrində mövcud olduğu düşünülür. == Əhalisi == === Milli tərkibi === Əhalinin 90% yerli Özbəklər olmaqla, burada az sayda Rus, Qazax, Türkmən və Koreyalı azlıqlarda yaşamaqdadırlar. == İqtisadiyyat == Ürgəncdə Pambıq təmizləmə, yağ çıxarma, yem yığan maşın qayırma, təmir-ekskavator, təkər təmiri, ipək sarma və tikiş fabrikləri vardır.
Narahat vəziyyətdə işgəncə
Narahat vəziyyətdə işgəncə (ing. Stress position) — işgəncəyə məruz qalan şəxsin bədən mövqeyini narahat vəziyyətdə tutmağa və uzun müddət saxlamağa məcbur edildiyi, ağrılı hisslər vermə üsullarından biri. Müasir dindirmə praktikasında geniş tətbiq olunur (məsələn, " təkmilləşdirilmiş dindirmə üsulları ") ona görə ki, bu proseduru tətbiq etdikdən sonra qurbanın bədənində hər hansı aşkar xarici zorakılıq izlərinin qalması olduqca nadirdir. Bu, bir çox insan haqları təşkilatları (Human Rights First и Physicians for Human Rights) tərəfindən işgəncə hesab olunur. == Psixoloji aspektlər == MKİ-nin tətbiq etdiyi dindirmə qaydalarına əsasən, bu tip hadisələrin əsas xüsusiyyəti ağrının dindirilən şəxsə psixoloji olaraq atributasiya edilməsidir. Uzun müddət son dərəcə narahat vəziyyətdə olan şüuraltı səviyyədə dindirilən şəxs özündə ağrı və diskomfort hiss edir ki, bu da sinir sistemində daxili psixoloji konfliktə gətirib çıxarır . Digər amillərlə (ağır saxlanma şəraiti, psixoloji təzyiq, yuxusuzluq və s.) bu, dindirmə prosedurları zamanı müqavimət göstərmək istəyini minimum səylə boğmağa imkan verir. == Tətbiq edilən şəxs üçün nəticələri == Bu işgəncə növünə xas olan uzunmüddətli nəticələr arasında: damar trombozu, pulmoner emboliyaya səbəb ola bilər periferik sinir sisteminin pozğunluqları, sinir hissiyyatının itirilməsinə və motorika problemlərinə səbəb ola bilər . İstintaq altında olan şəxsin tam fiziki tükənməsi nəticəsində tarazlığın itirilməsi və yerə yıxılması nəticəsində alınan xəsarətlər əlavə təsir ola bilər .
Gənci (Marağa)
Gənci (fars. گنجي‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 48 nəfər yaşayır (15 ailə).
Ingenic Semiconductor
Ingenic Semiconductor — Yarımkeçirici mikroprosessorların proektləndirilməsi sahəsiində ixtisaslaşmış Çin şirkətidir. 2005-ci ildə Pekin şəhərində təsis edilmişdir. Şirkət tərəfindən istehsal edilən Jz47xx prosessorları əsasən portativ multimedia pleyerlərində, agıllı saatlarda və digər istehlak elektron avadanlıqlarında istifadə edilir. == Prosessorlar == MIPSII əmrlər dəsti/arxitekturası ilə uyğundur, 8 - səviyyəli konveyeri var, XBurst orijinal arxitekturası əsasında qurulub. Jz47 seriyası Jz4720 (240 MHz, 150 mVt) (istehsaldan çıxarılıb, tövsiyə olunan əvəzedicisi Jz4725B) Jz4725B (360 MHz, 180 mVatt) Jz4730 (336 MHz, 200 mVt) (istehsaldan çıxarılıb, tövsiyə olunan əvəzedicisi Jz4725B, Jz4755) Jz4740 (360 MHz, 200 mVt), MPEG4 dekoderi əlavə edilib (istehsaldan çıxarılıb, tövsiyə olunan əvəzedicisi Jz4725B, Jz4755) Jz4750 (360 MHz, 200 mVt), TV enkoderi əlavə edilib (istehsaldan çıxarılıb, tövsiyə olunan əvəzedicisi Jz4755) Jz4755 (400 MHz, 200 mVt), yalnız video məlumatların emalı üçün əlavə video nüvə Jz4760B (600 MHz, 250 mVt), video məlumatların emalı üçün əlavə video nüvə (528 MHz), IEEE754 FPU, 2D sürətləndirici Vivante GC200 Jz4770 (1 GHz, 250 mVt), 1080p formatlı H.264, VC-1 və VP8 videoları dekoderləmək üçün blok (köməkçi 500 MHz MIPS prosessoru SIMD əlavəsiylə), OpenGL ES 2.0 Grafik nüvəsi - Vivante GC860 (yeni hazırlamalar üçün tövsiyə edilmir, əvəzedicisi Jz4775, Jz4780) Jz4775 (1 GHz, 250 mVt), Jz4770-in sadə növü, tərkibində Jz4780 aid olan bəzi hissələr var, 2D sürətləndirici X2D Core (Vivantesürətləndiricilərinə əsaslanan) Jz4780 (1.2 GHz, 250 mVt), iki nüvəli SMP, 1080p formatlı H.264, VC-1 və VP8 videoları dekoderləmək üçün blok (köməkçi 500 MHz MIPS prosessoru SIMD əlavəsiylə), 2D Qrafik nüvə X2D Core, 3D Qrafik nüvə (PowerVR SGX 540) OpenGL ES 2.0 və OpenVG 1.1 dəstəyi ilə М seriyası М150 (1 GHz, 70 mVt), 128 MB yaddaş, videonu kodlaşdırma (H.264, D1@30fps) və dekodlaşdırma (H.264, MPEG-1/2/4, VC-1, RV9, 720P@30fps) bloku М250 (1.2 GHz, 100 mVt), iki nüvəli, daha yüksək tezlikli (1.2 GHz) və daha az enerji sərfiyyatlı (300 MHz), videonu kodlaşdırma (H.264, D1@30fps) və dekodlaşdırma (H.264, MPEG-1/2/4, VC-1, RV9, 720P@30fps) bloku vardır 2014-cü ilin I rübündən istifadəyə növbəti prosessorları tövsiyə edirlər: Jz4760B, Jz4770, Jz4775, Jz4780, M150, M200. Çip üzərində Sistemin (SoC) tərkibində olan periferiya : == İstifadəsi == Jz47xx seriyalı prosessorlardan ümumilikdə təqribən 10 milyon ədəd istehsal edilib (2008-ci ilin məlumatı) Jz4720 prosessorundan Ben NanoNote istifadə edilib. Jz4725B VOGUE 2010/12 və PlayBoy 2011/6 jurnallarında Video-in-Print modulunda istifadə edilib. Jz4730 Open Hardware layihəsi çərçivəsində buraxılan Skytone Alpha-400 və onun digər variantlarında istifadə edilib. Jz4732, faktiki olaraq Jz4740. ÇüS əsasən portativ media-pleyerlərdə, rəqəmsal foto-çərçivələrdə, GPS-avadanlıqlarda, elektron kitablarda və digər istehlak avadanlıqlarında istifadə edilib.
İgençe (Avurğazı)
İgençe (başq. Игенсе, rus. Игенче) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Türümbət kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 18 km, kənd sovetliyindən (Türümbət): 7 km. ən yaxın dəmiryol stansiyasından (Dövləkən stansiyası): 47 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (94%) üstünlük təşkil edir.
İqençe (Auırqazı)
İgençe (başq. Игенсе, rus. Игенче) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Türümbət kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 18 km, kənd sovetliyindən (Türümbət): 7 km. ən yaxın dəmiryol stansiyasından (Dövləkən stansiyası): 47 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (94%) üstünlük təşkil edir.
Genci-monoqatari
İşgəncə və Qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa Konvensiyası
İşgəncə və Qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa Konvensiyası (ing. European Convention for the Prevention of Torture and Inhuman or Degrading Treatment or Punishment) — 1987-ci ildə qəbul edilmiş və 1989-cu ildə yeddi ölkə tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minən Avropa Şurası konvensiyası. 1993-cü ildə Konvensiyanın tərkib hissəsi olaraq (Konvensiyanın bütün üzv dövlətləri tərəfindən təsdiq edildikdən sonra) Konvensiyaya dəyişikliklər edilərək qüvvəyə minən iki əlavə protokol qəbul edildi. Avropa Şurasına üzv olan 47 dövlətin hamısı konvensiyanın tərəfdarıdır və 2015-ci il üçün hər iki protokol. Konvensiya azadlıqdan məhrum edilmiş şəxslərlə pis rəftarın qarşısını almaq üçün məhkəmədənkənar bir mexanizm təmin edir. Bu mexanizm, Avropa İşgəncə və İnsani və ya Alçaldıcı Mübarizə və Cəzanın Qarşısının Alınması Komitəsinin üzvlərinin seçilmiş ölkələrə səfərlərinə əsaslanır. Komitə, Avropa Şurasına üzv dövlətlərin müvafiq orqanlarına verdiyi ətraflı tövsiyələrində, davamlı olaraq azadlıqdan məhrum edilmiş şəxslərin həbs şərtlərinin qiymətləndirilə biləcəyi bir sıra standartlar hazırlamışdır. Bu dəst polis idarələrində pis rəftara qarşı qanuni qorunma zəmanəti, həbsxanalarda saxlama şəraiti və rejimi, tutulmuş və ya məhkum mühacirlərin işgəncə və ya pis rəftarla üzləşdikləri ölkələrə geri dönməsinin qarşısını alma mexanizmləri kimi anlayışları əhatə edir. Komitənin fəaliyyəti yalnız həbsxana ziyarətləri ilə məhdudlaşmır. Komitə üzvləri şəxslərin azadlıqdan məhrum edildiyi istənilən yerə baş çəkə bilərlər.