Avropada erkən neolit dövrünə aid olan, təhminən 7000 il əvvəl işgəncə mövcudluğunun sübutu olan arxeoloji tapıntılar var.[1] Assuriya və Əhəmənilər mənbələrdə tez-tez işgəncələr qeyd olunur.[2]
Erkən orta əsrlərdə Avropada işgəncələr nadir idi, amma 1200 və 1400 illərin arasında o, daha çox işlənilirdi.[3][4][5]
XVII əsrin ərzində Avropada işgəncə hələ də qanunu idi, lakin onun işlənməsi getdikcə nadirləşirdi.[6][7] XVIII əsrdə və XIX əsrin başlanğıcında baş verən işgəncənin qanuni qadağaların qəbul olunması zamanı o, cinayət mühakiməsi sistemində artıq çox az işlənilirdi.[8][9]
Cəza məqsədilə işgəncə antik dövründən günümüzə qədər işlənilir.[10] Ədliyyə sistemlərinin qeyri-funksional olduğu və ya həbsxanalarında inanların həddən artıq çox oluğu ölkələrdə mövcud olan bir cəza üsulu polisin şübhəli şəxsləri tutması, onlara işgəncə verməsi və heç bir ittiham irəli sürmədən azadlığa buraxmasıdır.[11][12] Belə halda işgəncə polis bölməsində,[13] qurbanın evində və ya ictimai evdə tədbir oluna bilər.[14]
İşgəncə həmçinin onun birbaşa qurbanına qarşı yox, əhaliyi qorxutmaqla, hakimiyyətə müxalif olanlarının qabağını almaq üçün işlənilir.[15][16]ABŞ-də qulların qaçmasının və üsyanlarının qarşısını almaq məqsədilə işlənilirdi.[17]
İşgəncə tarix boyu saxlanılanlardan etiraf əldə etmək üçün işlənilirdi. Və əsrlər boyu buna qarşı çıxanlar var idi. Məsələn, Aristotel,[18][19] Çeare Bekkarianın[20][21] işgəncənin etiraf almaq məqsədilə tədbiq olunmasına qarşı yazıları var.
Dinləndirmə zamanı məlumat əldə etmək üçün işgəncənin işlədilməsi nisbətən nadirdir.[22] Dinləndirmə işgəncəsi konvensional müharibələrdə də işlənilir, amma o daha çox assimetrik və vətəndaş müharibələrində işlənilir.[23]
Hazırda, beynəlxalq hüquqda işgəncənin qadağası imperativ norma (jus cogens) kimi qəbul olunub. Bu o deməkdir ki, o bütün dövlətlər üçün bütün şəraitlərdə qadağandır.[24][25]
Beam, Sara. Violence and Justice in Europe: Punishment, Torture and Execution // The Cambridge World History of Violence: Volume 3: AD 1500–AD 1800. Cambridge University Press. 2020. 389–407. ISBN978-1-107-11911-6.
Rejali, Darius. The Field of Torture Today: Ten Years On from Torture and Democracy // Interrogation and Torture: Integrating Efficacy with Law and Morality. Oxford University Press. 2020. 71–106. ISBN978-0-19-009752-3.
Saul, Ben; Flanagan, Mary. Torture and counter-terrorism // Research Handbook on International Law and Terrorism (ingilis). Edward Elgar Publishing. 2020. 354–370. ISBN978-1-78897-222-2.