Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Palitra
Palitra (ing. palette) – 1. Rəsm proqramlarında və ya qrafik redaktorlarda: mümkün rənglər toplusu. Palitranın rənglər toplusu kompüterin aparat təminatının imkanları ilə müəyyən olunur (o, ilk növbədə monitorun və videoadapterin xarakteristikalarından asılı olur). Bəzi rənglər “hazır” verilir, qalanlarını isə özünüz ala bilərsiniz. Bəzi proqramlarda palitrada obyektlərin içərisini doldurmaq üçün naxışlar, müxtəlif növ çərçivələr (qıraqlar), çeşidli rəsm alətləri də olur. 2. Rənglər cədvəlinin konkret anda ekranda əks etdirilə bilən rəngləri müəyyən edən altçoxluğu. Palitradakı rənglərin miqdarı bir pikseli göstərmək üçün istifadə olunan bitlərin miqdarı ilə müyyən olunur. Məsələn, 4 bitlə göstərilən piksel 16 rəngdən biri ola bilər.
Fabrizio Kaliqara
Fabrizio Kaliqara (12 aprel 2000-ci ildə ildə anadan olub) — İtaliya A Seriyası təmsilçilərindən olan Yuventus klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar İtaliya futbolçusudur. == Klub karyerası == Kaliqara Yuventus akademiyası vasitəsilə inkişaf etmişdir. O, öz peşəkar karyerasında debütünü 12 sentyabr 2017-ci ildə UEFA Çempionlar Liqasında Barselona klubuna qarşı oyunda etmişdir. O, 87-ci dəqiqədə Qonzalo İquaini əvəz etmişdir. Həmin görüşdə Yuventus rəqibinə 3-0 hesabı ilə məğlub olmuşdur. == Milli karyerası == Kaliqara İtaliya millisinin U-16, U-17 və U-19 millilərində çıxış etmişdir.
Kalistrat Saliya
Kalistrat Saliya (gürc. კალისტრატე სალია; 26 avqust 1901, Tsalencixa, Rusiya imperiyası – 25 iyul 1986, Paris, Fransa) — Fransada fəaliyyət göstərmiş Gürcüstan alimi, kartveloloqu və tarixçisi. == Həyatı == Saliya 1901-ci il iyulun 18-də Gürcüstanın qərbində, Minqreliyada anadan olmuşdur. Zuqdidi və Xaşuridə oxumuş, sonra 1920-ci ildə Tiflis Universitetinə daxil olmuşdur. 1921-ci ildə Gürcüstan sovetlər tərəfindən işğal edildikdən sonra Almaniyaya getmiş və orada Berlin Universitetinin Alman Dili İnstitutunda təhsil almışdır. 1924-cü ildə Fransaya köçmüş və 1927-ci ildə Paris Universitetini bitirmişdir. 1948-ci ildə həyat yoldaşı Nino Saliya ilə birlikdə kartvelologiyaya həsr olunmuş "Bedi Kartlisa" jurnalını təsis etmişdir. O, Gürcüstanın tarixi və ədəbiyyatı ilə bağlı bir sıra elmi əsərlər nəşr etdirmiş və xarici ensiklopediyalar üçün Gürcüstanla bağlı yazılar yazmışdır.
Belaya Kalitva
Belaya Kalitva — Rusiya Federasiyasında yerləşən şəhər. Rostov vilayətinə daxildir.
Palitra (qəzet)
Palitra — 2013-cü ildən etibarən çap olunan gündəlik qəzet. == Tarix == Müstəqil ictimai-siyasi qəzet olan "Palitra" 14 sentyabr 1999-cu il tarixində dövlət qeydiyyatından keçib. İlk baş redaktoru Azər Sarıyev olub. Təsisçisi K. R. Əliyevadır. Qəzet 1999–2012-ci illərdə həftədə üç dəfə olmaqla müntəzəm nəşr olunub. 2013-cü ilin əvvəlindən başlayaraq həftədə 5 dəfə nəşr olunmaqla gündəlik qəzet kimi fəaliyyət göstərir. Qəzetin online variantı "palitranews.az" saytıdır. Namiq Əliyev 2003-cü ildən baş redaktordur.
İvan Kalita
İvan Daniloviç Kalita (rus. Ива́н Дани́лович Калита́; 1288, 1304 və ya 1 noyabr 1288, Moskva, Böyük Moskva Knyazlığı – 31 mart 1340, 31 mart 1341, 13 mart 1341 və ya 31 mart 1340, Moskva, Böyük Moskva Knyazlığı) — Böyük Moskva knyazlığının knyazı (1325-1340), Daniil Aleksandroviçin oğlu. İvan Daniloviç özünün "Kalita" (yəni pul kisəsi) ləqəbini müxtəlif versiyalara görə yoxsullara qarşı səxavətinə və ya qənaətcilliyinə görə almışdır. Gəncliyində Yurinin Tver ilə böyük hökmranlıq uğrunda mübarizəsində iştirak etmiş, qardaşının ölümündən sonra o, Kolomna və Mojaysk ilə Moskva çayı hövzəsini daxil edən Moskva knyazlığını miras almışdı. İvan Kalita 1327-ci il anti-Orda Tver üsyanından istifadə etdi: Qızıl Orda xanı Özbək, əvvəllər Tverli Aleksandr Mixayloviçə həvalə edilmiş böyük hökmranlığa nəzarəti ona verdi. Sonrakı illərdə Özbəyin dəstəyinə arxalanan İvan Daniloviç hakimiyyətini xeyli gücləndirə bildi. Böyük knyazlığın müvəqqəti olaraq iki yerə bölünmüş ərazisi 1331-ci ildə yenidən birləşdirildi; Kalita digər rus knyazlıqlarında Orda üçün xərac toplamaq fürsəti əldə etdi və bundan təsirini genişləndirmək və xəzinəsini doldurmaq üçün istifadə etdi. Eyni məqsədlə o, xanədan nikahlarına girdi, volostları və kəndləri aktiv şəkildə satın aldı. Mənbələrdə “Kalitanın aldığı” ərazilər kimi Uqlitskoye, Qaliç-Merskoye və Belozerskoye knyazlıqları qeyd edilir, lakin onların Moskvadan asılılığının nədən ibarət olduğu aydın deyil. 1339-cu ildə Kalita əsas düşməni Tver knyazı Aleksandr Mixayloviçin Ordada edam edilməsinə nail oldu ki, bu da Moskvanın Tver üzərində son qələbəsi demək idi.
Palitra ilə avtoportret
Palitra ilə avtoportret (fr. Portrait de soi avec la Palette) — Fransız boyakarı Pol Sezannın məşhur avtoportretlərindən biridir. Əsər İsveçrənin Sürix şəhərində yerləşən E.G.Bührle fonduda saxlanılır.