Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Karsinoid sindromu
Karsinoid sindrom az-az rast gəlinən xərçəng növü olan karsinoid şişlərin (sarımtıl və dairəvi formalı) bəzi maddələri (serotonin, morilin, prostoqlandinlər və s.) qana ifraz etməsi nəticəsində formalaşır. Karsinoid şişlər ən çox mədə-bağırsaq traktında, ağciyərlərdə, bəzən isə yumurtalıqlarda rast gəlinir. Mədə-bağırsaq traktında karsinoid şişlər daha çox soxulcanabənzər (appendikulyar) çıxıntı, nazik bağırsaqlar və düz bağırsaqda rast gəlinir. == Əlamətləri == Karsinoid şişlər yavaş-yavaş inkişaf etdikləri üçün ilk dövrlər əlamətsiz olurlar və bu üzdən aşkarlana zaman böyük həcmdə olurlar. Bəzən elə olur ki, başqa səbəbdən aparılan müayinə zamanı təsədüfən aşkarlanır. Karsinoid sindrom zamanı aşağıdakı əlamətlər yara bilir: Dərinin qırmızı rəng alması. Dərinin qırmızı rəng alması (fərqli intensivlikdə) epizodik olur və 30 saniyədən 30 dəqiqəqə qədər çəkə bilir. Dərinin qizarması adətən heç bir təhrikedici faktor olmadan əmələ gələ bilir. Amma bəzən yemək və ya alkoqol qəbulundan sonra meydana çıxır. Üz dərisində zədələnmələr.
Hepatosellular karsinoma
Hepatosellular xərçəng (HSX) — hepatositlərdən inkişaf edən, qaraciyərin ən çox rast gələn birincili bəd xassəli şişi olub, birincili xərçəngin 80%-ni təşkil edir. Sənaye ölkələrində bütün şişlər arasında 0,2–0,8%, bitki qidaları çox istifadə edilən ölkələrdə isə, 5,5–20% hallarda rast gəlir. Ən çox 60–70 yaşlarında və kişilərdə (qadınlardan 2,5 dəfə çox) rast gəlir. Yüksək riskli ölkələrdə isə, daha çox 30–40 yaşlarında müşahidə edilir.