Karsinoid sindrom az-az rast gəlinən xərçəng növü olan karsinoid şişlərin (sarımtıl və dairəvi formalı) bəzi maddələri (serotonin, morilin, prostoqlandinlər və s.) qana ifraz etməsi nəticəsində formalaşır. Karsinoid şişlər ən çox mədə-bağırsaq traktında, ağciyərlərdə, bəzən isə yumurtalıqlarda rast gəlinir. Mədə-bağırsaq traktında karsinoid şişlər daha çox soxulcanabənzər (appendikulyar) çıxıntı, nazik bağırsaqlar və düz bağırsaqda rast gəlinir.
Karsinoid şişlər yavaş-yavaş inkişaf etdikləri üçün ilk dövrlər əlamətsiz olurlar və bu üzdən aşkarlana zaman böyük həcmdə olurlar. Bəzən elə olur ki, başqa səbəbdən aparılan müayinə zamanı təsədüfən aşkarlanır. Karsinoid sindrom zamanı aşağıdakı əlamətlər yara bilir:
Karsinoid şişlər neyroendokrin sistemin hüceyrələrindən inkişaf edir və seretonin sintezi ilə səciyyələnir. Karsinoid sindromun formalaşmasında məhz seretonin yüksək miqdarda sentezi böyük rol oynayır. Bəzən serotonin 50-100 dəfə çox ifraz edilir.
Qeyd etmək lazımdır ki, karsinoid şişlərin heç də hamısı karsinoid sindrom törətmir. Bir çox hallarda qaraciyər karsinoid şişlərin ifraz etdiyi maddələri uğurla xaric edir və onların təsirini minimuma endirir. Karsinoid sindromu olan insanların çoxunda artıq qaraciyərdə metastaz qeyd edilir.
Ağciyərdə olan karsinoid şişlərin karsinoid sindrom törətməsi üçün şişin elə də böyük olması gərəkmir. Əgər bağırsaqlarda olan karsinoid şişlərdən sintez olunan maddələr qana daxil olaraq qaraciyərdən keçməlidirlərsə, ağciyərdə bu baş vermir. Odur ki, hətta kiçik şişlər belə karsinoid sindrom törədə bilər.
Karsinoid sindrom aşağıdakı xəstəliklərin yaranması riskini artırır:
Əgər sizdə yuxarıda sadalanan əlamətlərdən biri, xüsusilə də bir neçəsi birgə qeyd olunursa mütləq həkimə müraciət edin.
Həkim sizə aşağıdakı müayinələri təklif edə bilər:
Karsinoid sindromun müalicəsi onun əsında dayanan şişin müalicəsi deməkdir. Ən effektiv müalicə üsulu cərrahi yolla şişin çıxarılmasıdır. Əgər cərrahi əməliyyat mümkün deyilsə bu zaman xərçəng əleyhinə bəzi məlum konservativ tədbirlər həyata keçirilməlidir. Bunlara Sandostatin təyini, immun sistemin gücləndirilməsi, şişi qidalandıran damarın embolizasiyası, kimyaterapiya və s.-ni aid etmək olar.