Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kişniş
Keşniş (lat. Coriandrum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Kişnəyən yaşılağacdələn
Adi yaşıl ağacdələn (lat. Picus viridis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin ağacdələnkimilər dəstəsinin ağacdələnlər fəsiləsinin yaşıl ağacdələn cinsinə aid heyvan növü. == Yarımnövləri == P. v. viridis Linnaeus, 1758 P. v. karelini J. F. Brandt, 1841 P. v. sharpei (Saunders, 1872) P. v.
Kissəyi Səncan
Kissəyi Səncan (fars. قصه سنجان‎, qüc. કિસે સનજાન/કિસ્સા-એ-સંજાણ ; hərf. Səncan hekayəsi) — Hindustan yarımadasındakı zərdüşti köçkünlərin erkən illərinə dair hesabat. Bu, ilk dəfə b.e. 1599-cu ildə parsi keşişi Bəhmən Keyqubad yazmışdır. Mətn ümumiyyətlə orada təsvir olunan hadisələrin yeganə povesti kimi qəbul edilir və parsi icmasının bir çox üzvləri epik poemanı öz əcdadlarının dəqiq hesabatı kimi qəbul edirlər. Hesabat Böyük Xorasandan başlayır və mühacirlərin indiki Hindistanın qərb sahilində yerləşən Qücərat şəhərinə səyahətindən bəhs edir. Ən uzun olan birinci fəsil Səncanda od məbədinin qurulması və sonradan onların nəslinin dağılması ilə başa çatır. Sonrakı fəsillərdə əsərdə yadelli işğalçıları dəf etmək istiqamətində uğurlar, daha sonra həmin istiqamətdə uğursuzluqlar və zərdüştilərin sonrakı təxliyəsini nəql edir. Hesabat "Varharan atəşi"nin Navsariyə çatdırılması ilə bağlı bir fəsillə bağlanır.
Kinesis ergonomik klaviaturası
Kinesis ergonomic keyboard ~ эргономичная клавиатура Kinesis ~ Kinesis ergonomik klavyesi ~ Kinesis ergonomik klaviaturası – işdə rahatlıq yaratmaq məqsədi ilə (məsələn, təkrarlanan rahat olmayan hərkətləri aradan qaldırmaqla) layihələndirilmiş klaviatura. Belə klaviaturanı proqramlaşdırmaq olar: əməliyyat sisteminin və ya tətbiqi proqramların imkanlarından istifadə etmədən klavişlərin təyinatını dəyişdirmək və onlara makros mənimsətməklə klaviaturanın öz yaddaşında saxlamaq olar. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. == Xarici keçidlər == Contoured keyboard page on the Kinesis site. Jamie Zawinski on keyboards and other ways of dealing with wrist pain. An in-depth review.
Uolt Disneyin qazandığı və namizəd olduğu "Oskar" mükafatlarının siyahısı
Amerikalı rəssam-multiplikator, kinoprodüser və "The Walt Disney Company" şirkətinin yaradıcısı Volt Disney öz karyerası ərzində toplam olaraq, iyirmi altı "Oskar" mükafatı əldə edib. Hazırda "Oskar" mükafatını ən çox qazanmış, həmçinin mükafata ən çox namizəd olmuş şəxs rekordu Disneyə məxsusdur. Disney qazandığı və namizəd olduğu bütün "Oskar" mükafatlarını prodüser qismində əldə edib. Disney özünün birinci "Oskar"ını ("Güllər və ağaclar" filminə görə "Ən yaxşı qısametrajlı animasiya filmi" kateqoriyasında) və Kinematoqrafiyaya verdiyi töhfələrə görə Akademiyanın xüsusi mükafatını (Mikki Maus personajını yaratdığı üçün) 1932-ci ildə baş tutmuş 5-ci Oskar mükafatı mərasimində əldə edib. Disneyin işləri — "Üç donuz balası", "Tısbağa və Dovşan", "Üç kimsəsiz pişik balası", "Kənd əmioğlusu", "Köhnə dəyirman", "Öküz Ferdinand" və "Çirkin ördək balası" mükafatlandırmanın sonrakı altı mərasimində (6-cı — 12-ci) "Ən yaxşı qısametrajlı animasiya filmi" kateqoriyasında qalib olublar. Sonralar Disney Akademiyanın daha üç xüsusi mükafatını qazanıb: birini 1939-cu, ikisini isə 1942-ci ildə. 1954-cü ildə baş tutmuş 26-cı "Oskar" mükafatının təqdimetmə mərasimində Disneyin işləri təqdim edilmiş bütün kateqoriyalarda qalib olublar: "Ən yaxşı qısametrajlı animasiya filmi", "Ən yaxşı qısametrajlı canlı hərəkət filmi", "Ən yaxşı tammetrajlı sənədli film" və "Ən yaxşı qısametrajlı sənədli film". Prodüser Akademiyadan sonuncu mükafatını ölümündən sonra, 1969-cu ildə "Vinni Pux və qayğılar günü" cizgi filminə görə qazanıb. == Müsabiqə əsasında "Oskar" == == Xüsusi "Oskar" mükafatları == == İstinadlar == == Xarici keçidlər == Volt Disneyin qazandığı və namizəd olduğu "Oskar" mükafatlarının siyahısı — IMDb səhifəsi "Volt Disney" (ingilis). AllMovie.com saytında.
Volt Disneyin qazandığı və namizəd olduğu "Oskar" mükafatlarının siyahısı