ÖTÜŞMƏK₁

qarş.
1. Ötüb keçmək (çoxları haqqında).
Oradan sürətlə ötüşdük. M.S.Ordubadi.
[Ovçular] da mümkün qədər səs-küysüz ötüşməyə çalışırlar. M.Rzaquluzadə.

2. Gəlib-keçmək, ötmək.
Ötüşdü aylar, illər, evləndik o da, mən də; Ayağımız kəsildi bir-birinin evindən. S.Rüstəm.

// Keçib-getmək, uzaqlaşmaq.
Buralardan yüyür, tez ötüş barı; İlxının kişnəyir ayğır atları. A.Səhhət.

3. Yüyürməkdə, qaçışda yarışmaq, birbirini ötməyə çalışmaq.
Yığıb çantalara yerdən-yemişdən; Yolda gah yüyürüb, gah ötüşərdik. S.Vurğun.

4. Birtəhər yaşamaq, güzəran keçirmək, keçinmək, dolanmaq. Çətinliklə ötüşmək.
– Ailə isə pendir, çörək və bu kimi şeylərlə ötüşürdü. M.S.Ordubadi.

Синонимы

  • ÖTÜŞMƏK 1. ÖTÜŞMƏK Yığıb çantalara yerdən-yemişdən; Yolda gah yüyürüb, gah ötüşərdi (S.Vurğun); QAÇIŞMAQ Uşaqlar
  • ÖTÜŞMƏK yarışmaq — qaçışmaq — çapışmaq
  • ÖTÜŞMƏK yaşamaq — dolanmaq
  • ÖTÜŞMƏK oxumaq — civildəmək

Омонимы

  • ÖTÜŞMƏK ÖTÜŞMƏK I f. Yarışmaq, qaçışmaq. Yığıb çantalara yerdən-yemişdən; Yolda gah yüyürüb, gah ötüşərdik (S
ÖTÜŞMƏK₂
ÖVC

Значение слова в других словарях