Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Koalisiya
Alyans (ittifaq) və ya Müttəfiqlik xalqlar, qruplar və ya suveren dövlətlər arasında ümumi fayda təmin edəcək qarşılıqlı maraqlara əsaslanan münasibətlərdir. Bu əlaqələr gizli və ya açıq formada həyata keçirilə bilər. Hər bir ittifaq üzvü müttəfiq adlandırılır. Müxtəlif növ ittifaqlar, o cümlədən də hərbi ittifaqlar, kommersiya ittifaqları və siyasi ittifaqlar yaratmaq mümkündür. Müharibə və hərbi döyüş məsələlərində terminoloji olaraq alyans sözü istifadə edildiyi zaman, Müttəfiq qüvvələri, həm də bu qüvvələrin bölmələrini ifadə edir. I Dünya müharibəsi və eyni zamanda da İkinci dünya müharibəsindən bəhs edən hekayələr zamanı bu terminologiyadan istifadə olunur. Rəsmi olaraq hər hansısa bir hərbi alyans yaratmaq üçün ümumi bir düşmənə qarşı birgə döyüşəcək müttəfiqlərə ehtiyac yoxdur, bunlardan birinin yanında müharibəyə girməkdə kifayətdir. Müttəfiqlik sözünün hərbi mənada istifadəsi zamanı müharibə başlamamışdan əvvəlki müttəfiqlik münasibətləri deyil, münaqişə nəticəsində bir ittifaqın yaradılması əsasdır. Cümlə daxilində böyük "i" hərfi ilə yazılan ittifaq (İttifaq) sözü ümumiyyətlə Birinci Dünya Müharibəsində Müttəfiq Dövlətlərlə müharibə aparmış olan İttifaq dövlətlərini ifadə edir. Eyni məna ilə nəzərdən keçirildiyi zaman, böyük "m" hərfi ilə yazılan müttəfiq (Müttəfiq) sözü də İkinci Dünya Müharibəsi zamanı Berlin-Roma-Tokio oxu dövlətlərinə qarşı mübarizə aparmış olan Müttəfiq qüvvələrini ifadə edir.
Beşinci Koalisiya müharibəsi
V Koalisiya müharibəsi — Beşinci Koalisiya, 1809-cu ildə Avstriya İmperatorluğu və Birləşmiş Krallığın Fransız İmperatorluğu və Bavariyaya qarşı qurduğu koalisiya müharibəsidir. Müharibə Avstriya və Fransa arasında gedərkən hər iki tərəfdən müttəfiqlər müharibəyə daxil oldular və Avstriya koalisiya heyəti qurarkən, Napoleon da Ren Konfederasiyasını təşkil etdi. Hal-hazırda Yarımada Müharibəsi davam edərkən Avropada yerləşən Britaniya, Avstriyalıları əmin etmək üçün Hollandiya Krallığına bir səfər təşkil etdi; ancaq bu cəhd münaqişənin sonununa təsir etmədi. Bavariyada və Tuna Vadisində münaqişələr davam edərkən, müharibə iyul ayının başlanğıcında Vaqram Müharibəsindəki qanlı mübarizədən sonra Fransızlar üçün müsbət nəticə verdi. Bu müharibə Fransanın Avstriyaya tətbiq etdiyi ən sərt mübarizə idi. Şönbrun müqaviləsi ilə münaqişə sona çatsa da İngiltərə, İspaniya və Portuqaliya davam edən Yarımada Müharibəsində Fransa ilə müharibədə şəraitində qaldı. 1812-ci ildə Napoleonun, Rusiyanı işğal edənə qədər Orta və Şərqi Avropada sülh şəraiti vardı, bu da 1813-cu ildə Altıncı Koalisiyanın qurulmasına yol açdı.
Radikal Sol Koalisiya
Radikal Sol Koalisiya (yun. Συνασπισμός Ριζοσπαστικής Αριστεράς, qısa SYRIZA kimi tanınır) - Yunanıstanda fəaliyyət göstərən sosialist siyasi partiyası. 2015-ci ilin əvvələrində Yunanıstanda keçirilən parlament seçkilərinin ardından, partiya ölkə parlamentində 300 yerdən 149-una sahib çıxaraq hakimiyyətə gəlmişdir. Partiya üç müxtəlif qrupun birləşməsi ilə Synaspismós adlı sol siyasi hərəkatı yaradılmış və daha sonra hərəkat Radikal Sol Koalisiya adı altında birləşmişdir. Synaspismós hərəkatının əsas liderlərindən olan Aleksis Tsipras hal-hazırda SYRIZA partiyasının rəhbəri vəzifəsini icra edir.
VI Koalisiya müharibəsi
Altıncı Koalisiya müharibəsi — koalisiya dövlətləri Avstriya, Prusiya, Birləşmiş Krallıq, Portuqaliya, İsveç və bir neçə Almaniya dövləti Fransaya qarşı savaşırdı. Savaşın nəticəsində Fransa məğlub oldu və Napoleon Bonapart Elba adasına sürgün edildi. Napoleonun Rusiyaya uğursuz nəticələnən səfərindən sonra kontinental qüvvələr olan Birləşmiş Krallıq, Portuqaliya və İspan qiyamçıları Rusiyanın yanında yer aldılar və Fransaya qarşı savaşdılar. Ordularını yenidən nizamlayan koalisiya qüvvələri 1813-cü ildə Napaleonu Almaniyadan çıxartdılar, 1814-cü ildə Fransanı işğal etdilər, Napaleonu taxtdan çəkilməyə məcbur etdilər və Burbon restavrasiyasını həyata keçirdilər. VI Koalisiya müharibsində Lützen, Bautzen, Drezden və Leypsiq yaxnlığındakı Xalqlar döyüşləri savaşları daxildir. Leypsiq savaşı Avropada Birinci Dünya Müharibəsindən öncə baş vermiş ən böyük müharibədir. Napoleonun Almaniya və Rusiyada həyata keçirdiyi uğursuz səfərlər onun devrilişinin toxumlarını səpdi. Müttəfiqlər Parisi işğal edərək onu taxtdan saldılar. Napoleon Parisə yürüş etmək qərarına gəldi. Onun əsgər və zabitləri döyüş üçün istəkli, arzulu idilər.
Üçüncü koalisiya müharibəsi
Üçüncü koalisiya müharibəsi — bir tərəfdən Fransa, İspaniya, Bavariya və İtaliya, digər tərəfdən Avstriya, Rusiya, Böyük Britaniya, İsveç və Neapol krallığı və digərlərinin daxil olduğu üçüncü antifransız koalisiya arasında 1805-ci ildə baş vermiş müharibə. == Tarixi == 1804-cü ildə imperator Napoleon Bonapart ona qarşı bütün bu koalisiyaların başında İngiltərənin dayandığını bilirdi. Böyük bir donanma və güclü bir ordu təşkil edərək İngiltərəni zəbt etmək və bu problemi həll etməyi planlaşdırırdı. Lakin Napoleon bu planı təxirə salmalı oldu. Çünki 1805-ci ildə Fransaya qarşı növbəti koalisiya yaradılmaqda idi. 1805-ci ildə Rusiya və Böyük Britaniya üçüncü koalisiyanın əsasını qoymuş Peterburq ittifaq müqaviləsi imzalamışdı. Məqsəd Fransanı 1792-ci il sərhədlərinə qaytarmaq idi. Həmin il Böyük Britaniya, Avstriya, Rusiya, Neopolitan krallığı və İsveç Fransaya və onun müttəfiqi İspaniyaya qarşı üçüncü koalisiya yaratdılar. Prussiya III Koalisiyaya qoşulmur. Əksinə Bavariya, Vittenberq və Baden Bonapartın müttəfiqinə çevrilirlər.
İraqda beynəlxalq koalisiya qüvvələri
İraqda beynəlxalq koalisiyası (orijinalda: ing. "Coalition of the willing") — Amerika Birləşmiş Ştatların təşəbbüsü ilə yaradılmış və ABŞ-ın 2003-cü ildə İraqa müdaxiləsini (İraq müharibəsi) həm siyasi, həm də silahlı qüvvələr ilə dəstəkləyən dövlətlərin alyansı. Koalisiyanın adı C. Buşun İraqın da daxil olduğu "şər oxu" ifadəsinin əksidir. Koalisiyaya daxil olan dövlətlərin dəqiq sayı məlum deyil — bəziləri bunu ictimailəşdirmək istəmir, bəziləri bunu inkar edir. == Koalisiya üzvləri == 2004-cü il prezident seçkiləri ərəfəsində teledebat zamanı Buşun rəqibi Con Kerri deyib ki, Buş administrasiyası İraq müharibəsindən əvvəl yalnız iki ölkənin — Böyük Britaniya və Avstraliyanın dəstəyini ala bilərək geniş beynəlxalq koalisiya yarada bilmir. Buna cavab olaraq Buş "Siz Polşanı unutmusunuz" ifadəsini səsləndirdi, bu da Kerrinin arqumentini təkzib etmək əvəzinə, əslində təsdiqlədi. ABŞ-ın məlumatına, koalisiyanın yaradılması zamanı onun tərkibinə 49 dövlət daxil idi: Avstraliya, Azərbaycan, Albaniya, Anqola, Əfqanıstan, Bolqarıstan, Birləşmiş Krallıq, Macarıstan , Honduras, Gürcüstan, Danimarka, Dominikan Respublikası, İslandiya, İspaniya, İtaliya, Qazaxıstan, Kolumbiya, Kosta Rika, Cənubi Koreya, Küveyt, Latviya, Lithull adaları, Mikroneziya, Monqolustan, Hollandiya, Nikaraqua, Palau, Panama, Polşa, Portuqaliya, Ruanda, Rumıniya, El Salvador, Şimali Makedoniya, Sinqapur, Slovakiya, Solomon adaları, ABŞ, Tonqa, Türkiyə, Uqanda, Uqanda, Ukrayna, Filippin Respublikası, Estoniya, Efiopiya, Yaponiya .
Həmkarlar İttifaqı və Sosialist Koalisiya
Həmkarlar İttifaqı və Sosialist Koalisiya (ing. Trade Unionist and Socialist Coalition), qısa TUSC kimi tanınır, – Britaniyada mövcud olan siyasi partiya.