Üçüncü koalisiya müharibəsi — bir tərəfdən Fransa, İspaniya, Bavariya və İtaliya, digər tərəfdən Avstriya, Rusiya, Böyük Britaniya, İsveç və Neapol krallığı və digərlərinin daxil olduğu üçüncü antifransız koalisiya arasında 1805-ci ildə baş vermiş müharibə.
Üçüncü koalisiya müharibəsi | |
---|---|
Tarix | dekabr 1804 |
Yeri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
1804-cü ildə imperator Napoleon Bonapart ona qarşı bütün bu koalisiyaların başında İngiltərənin dayandığını bilirdi. Böyük bir donanma və güclü bir ordu təşkil edərək İngiltərəni zəbt etmək və bu problemi həll etməyi planlaşdırırdı. Lakin Napoleon bu planı təxirə salmalı oldu. Çünki 1805-ci ildə Fransaya qarşı növbəti koalisiya yaradılmaqda idi.
1805-ci ildə Rusiya və Böyük Britaniya üçüncü koalisiyanın əsasını qoymuş Peterburq ittifaq müqaviləsi imzalamışdı. Məqsəd Fransanı 1792-ci il sərhədlərinə qaytarmaq idi. Həmin il Böyük Britaniya, Avstriya, Rusiya, Neopolitan krallığı və İsveç Fransaya və onun müttəfiqi İspaniyaya qarşı üçüncü koalisiya yaratdılar. Prussiya III Koalisiyaya qoşulmur. Əksinə Bavariya, Vittenberq və Baden Bonapartın müttəfiqinə çevrilirlər.
Napoleon ilk olaraq Avstriya üzərinə yürüş edir. Döyüş Napaleon Bonapartın komandanlığı ilə fransız və general Karl Makkanın rəhbərliyi altında avstriya ordusunu arasında Ulm yaxınlığında 1805-ci ildə baş vermişdir. sentyabrın 24-də general Karl Makka Strasburq və Vaysenburqom arasında öz qoşunları yerləşdirdi. Napoleon isə Makkın sağ cinahını ələ keçirmək və bununla rus ordusunun avstriya ordusuna kömək göstərməsinin qarşısını almaq istəyirdi. Bu haqda məlumat əldə edən Makka 7 oktyabrda ordunun düzülüşü dəyişdirdi, sağ cinahı Ulm ərazisində, sol cinahı Raynda yerləşdirdi. Ancaq fransızlar hərəkəti davam etdirərək, Dunay vasitəsilə Noyburqa daxil oldular. Çətin vəziyyətdən çıxmağa çalışan Makka Qyunsburqa keçməyə çalışdı, amma fransızların 6-cı korpusu ilə toqquşdu. 2000 əsgər döyüşdə itirib, Ulma geri çəkildi. 6 oktyabrda Napoleon Ulm yaxınlığında bütün avstriya ordusunu mühasirəyə almağı bacardı. Döyüş Avstriyanın ağır məğlubiyyəti ilə nəticələndi Avstriyalıların itkisinə gəldikdə 10 000 nəfər öldürülmüş, 20 000 nəfər döyüş meydanından qaçmaqla canlarını qurtarmışlar. Fransızların da itkisi az deyildi. Yaralı və ölü sayısı 6 000dən çox idi. Beləliklə, Vyanaya yol açılmış olur. 13 noyabrda döyüşsüz Vyana alınmış olur.