Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lefkoşa
Nikosiya ya da Lefkoşa — Kipr Respublikasının və Şimali Kipr Türk Respublikasının paytaxtı. Dünyanın sonuncu bölünmüş paytaxt şəhəri hesab olunur. Əhalisi 97.700 nəfərdir (türk tərəfi — 49 868, yunan tərəfi — 47 832). Şəhər Mesoariya düzənliyində 150 metr hündürlüklü Pedisos çayı sahilində yerləşmişdir. Kipr yunanlarının Nikosiya, Kipr türklərinin Lefkoşa adlandırdıqları şəhərdə 200 mindən bir qədər artıq adam yaşayır. Əlverişli mövqeyi olan şəhər böyük nəqliyyat qovşağıdır. Dəmir və avtomobil yolları Nikosiyadan ölkənin hər tərəfinə çəkilmişdir. Şəhərin yaxınlığında beynəlxalq dərəcəli aeroport fəaliyyət göstərir. == Tarixi == Nikosiya Kiprin əsas iqtisadi, siyasi mədəni mərkəzidir. Şəhərdə metal emalı, dəri-ayaqqabı, toxuculuq, yeyinti, poliqrafiya sənaye müəssisələri fəaliyyət göstərir.
Leykoz
Leykoz, leykemiya və ya ağ qan xəstəliyi — sümük iliyi xəstəliyi olub, qan hüceyrələrinin, əsasən ağ qan hüceyrələrinin çoxalması ilə nəticələnən qan xərçəngi xəstəliyi. Qanın tərkibində sağlam leykositlərin, eritrositlərin və trombositlərin kəskin azalması baş verir. Bu bəla xalq arasında "ağ qan qırmızı qanı yeyir" ifadəsi ilə məşhurdur. Uşaq yaşlarında xərçəng xəstəliyinə tutulanların 35%-i leykoz xəstələridir. Leykozlarda onların formasından asılı olaraq, qanyaradıcı üzvlər, ilk növbədə, sümük iliyi, qaraciyər, dalaq, limfatik düyünlər və başqa üzvlərdəki letikulo-endoteli toxuması zədələnir. Xəstəlik zamanı qırmızı qanın törənməsi də pozulur, ona görə leykozun təxminən bütün formalarında bu və ya başqa dərəcədə anemiyaya rast gəlmək olar. Həmçinin qandakı eritrositlərin orqanizmdə yaranması zamanı və trombositlərdə zəifləmə nəticəsində qanı qatılaşdıran hüceyrələrdə azalma müşahidə olunur. Xəstəliyin kəskin dövründə qırmızı qan kürəciklərinin miqdarında azalma o dərəcəyə çatır ki, qanda ağarma baş verir. Qanda bu və ya başqa ağ qan elementlərinin üstünlüyündən asılı olaraq leykozlar limfoleykoza (limfatik elementlər), mieloleykoza (sümük iliyi elementləri) və retikulendotelioza (qanda ağ qan kürəciklərinin çoxluğu) ayrılır. Limfeleykozda çox vaxt bədxassəli qanazlığının əlamətləri görünür.
Şimali Lefkoşa
Şimali Nikosiya və ya Şimali Lefkoşa (türk. Kuzey Lefkoşa; yun. Βόρεια Λευκωσία) — Şimali Kipr Türk Respublikasının paytaxtı. 2006-cı ilin məlumatına görə, Şimali Lefkoşa şəhərinin əhalisi 49.868 nəfərdir. Bir çox və mühüm mağazalar, müasir ticarət mərkəzləri, restoranlar Şimali Lefkoşada yerləşib.
Likoma (mahal)
Likoma — Afrika ölkəsi olan Malavinin 28 mahalından biri. Şimal bölgəsinə aiddir. == Coğrafiya == Likoma ölkənin üç bölgəsindən biri olsan Şimal bölgəsinə aiddir. Mahalın mərkəz şəhəri mahalla eyni adı daşıyan Likoma şəhəridir. Mahal Malavi gölündə bir-birilərindən 10 km aralıqda yerləşən Likoma və Çizumulu adalarından ibarətdir. Sahəsinə görə ölkənin ən kiçik mahalıdır. Malavi gölünün Mozambik hakimiyyəti altında olan hissəsində yerləşən bu adalar Malavinin başqa ölkə sərhədlərində yerləşən ərazisi sayılır. == Əhali == Likoma mahalında 10,445 nəfər yaşayır.
Likoma dairəsi

Lefkoşa, Şimali Kipr
Nikosiya ya da Lefkoşa — Kipr Respublikasının və Şimali Kipr Türk Respublikasının paytaxtı. Dünyanın sonuncu bölünmüş paytaxt şəhəri hesab olunur. Əhalisi 97.700 nəfərdir (türk tərəfi — 49 868, yunan tərəfi — 47 832). Şəhər Mesoariya düzənliyində 150 metr hündürlüklü Pedisos çayı sahilində yerləşmişdir. Kipr yunanlarının Nikosiya, Kipr türklərinin Lefkoşa adlandırdıqları şəhərdə 200 mindən bir qədər artıq adam yaşayır. Əlverişli mövqeyi olan şəhər böyük nəqliyyat qovşağıdır. Dəmir və avtomobil yolları Nikosiyadan ölkənin hər tərəfinə çəkilmişdir. Şəhərin yaxınlığında beynəlxalq dərəcəli aeroport fəaliyyət göstərir. == Tarixi == Nikosiya Kiprin əsas iqtisadi, siyasi mədəni mərkəzidir. Şəhərdə metal emalı, dəri-ayaqqabı, toxuculuq, yeyinti, poliqrafiya sənaye müəssisələri fəaliyyət göstərir.
Leyma Qbovi
Leyma Roberta Qbovi (ing. Leymah Roberta Gbowee; 1 fevral 1972-ci il, Liberiya) — liberiyalı sülh aktivisti, 2011-ci ildə "Sülhyaratma prosesində iştirakına və qadınların təhlükəsizliyi, hüquqları uğrunda mübarizəyə görə" Elen Conson-Serlif və Tavakul Karman ilə birlikdə Nobel sülh mükafatı laureatçısı. == Bioqrafiya == Leyma Qbovi 1 fevral 1972-ci ildə mərkəzi Liberiyada anadan olub. 1989-cu ildən 1996-cı ilə qədər ölkədə xaosa səbəb olan Birinci Liberiya vətəndaş müharibəsi başlayanda o, 17 yaşında valideynləri və 3 bacısından ikisi ilə Monroviyada yaşayırdı. Müharibə qurtardıqdan sonra o, UNİCEF tərəfindən həyata keçirilən "İnsanları müharibə nəticəsində travma alanlara məsləhət verəcək sosial işçi olmağa hazırlamaq" adlı bir proqram haqqında öyrəndi. Qbovi bu haqda 2011-ci ildə xatirəsində yazırdı. O, üç aylıq bir təlim keçdi. O, müharibə illərində psixologiyanı öyrəndi və hərbi əməliyyatlarda iştirak edən uşaqlarla işlədi. Leyma Qbovi “yalnız analar cəmiyyətdə dəyişikliklər edə bilər” qənaətinə gəldi. O, özü altı uşaq anasıdır.
Timoti Eyoma
Timoti Coel Eyoma (29 yanvar 2000-ci ildə anadan olub) — İngiltərə Premyer Liqası təmsilçilərindən olan Tottenhem Hotspur klubunda müdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. == Erkən və şəxsi həyatı == ‘TJ’ ləqəbi ilə tanınan Eyoma London şəhərinin Hakni bölgəsində anadan olmuşdur. O, Hayberi Qrov məktəbində təhsil almışdır. Onun qardaşı Aaron Eyoma və ya ‘AJ’ Arsenal klubunun gənc futbolçusudur. Hal-hazırda Derbi Kaunti klubunun üzvüdür. == Karyerası == Müdafiənin mərkəzi və sağ cinahında uğurlu çıxış edən Eyoma 2018-ci ilin sentyabr ayında Tottenhem Hotspur klubu ilə 2021-ci ilə qədər müqavilə imzalamışdır. Eyoma öz peşəkar karyerasında debütünü 4 yanvar 2019-cu ildə Tranmere Rovers klubuna qarşı oyunda etmişdir. Prenton Parkda keçirilən FA Kuboku görüşündə Tottenhem rəqibinə 7-0 hesabı ilə qalib gəlmişdir. == Milli karyerası == Eyoma İngiltərədə anadan olmuşdur. Valideynləri isə Nigeriya vətəndaşlarıdır.
Əlikoma dağı
Əlikoma dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 1630 m). Zəngəzur silsiləsinin cənub-qərb yamacındadır.