Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mütəzid
Mütəzid (ən geci 861, bilinmir, Abbasilər xilafəti – 5 aprel 902, Bağdad, Abbasilər xilafəti) — Abbasi xəlifəsi. == Həyatı == On altıncı Abbasi xəlifəsi Əbul-Abbas əl-Mütəzid Billah Əhməd ibn əl-Müvəffəq Billah Talha (Məhəmməd) ibn Cəfər 857-ci ildə Səmərrada anadan olmuşdur. Anası Savab bizans əsilli cariyədir. Zəki, cəsur və heybətli görünüşə malik Mütəzid Abbasilər sülaləsinin ən nüfuzlu xəlifələrindən biridir. Xəlifə seçildiyi dövr Abbasi xilafətinin tənəzzülə uğradığı vaxta təsadüf etməsinə baxmayaraq, qısa zamanda dövlətin möhkəmlənməsinə, xəzinənin yenidən formalaşdırılmasına nail olmuşdur. Şəxsi keyfiyyətlərinə və Abbasilər xanədanın yenidən dirçəltməsinə görə tarixçilər onu "İkinci Səffah" (Abbasilərin ilk xəlifəsi Səffah olmuşdur) adlandırmışlar. Gənc yaşlarında əmisi Mütəmidin xəlifəliyi dövründə vəzir olan atası Müvəffəqlə birlikdə müxtəlif döyüşlərdə iştirak etmişdir. Atasının ölümündən sonra vəzir vəzifəsini icra edən Mütəzid xilafətin mütləq hakimi səlahiyyətini ələ keçirmiş və xəlifəyə təsir imkanlarını xeyli genişləndirmişdir. Nəticədə xəlifə Mütəmid oğlu Müvəffəzi vəliəhdlikdən uzaqlaşdırıb, qardaşı oğlu Mütəzidi vəliəhd elan etmək məcburiyyətində qalmışdır. Bu hadisədən altı ay sonra müəmmalı şəkildə vəfat edən Mütəmidin yerinə keçərək xəlifə olmuşdur.
Müttəfiq
Alyans (ittifaq) və ya Müttəfiqlik xalqlar, qruplar və ya suveren dövlətlər arasında ümumi fayda təmin edəcək qarşılıqlı maraqlara əsaslanan münasibətlərdir. Bu əlaqələr gizli və ya açıq formada həyata keçirilə bilər. Hər bir ittifaq üzvü müttəfiq adlandırılır. Müxtəlif növ ittifaqlar, o cümlədən də hərbi ittifaqlar, kommersiya ittifaqları və siyasi ittifaqlar yaratmaq mümkündür. Müharibə və hərbi döyüş məsələlərində terminoloji olaraq alyans sözü istifadə edildiyi zaman, Müttəfiq qüvvələri, həm də bu qüvvələrin bölmələrini ifadə edir. I Dünya müharibəsi və eyni zamanda da İkinci dünya müharibəsindən bəhs edən hekayələr zamanı bu terminologiyadan istifadə olunur. Rəsmi olaraq hər hansısa bir hərbi alyans yaratmaq üçün ümumi bir düşmənə qarşı birgə döyüşəcək müttəfiqlərə ehtiyac yoxdur, bunlardan birinin yanında müharibəyə girməkdə kifayətdir. Müttəfiqlik sözünün hərbi mənada istifadəsi zamanı müharibə başlamamışdan əvvəlki müttəfiqlik münasibətləri deyil, münaqişə nəticəsində bir ittifaqın yaradılması əsasdır. Cümlə daxilində böyük "i" hərfi ilə yazılan ittifaq (İttifaq) sözü ümumiyyətlə Birinci Dünya Müharibəsində Müttəfiq Dövlətlərlə müharibə aparmış olan İttifaq dövlətlərini ifadə edir. Eyni məna ilə nəzərdən keçirildiyi zaman, böyük "m" hərfi ilə yazılan müttəfiq (Müttəfiq) sözü də İkinci Dünya Müharibəsi zamanı Berlin-Roma-Tokio oxu dövlətlərinə qarşı mübarizə aparmış olan Müttəfiq qüvvələrini ifadə edir.
Müstəin (xəlifə)
Əbül Abbas Əhməd ibn Məhəmməd ibn Məhəmməd (ərəb. أبو العباس أحمد بن محمد بن محمد‎) və ya Əl-Müstəin (ərəb. المستعين بالله‎) (d. 836 - ö. 17 oktyabr 866) — 12. Abbasi xəlifəsi. == Mənbə == Saliba, George, ed. (1985). The History of al-Ṭabarī, Volume XXXV: The Crisis of the ʿAbbāsid Caliphate: The Caliphates of al-Mustaʿīn and al-Muʿtazz, A.D. 862–869/A.H. 248–255. SUNY Series in Near Eastern Studies.
Müsədin Namazov
Müsədin Əhməd oğlu Namazov (4 avqust 1963, Düzəyrəm, Kaxetiya) — Azərbaycan Respublikasının əməkdar memarı, "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutunun direktoru. == Həyatı == Müsədin Namazov 4 avqust 1963-cü ildə Gürcüstan Respublikasının Saqareco bələdiyyəsinin Düzəyrəm kəndində anadan olub. 1970–1980-ci illərdə Düzəyrəm kənd məktəbində orta təhsil alıb. O, 1981-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun memarlıq fakültəsinin əyani şöbəsinə qəbul olunmuş və 1986-cı ildə həmin institutu fərqlənmə diplomu ilə memar ixtisası üzrə bitirmişdir. M. Ə. Namazov ali təhsilini tamamladıqdan sonra "Azərdövlətlayhə" İnstitutunun 1 nömrəli Emalatxanasında memar kimi öz ixtisası üzrə ilk əmək fəaliyətinə başlamışdır. O, 1986-cı ildə ordu sıralarına çağrılmış və 1988-ci ilə kimi SSRİ Silahlı Qüvvələri sırasında əvvəlcə sıravi əsgər, sonra isə manqa komandiri olmuşdur. Müsədin Namazov ordudan tərxis olunduqdan sonra yenidən "Azərdövlətlayihə" İnstitutuna qayıtmış, əvvəlcə 1 nömrəli Emalatxanada memar (1988–1990), aparıcı memar (1990), qrup rəhbəri (1990–1993), layihənin baş memarı (1993–2007), 2 nömrəli Emalatxananın rəisi (2007–2009), sonra isə 2 nömrəli Memarlıq Planlaşdırma şöbəsinin müdiri (2009–2011) olmuşdur. M. Ə. Namazov 2011-ci ilin dekabrından 2012-ci ilin sentyabrına kimi Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərdövləttikintilayihə" DLİ İnstitutunun baş memarı vəzifəsində çalışmışdır. O, 10 oktyabr 2012-ci ildən Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərdövləttikintilayihə" DLİ-nin direktoru təyin olunmuşdur. Müsədin Namazov 27 may 2014-cü ildə fövqəladə hallar nazirinin əmri ilə "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutunun direktoru vəzifəsinə təyin olunub.
Müştəqin (Nir)
Müştəqin (fars. مشتقين‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 319 nəfər yaşayır (76 ailə).
Müttəfiq dövlətlər
Anti-Hitler koalisiyası (ing. Allies of World War II) — İkinci Dünya müharibəsi zamanı (1939–45) təcavüzkar dövlətlər olan Almaniya, İtaliya, Yaponiya və onların tərəfdarlarına qarşı yaradılan hərbi-siyasi ittifaq. == Tarixi == Faşist Almaniyası, İtaliya və Yaponiya 1940-cı il sentyabrın 27-də öz aralarında bağladıqları Üçlər paktına görə dünyanı iştirakçı ölkələr arasında bölüşdürməyi nəzərdə tuturdular. 1945-ci ilin sentyabrında 56 dövlətin daxil olduğu anti-Hitler koalisiyasının əsas üzvləri Böyük Britaniya, ABŞ, SSRİ olmuşdur. Fransa ilə Çində anti-Hitler koalisiyasına daxil idilər. Müharibənin sonunadək ona 50-dən çox dövlət (Polşa, Çexoslovakiya, Yuqoslaviya, Kanada, Hindistan və s.) qoşulmuşdu. 1941-ci il iyunun 22-də Böyük Britaniyanın baş naziri Vinston Çörçill, iyunun 24-də isə ABŞ prezidenti Franklin Ruzvelt Almaniyaya qarşı müharibədə SSRİ-ni müdafiə edəcəkləri barədə bəyanat verdilər. Anti-Hitler koalisiyasının diplomatik və hüquqi cəhətdən təşəkkülü mürəkkəb yol keçmişdi. 1941-ci il iyulun 12-də Moskvada SSRİ ilə İngiltərə arasında Almaniyaya qarşı müharibədə birgə fəaliyyət barədə saziş imzalandı. Daha sonra 1941-ci il sentyabrın 29-u – oktyabrın 1-də Moskvada 3 dövlətin (SSRİ, ABŞ, İngiltərə) konfransı oldu.
Atlantika Müttəfiq Ali Komandanlığı
Atlantik Müttəfiq Ali Komandanlığı (ing: Supreme Allied Commander Atlantic (SACLANT)) - Avropa Müttəfiq Qüvvələri Ali Qərargah Komandanlığı ilə birlikdə NATO-nun iki yüksək komandanlığından biridir. Komandanlığın missiya sahəsi Arktikadan Xərçəng Tropikinə qədər ərazini əhatə etmişdir.
Avstriyanın Müttəfiq qüvvələr tərəfindən işğalı
Avstriyanın Müttəfiq qüvvələr tərəfindən işğalı — Avstriya ərazisinin Müttəfiqlər dövlətlərin silahlı qüvvələri tərəfindən müvəqqəti işğalı. İşğal 1945-ci ilin aprelində Müttəfiqlərin nəzarəti altında olan Avstriyanın Vyana əməliyyatının nəticəsi olaraq Almaniyadan müstəqilliyini elan etməsi ilə başlamış və 27 iyul 1955-ci ildə Avstriya ilə dövlət müqaviləsi nəticəsində sona çatmışdır. 1938-ci ildə baş tutmuş Anşlussdan sonra Avstriya ümumiyyətlə Nasist Almaniyasının bir hissəsi kimi tanınmışdır. Bununla belə, 1943-cü ildə Müttəfiqlər Moskva Bəyannaməsində Avstriyanın nasist cinayətlərindəki rolu inkar edilməmək şərtilə ölkənin nasist təcavüzünün ilk qurbanı kimi qəbul ediləcəyi, müharibədən sonra azad edilmiş və müstəqil ölkə kimi rəftar ediləcəyi barədə razılığa gəlmişdilər. İkinci Dünya müharibəsindən dərhal sonra Avstriya dörd zonaya bölünmüş, Britaniya, Sovet İttifaqı, ABŞ və Fransa tərəfindən birgə işğal edilmişdir. Vyana da eyni şəkildə bölünmüşdür, lakin mərkəzi rayon Müttəfiq Nəzarət Şurası tərəfindən kollektiv şəkildə idarə olunmuşdur. Almaniya 1949-cu ildə Şərqi və Qərbi olmaqla iki hissəyə bölündüyü halda, Avstriya 1955-ci ilə qədər Qərb Müttəfiqləri və Sovet İttifaqının birgə işğalı altında qalmışdır. Onun statusu Soyuq müharibədə Xruşşov mülayimləşməsi dövrünə qədər mübahisəli mövzuya çevrilmişdir. Avstriyanın əbədi neytrallıq vədlərindən sonra 15 may 1955-ci ildə Avstriyaya tam müstəqillik verilmişdir və sonuncu işğal qoşunları həmin il 25 oktyabr tarixində ölkədən ayrılmışdır. == Zəmin == 1943-cü il Moskva konfransında Sovet İttifaqı, ABŞ və Britaniya Almaniyanın Avstriyanın ilhaqını "boş və etibarsız" hesab etmək qərarına gəlmişdilər.
Avropa Müttəfiq Qüvvələri Ali Qərargah Komandanlığı
ABŞ Müttəfiq Qüvvələri Ali Qərargah Komandanlığı (SHAPE - Supreme Headquarters Allied Powers Europe) — Şimali Atlantika Müqaviləsi Təşkilatının Müttəfiq Əməliyyat Komandanlığının (ACO) qərargahıdır. 1967-ci ildən Belçikanın Mons şəhərinin şimalında yerləşən Kastau şəhərində yerləşir. Bununla birlikdə, əvvəllər 1953-cü ildən Fransadakı Versalın yanında Rocquencourtda yerləşirdi. 1951-ci ildən 2003-cü ilə qədər SHAPE Müttəfiq Avropa Komandanlığının (ACE) qərargahı idi. 2003-cü ildən bu yana Müttəfiq Əməliyyatlar Hərəkatının mərkəzi olub və dünyadakı bütün NATO əməliyyatlarına nəzarət edir 2003-cü ildə fəaliyyətinin coğrafi əhatəsi genişlənsə də, SHAPE hüquqi səbəblərə görə Avropaya istinad edərək ənənəvi adını qorumuşdur. O dövrdə Atlantik Müttəfiq Komandanlığının tarixən bir hissəsi olan NATO-nun Lissabondakı ACO (Müttəfiq Əməliyyat Komandanlığı) komandanlığı yenidən birləşdirildi. Müttəfiq Əməliyyatlar Hərəkatının Komandiri, eyni zamanda “Avropa Müttəfiq Ali Komandiri” (SACEUR) titulunu qorumuşdur və eyni zamanda ABŞ Avropa Komandanlığı Komandanı kimi vəzifə icra edən ABŞ dörd ulduzlu generalı və ya bayraq komandiri kimi qalmağa da davam edir.
Muktəfi
Əbu Məhəmməd əl-Muktəfi Billah Əli ibn əl-Mutəzid Əhməd ibn əl-Müvəffəq 878-ci ildə anadan olmuşdur. Anası Çiçək türk əsilli cariyə idi. Bəstəboy və yaraşıqlı Muktəfi "Əbu Məhəmməd" ləqəbini daşımışdır. 894-cü ildə Rey vilayətinin hakimi təyin edilmişdir. Beş il vali olduğu vaxt Cibəl və İsfahanda hökmranlıq edən Düləfiləri məğlubiyyətə uğratmış, bölgədə Abbasilərin nüfuzunu gücləndirmişdir. 899-cu ildə Cəzirə valisi təyin olunmuş, 902-ci ildə atasının ölümündən sonra isə Raqqa bölgəsində olan Muktəfi Billah üçün vəzir Qasım ibn Ubeydullah xilafətin mərkəzi Bağdadda beyət almışdır. Xilafət kürsüsünə çıxan Muktəfinin ilk addımı atasının hakimiyyəti dövründə inşa edilən yeraltı zindanları dağıtmaq olmuşdur. O, taxta çıxanda xilafətin mərkəzi hakimiyyəti zəifləmişdi. Bölgələrdə yarımmüstəqil, bəzən də tamamilə sərbəst siyasət yürüdən feodallar xəlifə üçün başağrısına çevrilmişdi. Saffarilər, Əğləbilər, Qərmətilər, Sacilər kimi dövlətlər hər gün xilafətin tabeliyindəki ərazilərə hücuma keçir, yerli əhalini talan edirdilər.
Mutelia officinalis
Dərman ballınanəsi (lat. Melissa officinalis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin ballınanə cinsinə aid bitki növü. == İstifadəsi == Sakitləşdirici, hipotenziv, spazmolitik, qusma əleyhinə effekt göstərir. Eləcə də mikrob əleyhinə, virus əleyhinə və iltihab əleyhinə təsirə malikdir. Ağrıkəsici kimi ürək xəstəliklərində tətbiq olunur. Nevrozlarda, yuxusuzluqda, hipertoniyanm yüngül formalarmda, iştahasızlıqda, diskineziyada, meteorizmdə, menstrual sikl pozğunluqlarında təyin edilir. === Əks göstəriş === Bədrəncə qarşı yüksək həssaslıq. === İstifadə qaydası === Bir xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəqiqə qaynayan su hamamında dəmlənir, otaq temperaturunda soyudulur, süzülür. Gündə 3–4 dəfə, hər dəfə 1/4 stəkan yeməkdən sonra daxilə qəbul edilir. Həzm prosesini yaxşılaşdırmaq üçün isə hər yeməkdən 15 dəqiqə əvvəl qəbul edilir.
Qabiden Mustafin
Qabiden Mustafin (qaz. Ғабиден Мұстафин; 26 noyabr 1902 – 20 yanvar 1985, Almatı) — Qazax Sovet yazıçısı, ictimai xadim, Qazaxıstan SSR Elmlər Akademiyasının müxbir üzvü (1958), Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü. == Həyatı == Kəndlilərin Rusiyadan köçürülməsi ilə əlaqədar olaraq, 1907-ci ildə Elibay qəbiləsinin nümayəndələrinin altmış evi (Qabiden ailəsi də daxil olmaqla) Spasski zavodunun şərqində yerləşən Koktalzharyk qəsəbəsinə köçmək məcburiyyətində qaldı. On yaşlı Qabiden savadını aul mollasından, rus dilini isə fabrik xadiməsi Cusup Maukumovdan öyrənmişdir. Spassk zavodunun beş illik rus-qazax məktəbinin dördüncü sinfinə qəbul edilmişdir. İki illik təhsildən sonra Qabiden doğma kəndinə qayıtmışdır. 1927-ci ildə Mustafinin ilk hekayəsi "Sarsen və Mukaş" və "Early Birds" jurnallarında yayımlandı. 1929-cu ildə ilk hekayələr toplusu "Er Shoyin" Qızıl-Ordada nəşr olundu. 1930-cu ildə inşası davam edən Qaragandaya köçdü. 1933-cü ilin əvvəlində yerli şuranın qərarı ilə Qabiden Mustafin "Proletariat Karaqandı" qəzetinin məsul katibi vəzifəsinə namizəd göstərildi.
Tacuddin Mustafin
Tacuddin Mustafin — Qafqaz müsəlmanlarının ilk Müftisi. Qafqazın sünni İslam cərəyanına mənsub olan müsəlmanların ilk müftisini 1832-ci ildə çar generalı Roze təklif edib. Bu şəxs hərbi hissədə yenicə kapitan rütbəsini alan Tacuddin Mustafin idi. O, Kazan şəhərindən çar ordusunun kapitanı vəzifəsindən Tiflisə dəvət edilmişdi. Tacuddin Mustafin Şeyx Şamillə ümumi dil tapa bilmədiyi üçün az vaxtda hörmətini itirir və 1840-cı ildə vəzifəsindən azad edilir.
Vitalik Buterin
Vitali Dmitriyeviç "Vitalik" Buterin (rus. Виталий Дмитриевич Бутерин; 31 yanvar 1994, Kolomna, Moskva vilayəti) daha çox Ethereum-un həmtəsisçilərindən biri kimi tanınan rus-kanadalı proqramçıdır. O, Kriptovalyuta dünyasına 2011-ci ildə Bitcoin Magazine-in həmtəsisçisi kimi daxil olub. 2014-cü ildə Buterin, Qevin Vud ilə Ethereum-u işə saldı. == Erkən həyat və təhsil == Vitalik Buterin Rusiyanın Kolomna şəhərində kompüter alimi cənab Dmitri Buterin və xanım Natalya Amelinenin oğlu olaraq dünyaya gəlib. Ailəsi daha yaxşı iş imkanları tapmaq üçün Kanadaya köçənə kimi, 6 yaşına qədər burada yaşadı. Kanadada ibtidai məktəbin 3-cü sinfində oxuyanda onu istedadlı uşaqlar üçün xüsusi tədris sinfinə yerləşdiriblər. O yaşda riyaziyyat, iqtisadiyyat və proqramlaşdırma ilə maraqlanmağa başladı. Buterin daha sonra Torontoda özəl lisey olan Abelard Məktəbində oxuyub. Buterin Bitcoin haqqında 17 yaşında atasından öyrənib.
Vladislav Mustafin
Vladislav Mustafin (26 sentyabr 1995) — Özbəkistanı təmsil edən üzgüçü. Vladislav Mustafin Özbəkistanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Vladislav Mustafin birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m qurbağalama stildə, təsnifat mərhələsində iştirak etdi. 1:01.66 saniyəlik nəticəsi ilə 34-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Kitefin köpəkbalığı
Uçurtma köpəkbalığı və ya suiti köpəkbalığı (Dalatias licha) — Dalatiidae fəsiləsinə aid köpəkbalığı növünə və onun cinsinə aid növdür. Dünyada nadir hallarda rast gəlinir, adətən dəniz dibinə yaxın 200–600 metr (660–1,970 ft) dərinlikdə m (660–1970 ft) . Neytral üzmə qabiliyyətini qorumaq üçün böyük miqdarda yağla doldurulmuş qaraciyəri ilə bu köpək balığı az enerji sərf edərək yavaş-yavaş suda gəzə bilir. Qeyd edilən ən böyük işıq saçan onurğalı olan kitefin köpəkbalığı çox qısa, küt burnu, iri gözləri və qalın dodaqları olan nazik bədənə malikdir. Onun dişləri yuxarı və aşağı çənələr arasında çox fərqlənir, yuxarı dişləri kiçik və dar, alt dişləri isə iri, üçbucaqlı və dişlidir. Onun tipik uzunluğu 1.0–1.4 metr (3.3–4.6 ft) dür m (3,3–4,6 ft), 5.9 fut (180 cm) a qədər olan nümunələr olsa da fut (180 sm) rast gəlinmişdir. Böyük dişləri və güclü dişləməsi ilə silahlanmış uçurtma köpəkbalığı, sümüklü balıqlardan, köpəkbalıqlardan və şüalardan tutmuş sefalopodlara, xərçəngkimilərə, çoxilli qurdlara, sifonoforlara və bəlkə də leşə qədər müxtəlif növ yırtıcıları qəbul edən güclü, tək bir yırtıcıdır . O, həmçinin kiçik qohumu olan peçenye köpəkbalığı (Isistius brasiliensis) kimi özündən böyük heyvanları dişləyir. Bu köpəkbalığı plasental canlıdır və – bala doğur. Uçurtma köpəkbalığı, əsasən Portuqaliya və Yaponiya tərəfindən əti, dərisi və qaraciyər yağı üçün ticari olaraq ovlanır .