Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Məlkəmud dağı
Məlkəmud (ləzg. Малкамуд Сув) — Böyük Qafqazın Baş Qafqaz silsiləsinda Azərbaycan (Oğuz rayonu) və Rusiya (Dağıstan, Axtı rayonu) sərhəddində yerləşən dağ. Oğuz rayonunun ən hündür nöqtəsini təşkil edir. Dağın hündürlüyü 3880 metr təşkil edir (digər məlumatda 3879 m). == Coğrafiya == Zirvənin ətəklərindən Zurançay (Samurçay hövzəsi) və Ürəkçay (Göyçay çayı hövzəsi). Dağın şimal ətəklərində Maza və Fiya kəndləri vardır (Dağıstan). == Etimalogiya == Ləzgi dilindən tərcümədə «küpəgirən qarı» mənasını verir.
Ələmut
Ələmut qalası (fars. الموت‎) — İranın Qəzvin ostanında, Talış dağlarının və Elburs dağ sisteminin kəsişməsində, 2163 metr hündürlükdə yerləşən qədim qala. Hazırda yalnız dağıntıları qalmışdır. Həmdullah Qəzvininin qeydlərinə görə 840-cı ildə, başqa versiyaya görə isə 859-cu ildə tikilmişdir. Qala Tehrandan 100 km uzaqda, Şahrud və Ələmut çayları arasındakı Rudbar vadisində 200 metr yüksəklikdəki qayanın üzərində yerləşir. Qalanın adı tərcümədə "Qartal yuvası" mənasını verir. 1090–1256-cı illərdə Ələmut qalası Həsən Sabbah tərəfindən əsası qoyulan Nizarilər dövlətinin paytaxtı olmuşdur. == Monqol işğalı == 1256-cı ildə Monqol dövlətinin böyük xanı Möngkenin əmri ilə Hülaku xanın qoşunları İran və Yaxın Şərqdə tam hakimiyyəti ələ keçirmək üçün yürüşə başladı. Həmin ilin iyununda Ələmut qalası mühasirəyə alındı. Noyabrın 19-da Nizari imamı Rüknəddin Xurşah istilaçıların mərhəmət göstərəcəyi ümidi ilə Meymundizdəki iqamətgahının qapılarını onların üzünə açdı.
Ələmut qalası