Məlkəmud (ləzg. Малкамуд Сув) — Böyük Qafqazın Baş Qafqaz silsiləsinda Azərbaycan (Oğuz rayonu) və Rusiya (Dağıstan, Axtı rayonu) sərhəddində yerləşən dağ. Oğuz rayonunun ən hündür nöqtəsini təşkil edir. Dağın hündürlüyü 3880 metr təşkil edir (digər məlumatda 3879 m).
Məlkəmud | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Böyük Qafqaz |
Dağ silsiləsi | Baş Qafqaz silsiləsi |
Mütləq hündürlüyü | 3880 m |
Yerləşməsi | |
41°14′00″ şm. e. 47°37′47″ ş. u.HGYO | |
Ölkələr | |
|
|
|
Zirvənin ətəklərindən Zurançay (Samurçay hövzəsi) və Ürəkçay (Göyçay çayı hövzəsi).
Dağın şimal ətəklərində Maza və Fiya kəndləri vardır (Dağıstan).
Ləzgi dilindən tərcümədə «küpəgirən qarı»[1] mənasını verir.